MƏQSƏD ƏHALİNİN SƏMƏRƏLİ MƏŞĞULLUĞUNU TƏMİN ETMƏKDİR
Bu günlərdə rayon Gənclər Mərkəzində “Müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi” mövzusunda “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da rayonda fəaliyyət göstərən 25-ə qədər idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edib.
Tədbiri rayon məşğulluq mərkəzinin direktoru Azər Ağayev açıb.
“Dəyirmi masa”da əhalinin sosial müdafiəsini və səmərəli məşğulluğunu təmin etmək, işə götürənlərlə məşğulluq xidməti arasında əlaqələri yaxşıladırmaq, sosial müdafiəyə daha çox ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tədbiq edilməsi qaydaları barədə və digər sahələrdən söhbət gedib.
Müzakirə şəklində keçən tədbirdə rayon subartezian quyuları istismarı idarəsinin nümayəndəsi Ruqiyyə Ağayeva, suvarma sistemləri idarəsinin nümayəndəsi Anaxanım Səfərova, rayon təhsil şöbəsinin işçisi Gülxar Abbasova, məşğulluq mərkəzinin işçiləri Tağı Məmmədov, Qədir Ələkbərov, Elxan Bağırov yaxından iştirak ediblər.
“Yeni Tərtər”