2016-cı İLDƏ RAYONUN SOSİAL-İQTİSADİ İNKİŞAFININ YEKUNLARI VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR BARƏDƏ TƏRTƏR RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI MÜSTƏQİM MƏMMƏDOVUN HESABAT MƏRUZƏSİ
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş və çevik siyasəti, uzaqgörənliklə qəbul etdiyi qərarlar, dünyada tügyan edən qlobal maliyyə və iqtisadi böhranın təsirini azaltmaq üçün həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə dayanıqlı və davamlı inkişafa nail olunmuş, Azərbaycanın dünyadakı nüfuzu durmadan artmışdır. Regionun siyasi, iqtsadi və mədəni mərkəzinə çevrilən Azərbaycan müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir.
Tarixə qovuşmuş 2016-cı ildə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan öz sürətli inkişaf tempini saxlaya bilmiş, iqtisadi və sosial problemlər həll olunmuş, böyük layihələr icra edilmişdir. Nəzərdə tutulmuş bütün planlar həyatda öz əksini tapmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısı yola saldığımız ilin yekunlarına qiymət vermiş və cari ildə qarşıda duran əsas strateji hədəfləri müəyyənləşdirmişdir. Cənab Prezident giriş nitqi söyləyərək bildirmişdir ki, 2016-cı ildə dünyada və regionda təhlükələr artmış, qanlı müharibələr davam etmiş, yeni münaqişə ocaqları yaranmış, iqtisadiyyatla bağlı vəziyyət daha da ağırlaşmışdır. Bütün bunlara baxmayaraq, Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirmiş, ölkədə təhlükəsizlik tədbirləri təmin olunmuş, xalqımız sülh və əmin-amanlıq içərisində yaşamışdır.
2016-cı ildə qeyri-neft sənayesində 5, kənd təsərrüfatında isə 2,6 faiz artım əldə olunmuşdur. Makroiqtisadi sabitliyin qorunması, iri infrastruktur layihələrin həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatına keçən il 11 milyard 700 milyon dollar sərmayə qoyulmuşdur. Ölkənin valyuta ehtiyatları, xüsusilə neft fondunun vəsaiti qorunub saxlanmışdır.
Keçən il sosial məsələlərin həlli də diqqət mərkəzində olduğundan ölkəmizdə maaşlar 7, pensiyalar 8 faiz artmışdır. Bununla yanaşı, kommunal xidmətlərin diferensiallaşdırılması da sosial ədalət prinsiplərinə əsaslanmış, orta tə-bəqənin maraqları nəzərə alınmışdır. Sosial siyasətin tərkib hissəsi kimi il ərzində 29 yeni məktəb tikilmiş, 485 məktəb təmir olunmuş, 41 tibb müəssisəsi tikilib və ya təmir edilmişdir.
Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılmışdır.
Bundan əlavə “ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatdırılmışdır. “ASAN Viza”nın fəaliyyətə başlaması ölkəmizə turist axınının daha sürətlənməsinə geniş imkanlar açmış, Azərbaycana gələn turistlərin sayı 11 faiz artmışdır.
İlin tarixə dönən hadisələrindən biri aprel ayında Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən döyüşlər olmuşdur. Aprel ayında cəbhə xəttinin müxtəlif istiqamətlərində növbəti təxribat yaratmaq istəyən düşməni ordumuz geri oturtmuşdur. Ağdərə, Cəbrayıl, Füzuli rayonlarının minlərlə hektar işğal altında olan torpaqlarının azad edilməsi bizim şanlı tarixi qələbəmizdir. Odur ki, 2016-cı il şanlı hərbi qələbə ili kimi tarixdə qalacaqdır.
Ötən ilin yaddaqalan ən mühüm hadisələrindən biri də Konstitusiya islahatlarının həyata keçirilməsidir. Bu islahata əsasən Konstitusiyamızın 23 maddəsində dəyişiklik edildi, 6 maddə əlavə olundu. Bununla bağlı keçirilən ümum-xalq səsverməsi Azərbaycan dövlətinin və xalqının demokratiya yolu ilə irəliləməsinin sübutu oldu.
Tərtər şəhəri abadlaşıb, gözəlləşib. Mən 10 il bundan əvvəl Prezident kimi birinci dəfə Tərtər rayonunda olmuşam, bu yerdə vətəndaşlarla görüşmüşəm. O vaxt Tərtərin siması tam başqa idi. Bu gün Tərtər müasir, abad şəhərdir, rayon inkişaf edir, vətəndaşlar daha da yaxşı yaşayırlar.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Məlumunuz olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ötən il ölkəmizdə “Multikulturalizm ili” elan olunmuşdur. Bu il çərçivəsində Bakıda bir neçə mötəbər tədbir keçirilmişdir.
Cənab Prezident 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etmiş, bununla bağlı Sərəncam imzalamışdır. Ölkə başçısının bu ili “İslam Həmrəyliyi İli” elan etməsinin çox böyük ictimai-siyasi, beynəlxalq və ideoloji əhəmiyyəti vardır. Cənab Prezident Nazirlər Kabinetinin iclasındakı proqram xarakterli nitqində 2017-ci il ərzində daha böyük nailiyyətlər əldə etmək üçün qarşıya çox mühüm vəzifələr qoymuşdur. Həmin vəzifələrin yerinə yetirilməsi isə hamımızdan fəallıq və işgüzarlıq tələb edir.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proq-ramı”nın icrası istiqamətində görülmüş işlər
Tarixə qovuşmuş 2016-cı ildə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda irəli sürülmüş müddəaların yerinə yetirilməsi–iqtisadi inkişafın sürətləndirilməsi, tikinti-abadlıq işlərinin görülməsi və əhalinin sosial problemlərinin həlli sahəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Tərtər rayonunun zəhmət adamları mövcud çətinliklərə, problemlərə və rayon ərazisində gedən döyüşlərə baxmayaraq, ili yüksək əmək göstəriciləri ilə başa vurmuşlar. Prezident cənab İlham Əliyevin yeni-yeni təşəbbüsləri adamların coşğun əmək və siyasi əhval-ruhiyyəsini yüksəldən amil olmuşdur.
Ötən ilin aprel ayında bir neçə gün davam edən döyüşlərdə ermənilərin atdığı mərmilər Tərtər şəhərində və kəndlərdə 256 yaşayış evinə, 4 məktəb binasına, 2 tibb məntəqəsinə, 1 körpələr evi-uşaq bağçasına, qaz, su və elektrik təsərrüfatına ciddi ziyan vurmuş, 3 nəfər mülki vətəndaşımız həlak olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyev o gərgin günlərdə öz xanımı ilə birlikdə Tərtərə səfər etdi. Dövlət başçısı rayon ərazisindəki “N” saylı hərbi hissədə əs-gər və zabitlərlə görüşdü, Tərtər şəhərində, cəbhə xəttinin 200 metrliyində yerləşən Qapanlı kəndindəki dağıdılmış evlərə baxdı, ev sahiblərinə təsəlli verdi, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Bir neçə gün sonra cənab İlham Əliyev aprel döyüşləri zamanı Tərtər rayonuna vurulan zərərin aradan qaldırılması üçün Prezidentin Ehtiyat Fondundan 3 milyon manat vəsait ayırdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xanımı ilə ötən ildə Tərtərdə ikinci dəfə–dekabrın 3-də səfəri zamanı xalqımızın Ümummilli lideri Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini zi-yarət etdi, rayonun Sarıcalı və Zolgəran kəndləri arasında Tərtər çayı üzərində inşa edilmiş yeni körpünün, 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsini yaxşılaşdırmış “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin başa çatması münasibəti ilə keçirilən tədbirdə, uşaq-gənclər şahmat məktəbinin, YAP Tərtər Rayon Təşkilatının inzibati binasının açılışlarında iştirak etdi, aprel dö-yüşlərində ermənilərin atəşləri nəticəsində ziyan dəymiş evlərdə aparılan təmir-bərpa işləri ilə tanış oldu, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş ümumi sahəsi 1200 kvadratmetr olan 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında oldu. Rayonda gedən tikinti, quruculuq işləri ilə yaxından tanış olan Prezident rayon ictimaiyyəti ilə görüşü zamanı dedi: “Tərtər rayonunun uğurlu inkişafı məni çox sevindirir… Tərtər şəhəri abadlaşıb, gözəlləşib. Mən 10 il bundan əvvəl Prezident kimi birinci dəfə Tərtər rayonunda olmuşam, bu yerdə vətəndaşlarla görüşmüşəm.