31Mar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən məktəbli gənclərin respublikamızın digər bölgələrinə səyahəti təşkil olunur.
Tərtər rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə rayonun məktəblilərindən ibarət qrup “Lənkəran-Masallı-Astara” marşrutu üzrə yola salınıb.
Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, gənc nəslin hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan şəraitdən danışıb.
Tur-aksiya iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra respublikamızın cənub bölgəsinə səfər ediblər.
Tur-aksiya müvəffəqiyyətlə başa çatıb və şagirdlər xoş təəssüratlarla rayonumuza qayıdıblar.
“Yeni Tərtər”
Teqlər: Digər
31Mar
Hər fəslin öz gözəlliyi var. Yaz fəslinin gözəlliyi ondadır ki, bu zaman torpaq oyanır, təbiət cana gəlir. İnsanlar hamılıqla tarlalara çıxıb yaz tarla işlərinə başlayırlar. Tərtər cəbhə bölgəsi olmasına baxmayaraq, burada həyat daim qaynayır. İstər həyətyanı, istər pay torpaqları, hamı əkin sahələrində çalışır, bol məhsulun əsasını qoyur.
Hər yanda yazlıqların səpininə başlanıb. Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən, qeyri neft sektorunun inkişaf etdirilməsi məsələsi rayonumuzun kənd təsərrüfatında çalışan fermer və ailə fermer təsərrüfatları üzvlərinin məsuliyyət hissini daha da artırmışdır. Taxılçılıq, baramaçılıq, pambıqçılıq, şəkər çuğunduru sahələrinin inkişaf etdirilməsi rayon rəhbərliyinin də xüsusi diqqət mərkəzindədir. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
31Mar

Şəhər 1 saylı körpələr evi-uşaq bağçasında Novruz şənliyi keçirildi Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Tədbiri bağçanın tərbiyəçisi, həm də şənliyin aparıcısı Sahilə İbrahimova açdı. Körpələr evi-uşaq bağçasının müdiri Mahirə Quliyeva çıxış etdi. Xalqımızın ən gözəl, ülvi bayramlarından biri olan Novruz münasibəti ilə hamıya təbriklərini çatdırdı.
Mahirə müəllim bağça haqqında qısa məlumat verərək bildirdi ki, burada 6 qrup fəaliyyət göstərir. Onun biri kiçik, qalan 5-i isə böyük qrupdur. Bağçada olan 115 uşağın təlim tərbiyəsi ilə 30 nəfər məşğul olur. Onların 15-i tərbiyəçi, qalanı isə texniki işçilərdir.
Həmin gün Novruz şənliyinə uşaq yaradıcılıq mərkəzinin şagirdləri də gəlmişdilər. Daha ətraflı »
Teqlər: Xəbərlər
31Mar
Tərtər şəhərinin özündə və kəndlərində müxtəlif xalqların və milli azlıqların nümayəndələri uzun illərdir ki, dostcasına, mehriban şəraitdə yaşayırlar. Onların arasında ruslar, ukraynalılar, ləzgilər və digərləri vardır. Ölkəmizdə bu insanların adət-ənənələrinə hər zaman hörmətlə yanaşılır və onların rahat yaşamaları, dini ayinləri sərbəst icra etmələri üçün hər cür şərait yaradılıb.
Azərbaycanda əhalinin əksəriyyəti müsəlmandır. Lakin burada yaşayan bütün dinlərin nümayəndələrinin hüquqları eyni səviyyədə qorunur.
Müxtəlif xalqların nümayəndələri həyat tərzimizə, adət-ənənələrimizə hörmət bəsləyir, bizimlə birgə bayramlarımızı qeyd edirlər. Onlar yaxşı günlərimizdə də, çətin günlərimizdə də azərbaycanlılarla çiyin-çiyinə olurlar. Daha ətraflı »
Teqlər: Digər
31Mar
Həyat sübut edir ki, qadın həm yaşadığı cəmiyyətdə, həm də ailədə öz doğmalarının, yaxınlarının köməyinə arxalandıqda, potensial imkanlarından maksimum istifadə edə bilir. İlk zamanlar bu, ata-ananın, qardaş-bacının köməyi olur, sonra isə həyat yoldaşının və övladlarının. Qadın hiss etdikdə ki, çalışdığı sahədə onun gücünə, bacarığına inanırlar, daha da irəli gedə bilir. Kişilərlə bərabər çiyin-çiyinə ləyaqətlə çalışır cəmiyyətin fəxrinə, qürur mənbəyinə çevrilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Ana məfhumu minillərdən bəri xalqımızın təfəkküründə doğma yurdu, vətən torpağını və dilimizi təcəssüm etdirmişdir. Analarımız azərbaycançılıq məfkurəsinə sadiq layiqli övladların tərbiyəsi üçün üzərlərinə düşən vəzifənin öhdəsindən bu gün də şərəflə gəlirlər. İndi ürəyi ölkəmizə hədsiz sevgiylə dolu, vətəni ana qədər müqəddəs bilərək torpaqlarımızın hər qarışını qorumağa hazır olan, müstəqilliyimizlə yaşıd bir nəsil yetişmişdir. Bu, Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən böyük töhfəsidir”. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
31Mar
2016-cı ildə Tərtər rayonunda əhalinin gəlirləri 205,6 milyon manat, əhalinin hər nəfərinə düşən gəlirləri 2575,7 manat təşkil etmişdir. 2015-ci ilə nisbətən əhalinin gəlirləri 7,6 faiz, əhalinin hər nəfərinə düşən gəlirlər isə 6,6 faiz və ya 159,8 manat artmışdır.
Tərtər Rayon Statistika İdarəsi
Teqlər: Digər
31Mar
QANLI LƏKƏ
Xalqımıza qarşı iki əsr davam edən soyqırım düşünülmüş, genişmiqyaslı qanlı aksiya olub.
1813-1828-ci illərdə Rusiya-İran müharibəsi Azərbaycanı ikiyə böldü. Türkmənçay və Gülüstan müqavilələri bu bölgüyə öz möhürünü vurdu.
Ermənilər 1905-1906-cı illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngilanın 75 kəndini viran etmişdi. Həmin dövrdə İrəvan quberniyasında ermənilərin sayı köçürülmə yolu ilə artmış, azərbaycanlıların sayı azalmışdı.
Birinci dünya müharibəsindən sonra ermənilər öz istəklərinə bolşevizm bayrağı altında nail oldular. Bakıdan azərbaycanlıların çıxarılması planını həyata keçirməyə başladılar. Ermənilər evləri yandırır, insanları diri-diri oda atırdılar. Qubada, Şamaxıda insanları məscidə doldurub od verirdilər. Bu vəhşilik Qarabağda, Zəngəzurda, Naxçı-vanda, Lənkəranda da həyata keçirilirdi. 1918-ci ilin mart-aprel aylarında bu qırğın daha dəhşətli oldu. Daha ətraflı »
Teqlər: Digər
31Mar
Tarix hər şeyi–hər bir hadisəni yadda saxlayır. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və eləcə də Bakı quberniyasının müxtəlif bölgələrində–Şamaxı, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnaq erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində rəsmi mənbələrə əsasən 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüdür. 1919 və 1920-ci illərin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Elə buna görə də Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Daha ətraflı »
Teqlər: Digər
31Mar
Çox fikirləşdikdən sonra qərara aldım ki, sənə məktub yazım. Amma necə müraciət edəcəyimi bilmirəm. Qardaşmı, əmimi, dayımı deyim?
Əziz həmvətənlim, Sənə Lələ Təpənin qəhrəman oğlu desəm, daha düzgün olar.
Nicat qardaşım! Sən həmin gün şəhidliyinlə Maya ananın, Bəhruz atanın, bir el gözəlinin gözlərini ağlar qoydun, ancaq Vətən tarixinə öz qanınla qəhrəmanlıq salnaməsi yazdın. Düşünürəm ki, sənin adında da dərin məna var. Çünki işğal altında olan torpağımızın bir parçasının alınması üçün öz köməyini əsirgəmədin, xalqımızın çoxdan gözlədiyi Qələbəyə aparan yola öz qanınla ilk imzanı atdın. Bizləri nicata, arzularımıza çatdırdın. Öz gənclik arzularına son qoydun. Milyonların diləyini göyərtdin. Daha ətraflı »
Teqlər: Digər
31Mar
Kollektivimizin üzvləri Heydər Əliyev Mərkəzində Xocalı qətliamına həsr olunmuş “25 il əvvəl törədilmiş faciə” adlı tədbir keçiriblər. Əvvəlcə bu qanlı qətliam haqqında geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan xalqının başına gətirilən bu müsibət öz qəddarlığı, vəhşiliyi və amansızlığı ilə tarixdə misli görünməmiş bir faciədir. Biz çalışmalıyıq ki, bu tarix unudulmasın və gələcək nəsillərə də unutmamağı öyrətməliyik.
Dərnək rəhbərləri Nuranə Mahmudova və Sənubər İsmayılova faciə qurbanlarına çevrilmiş uşaqların yerə-göyə sığmayan müsibətindən danışıblar.
Şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Tədbirin sonunda “Xocalı faciəsi” haqqında qısametrajlı sənədli film göstərilib.
Ülviyyə Qənbərova,
rayon uşaq yaradıcılıq mərkəzinin direktoru
Teqlər: Digər
Yeni ismarıclar