Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,521
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07İyl

    Tərtər Rayon İcra Hakimiyyətində həftə ərzində vətəndaşlarla keçirilən görüşlər öz bəhrəsini verməkdədir. Belə görüşlər zamanı sakinlərin problemlərinin həlli istiqamətində əməli addımlar atılır.
    Təsdiq olunmuş qrafik üzrə keçirilən qəbullarda sakinlərin sosial-iqtisadi, ictimai-siyasi və humanitar, tikinti və memarlıq, təsərrüfat, hüquq və digər sahələr üzrə müraciətləri dinlənilir. Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapır. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilir.
    Nəzərinizə çatdıraq ki, sakinlər Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə yaxınlaşaraq, Tərtər Rayon İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, habelə Sosial-iqtisadi inkişafın təhlili və proq-nozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Hüquq, Memarlıq və tikinti, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri üzrə qəbul günləri barədə məlumatı öyrənə, həmçinin Tərtər rayon icra hakimiyyətinə Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/) portalı vasitəsi ilə də müraciət edə bilərlər.
    Qeyd edək ki, bütün keçirilən görüşlərin əsasında Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğu dayanır.

     

    Müəllif: Redaktor, 15:01

İsmarıclar bağlıdır.