Kişi xarici dil kursuna getmək istəyən arvadına etiraz edir:
–Qətiyən olmaz! Onsuz da bir dillə mənim başımı az ağrıtmırsan.
* * *
Qadın və kişi mövzusunda mübahisə gedirmiş.
Biri belə izah edirmiş:
–Kişilərin həyatı dörd dövrə bölünür: uşaqlıq, gənclik, orta yaşlılıq, qocalıq.
Bir başqası:
–Bəs qadınlar? Onlar insan deyilmi?
O biri cavab verir:
–Qadınların da həyatı dörd dövrə bölünür: uşaqlıq, gənclik, gənclik, gənclik.
* * *
Ata oğlunu yanına çağırıb, onunla söhbət edirdi:
–Oğlum, artıq böyümüsən, ananla bir otaqda yatmağın yaxşı deyil.
–Ata, sən məndən də böyüksən, amma anamın yanında yatırsan!
* * *
Ata kiçik oğlunu əzizləyirmiş, böyük oğlu soruşur:
–Ata, məni sevirsənmi?
–Çox sevirəm, oğlum.
–Ancaq mən səni sevdiyim qədər sevə bilməzsən.
–Niyə?
–Çünki sənin iki oğlun, mənimsə bir atam var.
–Neçə atan olduğunu anan yaxşı bilər.
* * *
Haqsız yerə əri ilə öcəşən, inadından dönməyən, nəhayət, ərindən iki şillə yeyən qadın qaçıb atası evinə gəlir. Atası qızının haqsız olduğunu anlayır və iki şillə də özü vurub deyir:
–Get, ərin hərifə de ki, o mənim qızımı necə döydüsə, mən də onun arvadını eləcə şapalaqladım.
* * *
Xanım səyahətə çıxmağa hazırlaşırdı. Yola düşməzdən qabaq şeylərini yığışdırır, qulluqçuya lazımi göstərişlər verirdi. Bu arada onun yanına gələn altı yaşlı oğlundan soruşdu:
–Oğlum, mən olmayanda sən kimin yatağında yatacaqsan, dayənin, yoxsa mənim?
Uşaq bir az düşündükdən sonra atasından soruşdu:
Ata, hansı yataq daha yaxşıdır?
* * *
Qızının həyət-bacaya çıxdığını görən arvad ərinə deyir:
–Qızımızı tezliklə ərə verməliyik!..
Kişi etiraz edir:
–Niyə tələsik iş görmək istəyirsən? Yaxşı bir oğlan rast gəlincəyə qədər gözləsin!
Qadın çiyinlərini silkələyir:
–O nə deməkdir?.. Mən gözlədim məgər?!
* * *
Qadın: – Mən ölsəm nə edərsən?
Kişi: – Sən nə edərsənsə mən də onu.
* * *
Dörd kişiyə ərə gedən, onlar öldükdən sonra beşinci ərini yatağa salan bir qadın dizinə vurub deyirdi:
– Məni kimə tapşırıb gedəcəksən, a kişi?
Xəstə kişi yataqdan başını qaldırıb:
– Bədbəxt altıncı ərinə – dedi.
* * *
Zavallı qadın ağlaya-ağlaya:
Ərimin xasiyyətlərinə daha dözə bilmirəm. Məni o qədər acıqlandırır ki, hər gün arıqlayıram, –deyə fəryad edirdi.
Xalası soruşdu:
– Niyə ondan boşanmırsan?
– Narahat olma, boşanacağam. Arıqlayıb 60 kiloya enməyimi gözləyirəm.
-
20Okt
Müəllif: Redaktor, 10:20
Teqlər: Digər