Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08Sen

    Изображение 258Hər bir yaşayış məntəqəsində insanların həyat tərzinə güclü təsir göstərən amillərdən biri də yol infrastrukturudur. Əgər yollar yaxşıdırsa, gərginlik azalır, insanlar vaxta qənaət edir, mənzil başına rahat çatırlar.
    Bu baxımdan 24 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Tərtər–Seydimli–Qaradağlı–Sarov avtomobil yolunun tikintisinə başlananda, bu ərazilərdə yaşayanların hamısı çox sevindi. Artıq tikinti işlərinin böyük bir hissəsi görülüb. Həmin yolun 18-ci kilometrində, İncə çayı üzərində yerləşən, qəzalı vəziyyətdə olan körpünün tikintisi başa çatıb.
    Yayın isti günlərində hərdən ailəlikcə yola çıxıb, qohum-tanışları yoxlamağa gedəndə, istirahət məkanlarına üz tutanda, bu rahatçılığı bizə yaradan insanlara minnətdar oluruq.
    Qeyd etmək istəyirəm ki, rayonumuzun abadlığı yalnız bu yoldan bilinmir. İndi Tərtərin küçələrinə üz tutsan, görülən quruculuq işlərinin şahidi olarsan. Xüsusən yay aylarında kənar ölkələrdə, şəhərlərdə yaşayan tərtərlilər rayonumuza gəldikdə, dəyişiklikləri heyranlıqla müşahidə edirlər. Son illər yüzlərlə rayon sakini qürbətdən vətənə dönərək, burada münasib bir iş qurub, yaşamağa üstünlük verir. Belə də olmalıdır. Ona görə ki, günü-gündən gözəlləşən, dəyişən Tərtərdə həm də sosial məsələlər həllini tapıb. Əhali 24 saat ərzində elektrik enerjisi və mavi yanacaqla təmin olunur.

    Surxay HÜSEYNOV,
    Bəyimsarov kənd İƏD üzrə icra nümayəndəsi

    Müəllif: Redaktor, 11:13

    Teqlər:

İsmarıclar bağlıdır.