İyunda doğulan tərtərli Vətən müharibəsi şəhidləri
Zabil Həsənov 1983-cü ilin iyun ayının 1-də Kəlbəcər rayonunun Bozlu kəndində anadan olub. Doğma kəndlərinin işğalından sonra ailəsi ilə birlikdə Tərtər rayonunun Şıxarx qəsəbəsində məskunlaşıb.
Oktyabrın 1-də Tərtər çayı üzərində yerləşən şəhərin əsas körpüsünün yanına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər rayonunun Bəyimsarov kəndində dəfn olunub.
Ailəli idi. 3 övladı yadigar qalıb.
Mənsimli İntiqam Rövşən oğlu
İntiqam Mənsimli 5 iyun 1998-ci ildə Tərtər rayonunun Kəngərli kəndində dünyaya göz açmışdır.
Vətən müharibəsi zamanı Talış-Suqovuşan uğrunda gedən döyüşlərdə savaşıb. 17 okytabr 2020-ci ildə Talış kəndi istiqamətində şəhid olub. Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.
İntiqam Mənsimli ölümündən sonra “Suqovuşanın azad olunması” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Daha ətraflı »
Yeni ismarıclar