Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 21Fev

    012Rayon mərkəzindəki tarix-diyarşünaslıq muzeyi və uşaq musiqi məktəbinin fəaliyyət göstərdiyi binalar XIX əsrdə inşa olunmuşdur. Həmin bina qəzalı vəziyyətdə olduğu üçün problemlər yaşanırdı. Hazırda H.Əliyev prospektində rayon icra hakimiyyətinin daxili imkanları hesabına müasir tipli yeni tarix-diyarşünaslıq muzeyi inşa edilmişdir. Binada son tamamlama işləri aparılır.
    Qeyd olunmalıdır ki, rayonda Hüləbətli kənd klubu müstəsna olmaqla, digər bütün mədəniyyət müəssisələri üçün yeni binaların tikilməsinə və ya bərpasına ciddi ehtiyac vardır.
    Gənclərə göstərilən dövlət qayğısı sayəsində rayonumuzda da gənclərin sağlam həyat tərzinin, məşğulluğunun təmininə, fəaliyyətinin artırılmasına və rayonda idmanın yaxşılaşdırılmasına diqqət artırılmışdır.
    Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən rayonda bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması istiqamətində əsaslı dönüş yaranmışdır. Gənclər və idman idarəsinin Tədbirlər Planına uyğun olaraq idmanın müxtəlif növləri üzrə 80 tədbir keçirilmişdir.
    34İl ərzində respublikanın müxtəlif ictimai birlikləri, klubları və mərkəzləri tərəfindən rayonda keçirilmiş tədbirlər gənclərdə böyük maraq doğurmuşdur.
    Rayon icra hakimiyyəti ərazidə Azərbaycan Respublikası Konstitusiyasının, Qanunlarının, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarının, digər normativ aktların yerinə yetirilməsinə nəzarəti həyata keçirmiş, vətəndaşların hüquq və azadlıqlarının müdafiə edilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi üçün müvafiq tədbirlər görmüş, gənclərin həqiqi hərbi xidmətə çağırılmasına, onların hərbi hazırlığının təşkilinə qanunvericiliyə uyğun olaraq köməklik göstərmişdir.

    56Ermənilərin uzun illər öz ordusu haqqında yaydıqları mif darmadağın edildi. Azərbaycan əsgəri, zabiti göstərdi ki, kim nəyə qadirdir. Ermənilər əlverişli mövqelərini tərk edərək, qorxudan qaçıb gizlənmişdilər. Onların kəndlərində yaşayan insanların sayı getdikcə azalır. Ancaq Tərtərdə, Ağdamda bir nəfər belə yerindən tərpənmədi. Bu, böyük qəhrəmanlıqdır. Bu, bir daha xalqımızın ucalığını göstərir. Xüsusilə Tərtər sakinlərinin belə davranışı, hərəkəti, hər bir vətəndaş üçün nümunə olmalıdır.
    İlham Əliyev,
    Azərbaycan Respublikasının
    Prezidenti

    78Rayonda il ərzində 168 cinayət hadisəsi qeydə alınmış, cinayətlərin açılma əmsalı 83,1 faiz olmuşdur. Bu da ötən illə müqayisədə 15 fakt və ya 8,2 faiz az, açılma əmsalı isə 8,8 faiz aşağı olmuşdur.
    Cinayətlərin artmasına səbəb olan narkomaniyaya qarşı mübarizə 2016-cı ildə də davam etdirilmişdir.
    Ötən ildə “Xaş-xaş-2016” şərti adı altında keçirilən narkomaniyaya qarşı mübarizə tədbirləri zamanı rayonun müxtəlif ərazilərindəki 0,46 hektar olan sahələrdən 2272 ədəd olmaqla ümumi çəkisi 1096 kiloqram yabanı halda bitmiş narkotik xassəli çətənə kolu aşkar olunub toplanaraq məhv edilmişdir.
    Bundan başqa rayon polis şöbəsinin əməkdaşları tərəfindən 2016-cı ildə rayonda narkomaniya ilə bağlı 14 cinayət faktı qeydə alınmış və onların açılma əmsalı 84,6 faiz təşkil etmişdir.
    Rayon icra hakimiyyəti rayonda hüquq qaydalarının möhkəmləndirilməsini təmin etmək məqsədilə qanunda nəzərdə tutulmuş hallarda və qaydada inzibati təsir tədbirləri görmüşdür. Belə ki, keçən ildə müxtəlif formada törətdiyi inzibati xətaya görə 1 nəfər barədə rayon icra hakimiyyəti, 217 şəxs barəsində isə rayon məhkəməsi cərimə qərarı qəbul etmişdir.
    Изображение 045Hesabat ilində rayon icra hakimiyyəti başçısı aparatında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya vasitəsi ilə yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərmək, onların hüquqlarını və qanuni mənafelərini qorumaq, davranışlarına nəzarət etmək, qanunazidd əməllərinin qarşısını almaq sahəsində müəyyən işlər görülmüşdür.
    Hesabat dövründə ümumilikdə yetkinlik yaşına çatmayanlar barəsində 17 fərdi profilaktiki iş olmuş, 4 nəfər yetkinlik ya-şına çatmayan tərəfindən 2 cinayət hadisəsi törədilmişdir.
    Müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olmuş 6 uşaq saxlanılması və tərbiyə edilməsi, təhsil alması, hüquq və vəzifələrinin qorunması məqsədilə qəyyumluğa və himayəyə verilmişdir.
    Səhhətinə görə müstəqil olaraq öz hüquqlarını həyata keçirə bilməyən və vəzifələrini yerinə yetirməyə qadir olmayan yaşlı vətəndaşlara hamilik işi də davam etdirilmiş və 4 nəfər belə şəxsə himayəçi təyin edilmişdir.
    İnzibati ərazi dairələri üzrə nümayəndəliklərdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının və notariat əməliyyatla-rının aparılması vəziyyəti vaxtaşırı öyrənilmişdir.
    Rayon üzrə 897 doğum, 575 ölüm, 248 nikahın qeydə alınması və 117 nikahın ləğv edilməsi üzrə aktların dövlət qeydiyyatı həyata keçirilmişdir. Hesabat ilində 9518 ədəd notariat hərəkəti aparılmış və bu notariat hərəkətlərinə görə 61 min 856 manat məbləğində rüsum pulu ödənilmişdir.
    Rayon icra hakimiyyəti Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid və əlil olmuş və orduda xidmət edənlərin ailələrinin sosial müdafiəsinə qayğı göstərilməsini də diqqət mərkəzində saxlamışdır.
    2016-cı il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsi tərəfindən 326 nəfər həqiqi hərbi xidmətə göndərilmişdir.
    Rayonda məskunlaşmış 4535 məcburi köçkün ailəsinin sosial-məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində olmuşdur. Ermənistan silahlı qüvvələrinin aprel döyüşləri zamanı rayonumuzun yaşayış məntəqələrini atəşə tutması nəticəsində məcburi köçkünlərə dəymiş ziyanın ödənilməsi üçün Azərbaycan Respubli-kası Nazirlər Kabinetinin müvafiq sərəncamında nəzərdə tutulmuş vəsaitdən 105 məcburi köçkün ailəsinə fərdi yaşayış evlərindən başqa digər əmlaklarına vurulmuş zərərin qarşılığında 359 min 529 manat vəsait ödənilmişdir. Bununla ya-naşı, Dövlət Proqramına uyğun olaraq Şıxarx qəsəbəsi ərazisində 55 hektar torpaq sahəsində 1170 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli yaşayış binalarının tikintisinə başlanılmışdır.
    Bundan əlavə, Şıxarx, Həsənqaya və Çaylı kəndlərində məskunlaşmış 78 ailəyə həyətlərində ailə sayına uyğun olaraq fərdi yaşayış evlərinin tikintisi “Dövlət-qaçqınkom” tərəfindən həyata keçirilir.
    İdeoloji işin təşkili, ictimai-siyasi vəziyyət
    Hesabat ilində rayonda aparılan ideoloji işin başlıca istiqamətini xalqımızın böyük oğlu, Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi təşkil etmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və çıxışlarından irəli gələn vəzifələrin operativ qaydada əhaliyə çatdırılması məqsədilə yaradılmış təbliğat qrupunun gücü ilə yerlərdə, o cümlədən, Heydər Əliyev Mərkəzində, müəssisə və təşkilatlarda mütəmadi olaraq görüşlər keçirilmişdir. Görüşlərdə minlərlə vətəndaş iştirak etmişdir. Ümumrayon toplantılarında tərtərlilər Ümummilli Liderimiz Heydər Əliyevə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə hədsiz məhəbbət və rəğbət hissi nümayiş etdirmişlər.
    Il ərzində Heydər Əliyev Mərkəzində 47 tədbir keçirilmiş, bu tədbirlərdə 2005 nəfər iştirak etmiş, muzeyin 3075 nəfər ziyarətçisi olmuşdur.

    Müəllif: Redaktor, 12:44

    Teqlər:

İsmarıclar bağlıdır.