Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Sen

    DSC_5669Tərtər Rayon Məşğulluq Mərkəzi “Əmək yarmarkası” keçirib.
    Tədbiri rayon məşğulluq mərkəzinin direktoru Azər Ağayev açıb. O, keçirilən əmək yarmarkasının mahiyyətindən danışaraq bildirib ki, məqsəd işaxtaran və işsiz vətəndaşlarla işə götürənlərin birbaşa əlaqəsini təmin etməkdir.
    Həmin gün tədbirdə rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və işaxtaranlarla birlikdə 250 nəfər iştirak edib.
    Əmək yarmarkasına rayonun ərazisində fəaliyyət göstərən 23 idarə, müəsissə və təşkilatdan 168 boş iş yeri çıxarılıb. Boş iş yerlərindən 65-i fəhlə, 103-ü qulluqçu kateqoriyasına daxildir ki, bunlardan da 55 nəfərə işə göndəriş verilib. İşə göndəriş verilənlərdən 5 nəfəri sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlar, yəni kvota yerlər olub. 20 nəfər müvəqqəti xarekterli, yəni bir aylıq əmək haqqı müəssisə tərəfindən 100 % ödənilməklə ictimai işlərə göndərilənlər təşkil edib.
    İşə göndəriş alan və yaxud özünə yeni iş yeri tapan vətəndaşlar yarmarkanın keçirilməsindən razı qaldıqlarını bildiriblər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:33

    Teqlər:

İsmarıclar bağlıdır.