2016-cı ildə rayonda əhalinin qaz təchizatını yaxşılaşdırmaq məqsədilə Tərtər şəhərinin 5 küçəsində də diametri 57 mm olan 1640 poqonometr yerüstü qaz kəməri çəkilmişdir. Sahə 2016-cı ildə 20,9 milyon kubmetr qaz almış, istehlak olunmuş qazın dəyəri ödənilmişdir.
İl ərzində Tərtər Elektrik Şəbəkəsi tərəfindən rayonun yarımstansiyalarında lazımi təmir işləri aparılmış, 406 ədəd 10/6 kv-luq, 285 ədəd 0,4 kv-luq da-yaq, 38,7 km naqil dəyişdirilmişdir.
Şəbəkədə sərf olunan enerjinin dəyəri 91,4 faiz yerinə yetirilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayi-sədə 5,3 faiz çoxdur.
Şəbəkədə görülmüş bir sıra işlərlə ya-naşı, nöqsanlar və çatışmazlıqlar da vardır. Belə ki, istismara yararsız di-rəklər və naqillər rayonun yaşayış məntəqələrində çox olsa da, onların də-yişdirilməsinə, əhali qrupu abonentləri arasında oğurluq hallarının aradan qal-dırılmasına qarşı zəif iş aparılmışdır. Şəbəkənin rəisi Z.Salahov bu sahədə olan nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlər həyata keçirməlidir.
Təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahələri
2016-ci ildə təhsil müəssisələrində cari təmir işlərinə 99 min 450 manat, əsaslı təmir işlərinə isə 74 min 208 ma-nat vəsait xərclənmişdir.
Şəhər 6 saylı tam orta və Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmirə başlanılmışdır. Hazırda Seydimli kənd tam orta məktəbi üçün yardımçı binaların tikintisi davam etdirilir.
Uşaq gənclər şahmat məktəbi və uşaq yaradıcılıq mərkəzi uzun illər idi ki, qəzalı vəziyyətdə olan binalarda yerlə-şirdi. 2016-cı ildə şahmat məktəbi yeni tikilmiş müasir tipli binaya köçürülmüşdür.
2015-2016-cı tədris ilində rayonun ümumtəhsil məktəblərini bitirib, ali məktəbə sənəd vermiş 350 nəfər məzundan 175 nəfəri, əvvəlki illərin məzunlarından isə 18 nəfər, ümumilikdə 193 nəfər tələbə adını qazanmışdır. Orta ixtisas məktəblərinə XI sinif məzunlarından 87 nəfər qəbul olmuşdur. Ali məktəblərə qəbul olanlardan 7 nəfər 600-dən, 19 nəfər 500-dən çox bal toplamışdır. 5 nəfər ali hərbi məktəbə, 3 nəfər isə C.Naxçıvanski adına hərbi liseyə qəbul olunmuşdur.
…Rayonun sosial-iqtisadi inkişafına da böyük diqqət göstərilmişdir. Burada çoxlu məktəblər, uşaq bağçaları, sosial obyektlər tikilmişdir. Yəni, rayonun iqtisadiyyatına və sosial inkişafına dövlət tərəfindən çox böyük vəsait ayrılmışdır.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bununla belə təəssüf doğuran haldır ki, rayonun Kəngərli, Mamırlı və Əskipara kənd tam orta məktəblərinin məzunları ali məktəblərə qəbulla bağlı yüksək nəticə əldə edə bilməmişlər. Belə vəziyyət adıçəkilən məktəblərin direktorlarını ciddi narahat etməlidir.
Ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur aksiyada mart və noyabr aylarında rayonumuzdan 80 nəfər məktəbli Lənkəran-Lerik-Astara marşrutu üzrə iştirak etmişdir.
Seydimli kənd tam orta məktəbinin “Şahinlər” komandası respublika üzrə final yarışında III yeri tutmuşdur.
Hesabat dövründə təhsil sahəsi üzrə bir sıra işlər görülsə də, bu, qaneedici deyildir. Belə ki, rayonda təhsilin dövrün tələbləri səviyyəsinə çatdırılması üçün mövcud olan nöqsan və problemlərin aradan qaldırılması sahəsində konkret tədbirlər görülməlidir. İşə rəhbərlik və nəzarət, pedaqoji kadrlara qarşı tələbkarlıq artırılmalı, müasir təlim metodlarının tətbiqinə daha geniş yer verilməli, qabaqcıl iş təcrübəsinin yayılması, xüsusi istedada malik şagirdlərin üzə çıxarılması təmin edilməli, məktəb-valideyn əlaqələri gücləndirilməlidir. Xüsusilə ümumtəhsil məktəblərində təhsil alan yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti daim nəzarətdə saxlanılmalı, məktəblərdə İKT-nın müəllim və şagirdlər tərəfindən öyrənilməsinə geniş meydan verilməlidir. Azadqaraqoyunlu, Xoruzlu, Söylən və şəhər 3 saylı məktəbləri üçün yeni məktəb binaları tikilməlidir.
Sarov kəndindən keçən İnçəçayın üzərində yeni körpünün tikilməsi, “Tərtər-Goranboy” magistral yolunun və şəhərin küçələrinin yenidən asfaltlanması cari ildə görüləcək işlərin sırasındadır.
Rayonda 28 körpələr evi-uşaq bağçası fəaliyyət göstərmişdir. Həmin müəssisələrdə tərbiyə alan 1525 nəfər uşağın təlim-tərbiyəsi ilə 189 nəfər tərbiyəçi və 284 texniki işçi məşğul olur. Fəaliyyət göstərən bağçaların əksəriyyəti qəzalı vəziyyətdədir, əsaslı təmirə ehtiyac vardır. Bağçaların bu vəziyyətdə olması uşaqların təlim-tərbiyəsi işlərində çətinliklər yaradır. Odur ki, bu istiqamətlə lazımi tədbirlər hazırlanıb həyata keçirilməlidir.
Dövr ərzində Tərtər İlk Peşə İxtisas Məktəbinin binasında 40-dan çox məcburi köçkün ailəsi məskunlaşdığından burada mövcud vəziyyət yaxşı deyildir. Uzun illərdən bəri vəsait ayrılmadığına görə məktəb əsaslı təmir olunmamışdır. Burada tədris materialları, maşın və mexanizmlər, kənd təsərrüfatı aqreqatları tamamilə yararsız vəziyyətdədir. Odur ki, məktəbin direktoru Faiq Məmmədov mövcud nöqsan və problemlərin aradan qaldırılması məqsədi ilə Təhsil Nazirliyi qarşısında məsələ qaldırmalıdır.
Hesabat ilində əhalinin sağlamlığının qorunması istiqamətində də bir sıra tədbirlər həyata keçirilmişdir. 2016-cı ildə 369 min 38 manat dəyərində dərman preparatları və sarğı materialları alınaraq xəstələrin müalicəsinə sərf olunmuşdur. Güzəştli imtiyazlarla tibbi xidmət almaq hüququna malik olan xəstələrə 272 min 149 manatlıq pulsuz dərman preparatları verilmişdir.
İl ərzində rayonda 485 uşaq doğulmuşdur. Onlara lazımi peyvəndlər edilmişdir. Uşaq əhalisi arasında 4 ölüm hadisəsi baş vermişdir.
Göstərilən müddətdə 21 nəfər ruhi-əsəb, 35 nəfər vərəm, 225 nəfər şəkərli diabet, 125 nəfər onkoloji xəstə ilkin olaraq aşkarlanmış və müalicəyə cəlb olunmuşlar.
Respublika Prezidenti cənab İlham Əliyevin 2016-cı ilin fevral ayının 1-dən aprel ayının 1-dək bütün ölkə və-təndaşlarının icbari tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığına rayonda yüksək səviyyədə əməl olunmuşdur. Göstərilən müddətdə 57323 nəfər tibbi müayinədən keçmişdir.
Səhiyyə sahəsində görülən işlərlə yanaşı, çatışmazlıqlar da mövcuddur Belə ki, xəstəxanada anestezioloq-reanimatoloq və cərrah həkimlərin olmaması rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini aşağı salır. Xəstəxananın ixtisaslı kadrlarla təmin olunması üçün baş həkim Y.Hüseynov lazımi tədbirlər görməlidir.
Gigiyena və epidemiologiya mərkəzi tərəfindən rayonun yaşayış məntəqələrində yoluxucu xəstəliklərin azaldılması, qarşısının alınması və sanitariya nəzarəti istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. İl ərzində bütün peyvəndlər yerinə yetirilmişdir. Aparılmış məqsədyönlü tədbirlər nəticəsində 2016-cı il ərzində yaşayış məntəqələrində təhlükəli yoluxucu xəstəliklər qeydə alınmamışdır.
Sanitariya norma və tələblərini pozduqlarına görə il ərzində 3 nəfər vətəndaş cərimə olunmuşdur.
Təəssüflə qeyd etməliyəm ki, hesabat dövründə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən rayonun təhsil və səhiyyə sahələrində yerli gəlir və xərclərindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinin icrası vəziyyəti təftiş edilərkən bir sıra korrupsiya hallarına yol verildiyi aşkar olunmuş və təftiş materialları hüquqi qiymət verilmək üçün Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Bununla bağlı təhsil və səhiyyə sahələrinin rəhbərləri ciddi tədbirlər görməli, şöbə müdiri Surxay Mirzəyev və baş həkim Yaşar Hüseynov bu sahədə yol verilmiş nöqsanları aradan qaldırmalı, vəsaitlərin təyinatı üzrə xərclənməsini qanunamüvafiq təmin etməlidirlər.
2016-cı ildə rayon mədəniyyət mərkəzinin müəssisələrinin fəaliyyətləri tamamilə qeyri-qənaətbəxş olmuşdur.
2016-cı ildə kitabxanalara müxtəlif adda 3000 nüsxə yeni kitab alınsa da, kitab fondu 192 min nüsxəyə çatdırılsa da, bu sahəyə oxucu cəlb olunması işi yarıtmaz təşkil edilmişdir.
Mədəniyyət müəssisələrinin yerlərdəki fəaliyyətsizlikləri ciddi narahatlıq doğurur. Kəndlərdəki əksər klublar, kitabxanalar, mədəniyyət evləri, demək olar ki, işləmir, qapıları həmişə bağlı olur. Bunun müqabilində isə tədbirlərin keçirildiyi haqqında formal sənədlər tərtib olunur və yalan məlumatlar verilir.
Bu sahənin rəhbərliyi göstərilənlərdən ciddi nəticə çıxarmalı və öz işlərində əsaslı dönüş yaratmalıdırlar.
Rayonun ərazisində 24 tarix və mədəniyyət abidəsi vardır. Həmin abidələrin hamısı mühafizə olunur.