Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Noy

    DSC_6125 (Копировать)DSC_6126 (Копировать)Dünyaya gələn hər bir körpə çiçək kimi gözəldir. Amma təəssüf ki, bəzən biz valideynlər, müəllimlər, bütövlükdə cəmiyyət bu zərif çiçəkləri lazımınca qoruya bilmirik. Buna görə də onlar hələ açılmamış solurlar. Bəs, nədir bunun səbəbi? Hansı bəlalardır balalarımızı uçuruma aparan? Elə bir yol ki, ordan qayıtmaq ya mümkün deyil, ya da olduqca çətindir.
    Bütün bunlar barədə bu günlərdə rayon Gənclər Mərkəzində təşkil olunan geniş tədbirdə söhbət getdi. Tədbirdə hüquq-mühafizə orqanlarının nümayəndələri, səhiyyə işçiləri, müəllimlər, şagirdlər, rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
    Rayon polis şöbəsinin rəisi Rauf Məcidov narkomaniyanın cəmiyyətimizə vurduğu ağır zərbələrdən, erkən nikahın zərərindən, dini radikalizmin təhlükəsindən bəhs edən geniş və dolğun məruzə söylədi və sonda belə bir fikir ifadə etdi ki, bu bəlaların aradan qaldırılması üçün cəmiyyət üzvlərinin vətənpərvərlik ruhu yüksəldilməlidir. Valideyn evdə, müəllim məktəbdə, idarə və müəssisə müdirləri iş yerlərində yeniyetmə və gənclərə olduqca diqqətli yanaşmalı, onların pis vərdişlərə alüdəçiliyinin qarşısını vaxtında almalıdırlar.
    Axı, bugünkü yeniyetmə sabahın qurucusudur. Biz onu fiziki və mənəvi cəhətdən yetkin böyüdə bilməsək, sabahımız necə olacaq?
    Rayon prokuroru Şıxəli Alməmmədov, həkim narkoloq Rima Axundova, rayon polis şöbəsində CAB-ın rəisi Anar Hüseynov, xidmət üzrə rəis müavini Əfqan Qurbanov, Tərtər Cümə məscidinin imamı Hacı Sadiq, Dövlət Təhlükəsizlik Xidməti Tərtər Rayon Şöbəsinin rəis müavini Kənan Xuduyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Tərtər Rayon Şöbəsinin rəisi İslam Məmmədov və rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev müzakirə olunan mövzuların aktuallığını qeyd edərək, bu sahədə maarifləndirmə işlərinin vacibliyini göstərdilər.
    Məlumdur ki, narkomaniyanın qurbanlarına çevrilən gənclər bu yola məlumatsızlıqdan, zəiflikdən düşürlər. Əgər onlar gələcəkdə başlarına gələn müsibətlərdən xəbərdar olsalar, əlbəttə ki, vaxtında özlərini qorumağı bacararlar.
    Elə keçirilən tədbirin də əsas məqsədi bu idi: gəncləri ayıltmaq, onlara narkomanların acı taleyindən məlumat vermək. Sonda göstərilən videoçarx bir daha bu ağrılı mövzudan bəhs edərək, hər kəsə, həm uşaqlara, həm də böyüklərə diq-qətli olmağın vacibliyini xatırlatdı.

    Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:10

    Teqlər:

İsmarıclar bağlıdır.