Əzizim Gülnara
Həyatdır, ömr edir hərə bir cürə,
Nisgilə, həsrətə, qübara bənzər.
Hələ nə yaşayıb, nə də gün görə?
Təzə pöhrələnmiş çinara bənzər.
***
Hələ qönçə olan dağ çiçəyidir,
Lalə yarpağıdır, gül ləçəyidir.
Bu qız bənövşənin yaz diləyidir,
Duyğusu, sevgisi bahara bənzər.
***
Acı xatirələr səfə düzülür,
Ürəkdi sızlayır, candı üzülür.
Şirin danışığı baldır süzülür,
Hər sözü bir əhdə, ilqara bənzər.
*** Daha ətraflı »


Xalqımız Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının xatirəsini daim əziz tutur. Ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi barədə imzalanmış sərəncam da bu böyük ehtiramın ifadəsidir.
Tərtər cəbhə bölgəsidir. Düşmənlə 48 km məsafədə təmas xətti var. Burada insanlar hər an düşmən təxribatına məruz qalmaq təhlükəsi ilə yaşayırlar. Belə şəraitdə təsərrüfat işlərilə məşğul olur, bir an da olsun belə öz doğma ocaqlarından ayrılmırlar. Bu il təbiətin şıltaqlığına baxmayaraq, insanların üzü gülür. Çünki həm bağ-bağçalarda, həm də taxıl zəmilərində, çuğundur, pambıq, günəbaxan plantasiyalarında məhsul boldur, ürəkaçandır. Amma insanların bu sevincinə narahatçılıq hissləri də qarışıb. Yay aylarında ermənilər Sərsəng Su Anbarından gələn suyun qarşısını kəsdikləri üçün, su qıtlığı yaranır. Düzdür, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqları əsasında cəbhəyanı bölgə olan Tərtərdə su qıtlığının aradan qaldırılması məqsədilə əlavə tədbirlər görülüb, alternativ su mənbələri yaradılıb. Təkcə son üç ildə Tərtərdə 61 ədəd yeni subartezian quyusu qazılıb. Ümumilikdə isə rayon subartezian quyuları istismarı idarəsinin balansında 489 ədəd subartezian quyusu var.
Tərtər özü döyüşən şəhər olsa da, qoynunda minlərlə qaçqın və məcburi köçkün soydaşımıza yer verib. Rayon statistika idarəsinin 1 yanvar 2016-cı il tarixə olan məlumatına görə, Ermənistanın respublikamıza təcavüzü nəticəsində Tərtərdə 2635 nəfər qaçqın və 14342 nəfər məcburi köçkün məskunlaşıb.
Tərtər rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçirilməsi ilə əlaqədar rayona gəlmiş ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster ilə Tərtər Rayon İcra Hakimiyyətində görüş olub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qoşunların təmas xəttindəki vəziyyət barədə reportaj hazırlamaq məqsədi ilə ölkəmizdə səfərdə olan İngiltərənin “Janes” jurnalının foto muxbiri Georg Maderlə Tərtər Rayon İcra Hakimiyyətində görüş olub.
Qarağacı Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar
Tərtər Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təçkilatçılığı ilə Respublika Gününə həsr olunmuş “Dəyirmi masa” keçirildi.
Polis əməkdaşlarının narkomaniya, erkən nikahlar və dini radikalizmlə bağlı budəfəki görüşü Qazyan kənd tam orta məktəbində keçirildi. Tədbirə Hüsənli kənd tam orta, Qazyan və Qaynaq kənd ümumi orta məktəblərinin şagird və müəllim kollektivləri dəvət olunmuşdurlar.
Yeni ismarıclar