
“Yaddaş” studiyasının tərtər Özünümüdafiə Batalyonunun keçdiyi döyüş yolundan bəhs edən “Batalyon” sənədli filminin təqdimatı oldu. Tədbirə filmin yaradıcı heyəti, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, Qarabağ müharibəsi veteranları, əlillər, şəhid ailələri, rayon Ağsaqqallar şurasının üzvləri və ictimaiyyət nümayəndələri qatılmışlar. Öncə onlar Ulu Öndərin xatirəsini yad edərək abidəsi önünə gül-çiçək dəstələri qoydular. Sonra tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirildi. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə respublika Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanzadə açaraq hər kəsi Tərtərin qəhrəmanlıq tarixini yazan özünümüdafiə batalyonunun şücaətindən bəhs edən filmə baxmağa dəvət etdi.
Təqdimatdan sonra filmin rejissoru Nizami Abbas öz ürək sözlərini bildirərək, filmin çəkilişində onlara dəstək olmuş Tərtər Batalyonunun veteranlarına öz təşəkkürünü bildirdi. Sonra Tərtər Özünümüdafiə Batalyonunun keçmiş qərargah rəisi Pənah Məmmədov veteranlar adından çıxış etdi. Daha ətraflı »
-
15MarXəbərlər “BATALYON” SƏNƏDLİ FİLMİNİN TƏQDİMATI OLDU üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
15MarXəbərlər “TƏRTƏR-GORANBOY” YOLU YENİDƏN QURULUR üçün şərhlər bağlıdır

Ulu Öndər Heydər Əliyev yolla bağlı deyib: “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, hər şey deməkdir”.
“Tərtər-Goranboy” asfalt yolunun yenidən qurulması barədə rayonun baş memarı Tofiq Kərimovla görüşüb söhbət etdik. O bildirdi ki asfalt yolun yenidən qurulması bizim rayondan başlanmış Goranboy rayonunun Qərvənd kəndinədək 18 kilometr məsafədə həyata keçiriləcək. Yolun asfalt örtüyünün eni 8 metr, hər iki tərəfdən çiyinlərinin eni 2,5 metr olacaqdır.
Yolun Tərtərdən başlayan his-səsinin 1 kilometrinin ikitərəfli olması nəzərdə tutulub. Bu hissədə gecə işıqlandırılması da quraşdırılacaq.
Layihə “Azəraftoyol” MMC-nin sifarişi ilə görülür. Yol çəkilişini Xocalı Yol İstismarı İdarəsinin kollektivi həyata keçirir.Mirzə Nəsir
Teqlər: Xəbərlər
-
15MarXəbərlər YENİ OFİSİN AÇILIŞ MƏRASİMİ KEÇİRİLDİ üçün şərhlər bağlıdır

Bu günlərdə 35/10 kV-luq «Sarıcalı» yarımstansiyasının və «Azərişıq» ASC-nin Tərtər Elektrik Şəbəkəsinin yeni ofis binasının açılış mərasimi keçirilib.
Yeni inşa edilmiş yarımstansiya və ofis binasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və “Azərişıq” ASC sədrinin müavini Vüqar Əhmədov son illər ölkənin hər yerində elektrik enerjisi təchizatı sisteminin yenidən qurulduğunu, rayon, şəhər, qəsəbə və kəndlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi
təchizatı istiqamətində məqsədyönlü işlər aparıldığını qeyd ediblər.Teqlər: Xəbərlər
-
15MarMədəniyyət MİLLİ TEATR GÜNÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLDİ üçün şərhlər bağlıdır

Tərtər Rayon Mədəniyyət Mərkəzində Milli Teatr Günü münasibəti ilə Yevlax Mədəniyyət Mərkəzinin Kukla Xalq Teatrı tədbir keçirdi.
Tədbirdə bildirildi ki, bu gün Azərbaycan teatrı yaranmasının 144-cü ildönümü qeyd edilir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib.
1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıblar.
Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb.
Teatrlarımızın yeni inkişaf yoluna çıxmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndərin bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2009-cu il mayın 18-də dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib. Daha ətraflı »Teqlər: Mədəniyyət
-
15MarMilli-mənəvi dəyərlər YURDUMUZA BAHAR GƏLİR üçün şərhlər bağlıdır
NOVRUZ BAYRAMINDA ÖMRÜMDƏN ÖTƏNLƏRİ XATIRLAYIRAM
Novruz gəlir yurduma! Səmənili, güllü-çiçəkli, şəkərbura-paxlavalı, noğul-nabatlı, tonqallı Novruz! Bayramların ən qədimi, həm də gənci! Başqa bayramlardan ona görə daha çox fərqlənir ki, o günləri hamı həsrətlə, həm də böyük həvəslə gözləyir. Novruzun gəlişi ilə könüllərdə bir sevinc yaranır, qəmdən-kədərdən uzaq düşürsən. Novruz, sən bizləri ətrinlə, dadınla, təravətinlə yaşadırsan! Bəs görək, biz səni bu günümüzə kimi hansı adətlərinlə gətirib çıxarmışıq?
Novruz bayramı deyəndə 45-50 il əvvəli xatırlayıram. Günəşli, bir az da küləkli günləri yada salıram. Toxunma xarallarda saxlanılmış sap-sarı dənəvər buğda çadırların üstünə tökülüb, havaya verilərdi, gün əyilən vaxt xəlbirlərdən keçirilib sovrulardı. Beş çərşənbə qeyd edərdik. Birinci çərşənbəni “yalançı çərşənbə” adlandırırdılar. Yaxşı yadımdadır, nənəm və qonşuda olan yaşlı qadınlar sovrulmuş buğdanın bir hissəsindən mis məcməyilərdə səməni göyərtmək üçün buğda isladırdılar. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
15MarMilli-mənəvi dəyərlər ƏNƏNƏLƏRİMİZİ ÖZÜNDƏ YAŞADAN NOVRUZ üçün şərhlər bağlıdır

Azərbaycan xalqının milli-mənəvi dəyərlərini ta qədimdən indiyədək insanların yaddaşına həkk edən, adət-ənənələrimizi özündə yaşadan bayramlardan biri–ən əzizi Novruzdur.
Novruzun gəlişilə fəsil dəyişir, qış öz yerini yaza verir. Havalar isinir, torpaq oyanır, təbiət cana gəlir. Bu pərvəriş insanların qəlbində də yüksək əhval-ruhiyyə yaradır. Novruzun gəlişini bildirən əlamətlərin ən başlıcası sıralanıb bir-birini əvəz edən çərşənbələrdir. Bunların birincisi su, ikincisi od, üçün-cüsü yel, dördüncüsü torpaq çərşənbəsidir ki, bunlar bayramın gəlişini bildirir.
Novruzun gözəl adətlərindən biri də son çərşənbədə axşam “qulaq falı”na çıxmaq adətidir. İnsanlar həmin axşam niyyət tutaraq qonşusunun, qhumunun, həmkəndlisinin qapısına xəlvətcə gedər, içəridən kiminsə xoş söz danışdığını gözləyər. Hətta həmin axşam yaşlı ev sahibləri cavanlara deyərlər ki, yaxşı söz danışın ha, qapını pusan olar. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
15MarMilli-mənəvi dəyərlər NOVRUZ YURDUMA SEVİNC GƏTİRİR üçün şərhlər bağlıdır

Novruz duyğuların, xoş arzuların, diləklərin, zəngin mənəviyyatın bayramıdır. Əsrlərin, qərinələrin süzgəcindən keçərək min illərdir xalqımızın adət-ənənələrini, məişətini, zəngin mədəni irsini özündə əks etdirərək yaşayır.
Yadımdadır, ağlımın hələ təzə-təzə kəsdiyi vaxtlarda babam evin arxasında axşamtərəfi kiçik bir ocaq qalayar, ailə üzvlərinin hamısını onun ətrafına toplayardı. Bu zaman onun üzündə sevincqarışıq bir həyəcan və təşviş də hiss olunardı. Mən ondan ocağı nə üçün qaladığını və bizi ətrafına nə üçün topladığını soruşduqda o, saçlarımı oxşayaraq: “Bu gün çərşənbədir, bala”– deyərdi.
Bu əziz bayrama vurulan siyasi damğa 1988-ci ildən eti-barən aradan qaldırıldı. Bununla da xalq öz əziz bayramını bütün təmtərağı ilə qeyd etməyə başladı.
Novruz yeni gün deməkdir. Novruzun gəlişi ilə öz oxu ətrafında fırlanan dünyada sanki həyat yenidən başlayır. Baharın gözəlliyi insanların ruhunu oxşayaraq onlarda gözəl duyğular, qurubyaratmaq həvəsi yaradaraq həyat eşqini alovlandırır. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
15MarMilli-mənəvi dəyərlər NOVRUZUN BƏZƏYİ OLAN “YALLI” üçün şərhlər bağlıdır
Novruz şənliklərində ən çox ifa olunan rəqslərdən biri də “Yallı”dır. Yallı (Halay) türk və altay xalq mədəniyyətində mərasim rəqsidir. Həyatın enerjisini, həmrəyliyi, hərəkəti və ritmi özündə ehtiva edən bir oyundur.
Qədim zamanlarda heç bir biliyə malik olmayan, odun gücünə inanan insanlar ov zamanı hansısa bir vəhşi heyvanın ovlanması sevincini və ya müxtəlif tapıntıları, əldə etdikləri yeni nailiyyətlərini qeyd etmək üçün tonqallar qalayar, əl-ələ verib cərgə-cərgə, qrup halında odun ətrafında dövrə vuraraq müxtəlif rəqslər oynayardılar. Qədim dövrün bu adət-ənənələrindəki bəzi elementlər əsrlərin süzgəcindən keçə-keçə bu günü-müzədək gəlib çatmış və indi də “yallı”larımızın ifası zamanı istifadə olunmaqdadır.
Belə ki, keçmişdə günəşi, ayı, küləyi, odu və suyu müqəddəs sayan insanlar indi də baharın (Novruzun) gəlişini təntənə ilə qeyd edərək, bayram gününə kimi dörd çərşənbənin hər birində tonqallar yandırır, odun üstündən tullanır, əl-ələ verərək tonqal ətrafında “yallı” gedirlər. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
15MarMilli-mənəvi dəyərlər AİLƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİN DAŞIYICISIDIR üçün şərhlər bağlıdır
ERKƏN NİKAH VƏ ONUN FƏSADLARI
Hər ailə özlüyündə bir cəmiyyətdir. Bu cəmiyyətin yazılmış və yazılmamış qanunları var. Bu qanunlar isə ailənin formalaşmasını və birgəyaşayış tərzinin davamlı, rahat olmasını şərtləndirən əsas meyarları özündə əks etdirir. Ailənin fərdləri bir-birini başa düşməli, bağışlamağı və güzəştə getməyi bacarmalıdırlar. Ailənin möhkəm təməli məhz bu dayaqlar üzərində qurulur. Həm də ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır. Əgər bir evdə mental dəyərlərə, adət-ənənələrimizə dərin hörmət yoxdursa, orada qarşılıqlı anlaşma, mehribanlıq və səmimiyyət gözləməyə dəyməz. Çünki bu meyarlar məhz milli-mənəvi dəyərlərə əsaslanır.
Ağıllı kəs müasirliyin və yeni dünya düzəninin əleyhinə gedə bilməz və getsə də özünü pis, gülünc bir vəziyyətdə qoymuş olar. Bu isə, əlbəttə, arzuolunmazdır. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
15MarMilli-mənəvi dəyərlər REDAKSİYAMIZA MƏKTUB GƏLİB üçün şərhlər bağlıdır
NOVRUZ BİZİM MİLLİ BAYRAMIMIZDIR
Azərbaycan xalqının dərin köklərə əsaslanan milli bayramı Novruz artıq xalqımızın əhval-ruhiyyəsində duyulmaqdadır.
Uşaqlığım keçən İrəvanlı kəndində gördüyüm Novruz bayramını xatırlamaq istəyirəm. Martın 20-21-i əsas bayram olsa da, bizim kənddə ilin axır çərşənbəsi daha təmtəraqla qeyd olunurdu. Yumurtalar soğan qabığında boyanırdı, buğda təmizlənirdi, sacda qovrulurdu, içinə də küncüt vurulurdu.
Nənələrimizin “baca-baca” dediyi, bizim isə “torbaatma” dediyimiz ilin axır gecəsi olurdu. “Torbaatma” gecəsi hamı çalı-şırdı ki, bişirdiyi daha gözəl şirniyyatı torbaya qoysun. Çünki bilirdilər ki, bu şirniyyatlar evdən-evə gedir. Bu gün də axır çərşənbədə bu adətlərə əməl olunur. Lakin “torbaatma” deyil, “papaqatma” deyilir. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər


Yeni ismarıclar