
Alman faşizmi üzərində qələbənin 72-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri Böyük Vətən müharibəsində həlak olan həmyerlilərimizin xatirəsinə ucaldılmış abidənin önündə qeyd olundu. Əvvəlcə tədbir iştirakçıları abidənin önünə gül-çiçək dəstələri qoyaraq Böyük Vətən müharibəsində və Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsini yad etdilər. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etdi, onlara ən xoş arzularını çatdırdı.
Rayon rəhbəri qeyd etdi ki, Böyük Vətən müharibəsi illərində doğma Tərtərimizin də 2417 nəfər oğlu və qızı alman faşizminə qarşı igidliklə döyüşmüşlər. Onlardan 1079 nəfəri müharibədə həlak olaraq əbədiyyətə qovuşmuşdur. Hazırda rayonumuzda 5 nəfər Böyük Vətən müharibəsi veteranı yaşayır. Daha ətraflı »
-
19MayXəbərlər ÜMUMRAYON TƏDBİRİ üçün şərhlər bağlıdır
-
19MayXəbərlər NARKOMANLIQ VƏ ERKƏN NİKAH AĞIR NƏTİCƏLƏR TÖRƏDİR üçün şərhlər bağlıdır

Bu günlərdə rayon polis şöbəsi narkomaniyanın bəşəriyyət üçün böyük təhlükə olması və erkən nikahın acı nəticələri barədə tədbir keçirdi.
Tədbiri giriş sözü ilə rayon polis şöbəsi rəisinin müavini polkovnik-leytenant Əfqan Qurbanov açdı. Məruzəçi göstərdi ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir.
Sonra qeyd olundu ki, 2017-ci ilin üç ayı ərzində Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparmış olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 10 fakt aşkar edilib. Həmin faktlarla əlaqədar 3,104 qram narkotik vasitə olan heroin və 14 qram qurudulmuş marixuana aşkar edilərək dövriyyədən çıxarılıb. Daha ətraflı »Teqlər: Xəbərlər
-
19Mayİqtisadiyyat Qeyri-neft sektorunun inkişafı mühüm vəzifədir üçün şərhlər bağlıdır
“MADE İN AZERBAİJAN” BRENDİ DÜNYADA TANINMAQDADIR

Əvvəllər Azərbaycanda qeydə alınan sürətli inkişafda neft sektorunun rolu aparıcı olsa da, son illər qeyri-neft sektoru ümumi iqtisadi artımda önə çıxmaqdadır. 2017-ci ilin birinci rübünün yekunları da bir daha bunu təsdiq edir. Bu ilin üc ayı ərzində ölkə üzrə iqtisadiyyatın qeyri-neft sektoru 2,4, qeyri-neft sənayesi 2, kənd təsərrüfatı 3,5, bitkiçilik 20 faizdən çox, ticarət dövriyyəsi 15, ixrac 50 faiz artıb. Bu müddətdə Azərbaycanda 85 min yeni iş yeri açılıb.
Bu yaxınlarda Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının I respublika müşavirəsində bu sahənin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, qarşıya yeni vəzifələr qoyulub, hədəflər müəyyən olunub. Müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir. Biz bu yolla gedirik. Sahibkarlar yaxşı bi-lirlər ki, onların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin siyasi dəstək verilir.” Daha ətraflı »Teqlər: İqtisadiyyat
-
19MaySosial RAYONUMUZDA SOSİAL SAHƏDƏ VƏZİYYƏT NECƏDİR? üçün şərhlər bağlıdır
Ölkəmizdə bütün prioritet sahələr, həmçinin sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Sosial-iqtisadi islahatların düzgün istiqamətdə aparılması üçün bütün imkanlardan lazımınca istifadə olunur. Belə ki, inflyasiya azalmış, əhalinin gəlirləri artmış, aztəminatlı əhalinin problemləri daim həll olunmaqdadır. Makroiqtisadi sabitlik qorunub saxlanılır, regionların inkişafı sürətləndirilir. Xalqımızın həyat şəraiti gündən-günə yaxşılaşır.
Rayonumuzda da sosial-iqtisadi sahədə uğurlu işlər aparılır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq tikinti-quraşdırma işləri layiqincə davam etdirilir. Əhalinin içməli su, elektrik enerjisi, təbii qaz təminatı yaxşılaşdırılıb, müasir tələblər səviyyəsində fasiləsiz təminatı təşkil olunub, sosial müdafiə sahəsində və işsizlərin məşğulluğunun təmin edilməsində məqsədyönlü işlər görülüb. Daha ətraflı »Teqlər: Sosial
-
19MayDigər ŞUŞANIN İŞĞALINDAN 25 İL ÖTÜR üçün şərhlər bağlıdır
1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu.
Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, “Cümə” məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmişlər.Teqlər: Digər
-
19MayDigər ALINMAZ QALA ŞUŞA XƏYANƏTİN QURBANI OLDU üçün şərhlər bağlıdır

Ələkbər Kərimov 1959-cu ildə Ağdərə rayonunun Umudlu kəndində anadan olub. 1977-ci ildə Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Məktəbi bitirdikdən sonra texnikumda qalıb işləyib. Elə o zamandan da Şuşanın gözəlli-yinə vurulan Ələkbər buranı özünə əbədi məskən seçib. 1991-ci ildə qiyabi yolla ali təhsil alıb.
Ələkbər müəllimlə redaksiyada söhbət edirik. Hiss edirəm ki, çox kövrək adamdı. Deyir ki, Şuşada şəhərin mərkəzində 5 mərtəbəli binanın 5-ci mərtəbəsində iki otaqlı evimiz vardı, içində də hər cür şəraiti.
1992-ci il mayın 8-ində Şuşa şəhəri və ətraf kəndlər işğal olunanda həyat yoldaşım Təranəni iki oğlumuz Anar və Eltun ilə hərbi vertolyotla yola saldım. Özüm isə çox çətinliklə də olsa, “Laçın–Akara” yolu ilə Beyləqana gəldim.
Sonra yoldaşım və uşaqlarla Goranboy rayonunun Xanqərvənd kəndində bir yerə yığışdıq. Orada bir il yaşadıqdan sonra Tərtərə gəldik. Elə o zamandan da burada məskunlaşmışıq. Daha ətraflı »Teqlər: Digər
-
19MayMədəniyyət SİRLİ DÜNYASI OLAN İNSAN üçün şərhlər bağlıdır
Yaddaşlarda qalan insanlar var ki, onlar öz peşələri, sənətləri ilə xatırlanır, gördükləri hər bir işdə məsuliyyətləri və bacarıqları, sadəlikləri və təvazökarlıqları ilə iz buraxırlar. Yaxşı yadımdadır. Gəncliyimin, necə deyərlər, “allı-güllü” vaxtları– 1970-1980-ci illər idi. Ölkəmizdə pambıq yığımının gəlhagəl dövrləri idi. Mövsüm ərzində, demək olar ki, hər gün camaatı tarlalara səsləyən, gündəlik pambıq yığımının nəticələrini rayon əhalisinə çatdıran, təşviqat maşınında şəhəri dörd dolanan o zaman rayon mədəniyyət evində metodist işləyən Mirzə Məmmədov idi. Beynəlxalq Mədəniyyət Günü münasibətilə onunla görüşüb söhbət etdim. Yaddaşımda qalan bu insanı daha yaxından tanımağa çalışdım. Heç deməyəsən Mirzə müəllimin bir sirli dünyası varıymış. Bunu söhbət zamanı hiss etdim.
Bütün müsahibələrim kimi onun da həyatı ilə maraqlandım.
–Mirzə müəllim, öncə özünüz haqqında bir az məlumat verin. Kimsiniz? Harda doğulub, yaşamısınız? Təhsiliniz nədir? Daha ətraflı »Teqlər: Mədəniyyət
-
19MayDigər Şəhidlərimiz üçün şərhlər bağlıdır
BƏXTİYAR
Bu kövrək yazını oğlu haqqında şəhid anası özü yazdığı üçün bir sözünə toxunmadan dərc edirik.
Bəxtiyar–yəni Bəxtiyar olmaq. Bəlkə də sən şəhidlikdə gördün bəxtiyarlığı Bəxtiyar!…
1972-ci il 30 iyul. Bu gün dünyaya bir uşaq gəldi. Gözəl, sarışın, yaraşıqlı bir uşaq. İllər keçdi, ata-ana sevinə-sevinə böyütdü bu uşağı. Cüt qardaş Teyyub ilə Bəxtiyar oynaşa-oynaşa, güləşə-güləşə böyüdülər.
Əsgərlik vaxtı çatdı Bəxtiyarın. Orduya çağırdılar. Polşaya göndərdilər. Sevindi ana, sevindi ata: Oğlumuz böyüyüb, Vətənə lazım olub.
Qarabağın üstünü qara buludlar aldı. Geriyə çağrıldı Bəxtiyar Polşadan. Vətəni qorumaq üçün. Ya-man böyümüşdü, yaman kişiləşmişdi bu ilyarımda Bəxtiyar.
Ana qəlbi yaman hər şeydən ürkəyən olur. “Oğluma göz dəyər” deyə fikirləşdi ana. Hətta üzərlik yandırdı xəlvətcə. Güldü Bəxtiyar:
–Ay ana, elə mən əvvəlki Bəxtiyaram da.
1992-ci il noyabr ayının 2-də getdi Bəxtiyar Qarabağda qara qüvvələrlə döyüşməyə. Elə ananın da rahat günləri bununla başa çatdı. Narahat, həyəcanlı günlər, yuxusuz gecələr başladı. Daha ətraflı »Teqlər: Digər
-
10Mayİdman İSLAM DÜNYASININ MÖTƏBƏR İDMAN YARIŞI üçün şərhlər bağlıdır
Mayın 12-dən 22-dək ölkəmizdə İslam dünyasının ən mötəbər idman yarışı – IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu yarışlarda 57 ölkədən 3 mindən çox atlet iştirak edəcək.
IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi İslam dünyasının Azərbaycana böyük etimadının göstəricisidir. Bu oyunlara suyun rəmz kimi qəbul edilməsində böyük bir hikmət var. Çünki İslamda həyat çeşməsi olan suya böyük önəm verilir. Su diriliyin, saflığın, təmizliyin, barışın, dostluğun, qardaşlığın simvoludur.
“Bakı–2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dövlətimizin müsəlman aləminin ayrılmaz hissəsi olduğunu qeyd edərək həmin ölkələrlə əlaqələrimizin dostluq, qardaşlıq, qarşılıqlı hörmət əsasında qurulduğunu və bu sahədə böyük uğurlara nail olunduğunu diqqətə çatdıraraq deyib: “Əfsuslar olsun ki, bir sıra müsəlman ölkələrində müharibə gedir, yeni münaqişələr, təhlükələr yaranır, İslam dinini terrorla əlaqələndirən güclərin sayı artır. Heç bir dinin, o cümlədən İslam dininin terrorla heç bir əlaqəsi ola bilməz. Daha ətraflı »Teqlər: İdman
-
10MayXəbərlər ZƏRİFƏ XANIM ƏLİYEVANIN XATİRƏSİ YAD EDİLDİ üçün şərhlər bağlıdır

Tərtər Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı Mərkəzi rayon xəstəxanasının kollektivi ilə birlikdə görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov açıb. Sonra yığıncaq iştirakçıları Qarabağ uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin və görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Mərkəzi rayon xəstəxanasının baş həkimi Yaşar Hüseynov görkəmli alim, ictimai xadim Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında geniş məruzə edib.
Bəyimsarov kənd xəstəxanasının baş həkimi Mehriban Hüseynova, uşaq xəstəxanasının həkimpediatrı Arzu Əhmədova, tibb bacısı Samirə Hacıyeva tədbirdə çıxış ediblər.“Yeni Tərtər”
Teqlər: Xəbərlər


Yeni ismarıclar