09İyn
Bu günlərdə Tərtər şəhər 1 saylı tam orta məktəbində VI-A sinfinin müəllimi Vəsilə Müseyibovanın rəhbərliyi ilə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəllərinə həsr edilmiş ədəbi-bədii gecə keçirildi.
Tədbir Şövkət Ələkbərovanın ifasında Məhəmməd Füzulinin “Məni candan usandırdı” qəzəlinə yazılmış “Füzuli kantatası” ilə başladı. Şagirdlərdən M.Hüseynzadə, M.Şirinzadə, M.Əliyev, F.Babazadə və U.Məmmədova Məhəmməd Füzulinin qəzəllərini söylədilər.
Əməkdar müəllim Fazilə Kərimova öz çıxışında belə ədəbi gecələrin gənc nəslin tərbiyəsində müstəsna rolunu qeyd etdi.
Ziyafət Rüstəmova ,
məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini
Teqlər: Təhsil
09İyn

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Heydər Parkında Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə möhtəşəm bayram tədbiri keçirildi. Xüsusi tərtibatla bəzədilmiş parkda keçirilən bayram şənliyində rayonun ümum-təhsil məktəblərinin aşağı sinif şagirdləri ilə birgə rayon ərazisində yerləşən körpələr evi-uşaq bağçaları da iştirak et-dilər.
Tədbir Seydimli kənd körpələr evi-uşaq bağçasında tərbiyə alan uşaqların “Sülhə səs verin” şeiri ilə başladı. Havaya sülhün rəmzi olan göyərçinlər və şarlar buraxıldı.
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bayram tədbirinə toplaşan çoxsaylı uşaqları salamlayaraq, onları 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik etdi. Bildirdi ki, uşaqlar hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim uşaqlara diqqət və qayğı göstərirlər. Daha ətraflı »
09İyn
BEYNƏLXALQ SÖZ VƏ MƏTBUAT AZADLIĞI GÜNÜ
1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşan jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə dünya hökumətlərinə mətbuat azadlığının və demokratiyanın təmin edilməsinə yardımçı olmağa çağıran “Vindhuk Bəyannaməsi”ni qəbul ediblər. Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı günü kimi qeyd etməyi qərara alıb. Azərbaycanda söz və mətbuat azadlığının təminatı ilə bağlı müvafiq qanunvericilik aktları qəbul edilib. 1998-ci il avqustun 6-da Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə mətbuat üzərində senzura ləğv olunub.
Senzuranın ləğvi və bu qəbildən digər tədbirlər müstəqil KİV-lərin inkişafını, vətəndaşların beynəlxalq hüquq normaları və Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığını təmin edib. Daha ətraflı »
Teqlər: Digər
09İyn
15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq ailə günü kimi qeyd olunur. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu Öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də dövlət başçımız İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir.
Bu gün ölkəmizdə ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir və dövlət öz siyasətində ailənin sosial müdafiəsi, gənc ailələrə qayğını əsas tutur. Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayan Ulu Öndər Heydər Əliyev cəmiyyətdə qadınların rolunun artırılması, qadınlarla kişilər arasında bərabərliyin gerçəkləşdirilməsi, qadın, ailə problemlərinin həlli istiqamətində də böyük işlər gördü. 1998-ci il yanvarın 14-də Azərbaycanda “Qadın Problemləri üzrə Dövlət Komitəsi”ni yaratdı. Bu məsələyə böyük həssaslıqla yanaşan Prezident İlham Əliyev 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı. Daha ətraflı »
Teqlər: Digər
09İyn
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizdə hər il 23 may günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Azərbaycan müstəqillik əldə etdikdən sonra məhz Ulu Öndər Heydər Əliyevin ekologiya və ətraf mühitin mühafizəsi sahəsinə qayğıkeş münasibəti nəticəsində onun imzaladığı 2001-ci il 23 may tarixli sərəncamla Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.
Son bir neçə ildə ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin mühafizəsi sahəsində ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında ardıcıl, məqsədyönlü işlər görülüb, uzun illər ərzində yığılaraq müstəqil Azərbaycana miras qalmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəlmiş 5 Milli və Dövlət Proqramı təsdiq edilib, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində hüquqi baza təkmilləşdirilib. Daha ətraflı »
Teqlər: Digər
09İyn
Bu sözləri redaksiyamızda olarkən şəhər 6 saylı tam orta məktəbin X sinif şagirdi Yaqut Qurbanova söylədi. Onun atası Eyvaz Qurbanov BDU-nu bitirmişdi. Polis işçisiydi. I Qarabağ müharibəsinin iştirakçısı olub. Gərgin döyüşlər zamanı səhhətində yaranan problemlər onun ömür yolunu yarımçıq qoydu. Həyat yoldaşı üç övladını atasız böyütməli oldu.
Yaqutun qardaşı və böyük bacısı artıq orta məktəbi bitiriblər, hərəsi bir sahədə çalışır. Onun isə bircə arzusu var: Atasının yarımçıq qalmış arzularını yerinə yetirmək.
Bu məqsədlə məktəbli qız dərslərindən hər gün “yaxşı” və “əla” qiymətlər alır. Xüsusən də humanitar fənləri dərindən öyrənir. BDU-nun hüquq fakültəsinə daxil olmaq istəyən bu qızın çalışqanlığından müəllimləri də razıdırlar. Müxtəlif fənn olimpiadalarında, bilik yarışmalarında Yaqut doğma məktəbini layiqincə təmsil edir, fəxri fərmanlarla təltif olunur. Daha ətraflı »
Teqlər: Digər
09İyn
İstər dünya ədəbiyyatında, istərsə də bizim ədəbiyyatda tarixi şəxsiyyətlərə, məşhur adamlara həsr edilən çoxlu əsərlər var. Tarix boyu belə insanlar yaddaşımızda silinməz izlər buraxıb. Bu qəhrə-manları, kişi ya qadın olsun, fərqi yoxdur, sevir və özümüzə ideal seçirik.
Azərbaycanlılar hər zaman yüksək səviyyəli nəcib və xeyirxah qadınları ilə qürur duyublar. Tarixi-mizin bütün mərhələlərində Azərbaycan qadını fədakarlıq nümunəsi kimi öz adını səlnamələrə, eposlara yazdırıb.
Mən belə qadınlardan biri–Azərbaycan Respublikasının Birinci vitse prezident Mehriban xanım Əliyeva haqqında öz ürək sözlərimi yazmaq istəyirəm.
Bu zərif, gözəl qadının bizim dövlətimiz üçün nələr etdiyini görəndə ürəyim qürurla dolur. Gözümün qarşısına qəhrəman Tomris, Bərdə hökmdarı Nüşabə, Koroğlunun Nigarı gəlir. Daha ətraflı »
Teqlər: Digər
09İyn
MÜSAHİBƏ
“Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur”. Bu sözləri Ulu Öndərimiz Heydər Əliyev deyib. Ümummilli Lider tərəfindən formalaşdırılmış ailə siyasəti Azərbaycanda bu gün də uğurla davam etdirilir. Dövlət başçımız İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirir: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır”.
Bəs, rayonumuzda bu sahədə vəziyyət necədir? Böyüməkdə olan gənc nəsil ailə müqəddəsliyinə yanaşmada ata-babaların yolunu davam etdirirmi? Bu və digər suallarımıza cavab almaq üçün redaksiyamıza rayon icra hakimiyyəti aparatında hüquq şöbəsinin əməkdaşı Çingiz İsayevi dəvət etdik. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
09İyn
Faşist Almaniyası üzərində tarixi qələbənin 72-ci ildönümündə o dövrün cəsur döyüşçülərindən biri –Bürcəliyev Cavanşir Talıb oğlu haqqında, qısa da olsa, sizlərə məlumat vermək istiəyirəm.
1941-1945-ci illərin müharibə veteranı Cavanşir Bürcəliyev 1924-cü ildə Mirbəşir (Tərtər) rayonunun Cəmilli kəndində anadan olub. Kənd məktəbini bitirəndən sonra 1942-ci ilin oktyabr ayında müharibəyə gedib. Primorska düşüb. Gənc əsgərin qoçaqlığını, bacarığını ilk günlərdən görən komandirləri onu 6 aylıq kiçik komandirlər hazırlayan məktəbə göndəriblər. Oranı bitirdikdən sonra Yaponiyada –Mancuriyada xidmətə başlayıb. Çox keçmir ki, ona leytenant rütbəsi verirlər. Bütün bunları mənə bu yaxınlarda Cavanşir müəllimlə görüşümüz zamanı özü danışdı.
Öyrəndim ki, Cavanşir müəllim müharibə illərində Ukraynanın, Belorusiyanın, Polşanın, Uzaq Şərqin və Yaponiyanın alman fasiştlərindən təmizlənməsində iştirak edib. Deyir ki, müharibə 9 may 1945-ci ildə bitsə də, mən 1946-cı ilin oktyabrında ordudan tərxis olundum. Daha ətraflı »
Teqlər: Digər
Yeni ismarıclar