Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri və YAP rayon təşkilatının sədri ilə birgə şəhid Bağırlı Mirsədi Mircəfər oğlunun ailəsini ziyarət edib, onlara başsağlığı verib.
Tərtər Cümə Məscidinin imamı Sadıq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.
Əslən Tərtər rayonunun Umudlu kəndindən olan Kiçik gizir Mirsədi Bağırlı 12 iyun 2000-ci ildə Bərdə rayonunun Mehdixanlı kəndində anadan olub. 2018-20-ci illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olan Mirsədi sərhədçi peşəsinə çox maraq yaranıb. O, müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün müraciət edib. 2020-ci il fevralın 8-də xidmətə qəbul edilib, az vaxtda hərbi kollektivin etimadını qazanıb.
44 günlük Vətən müharibəsində Mirsədi snayperçi kimi iştirak edib. Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərdə fərqlənib. O, Hadrut istiqamətində gedən döyüşlərdə şəhid olub və Bərdə rayonunun Mehdixanlı kəndində dəfn olunub. Daha ətraflı »


Bu gün torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş daha bir şəhidimizin Şahbazov Ruslan Mahir oğlunun şəhadətə qovuşmasının ikinci ildönümüdür. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərıəri və YAP rayon təşkilatının sədri ilə birgə şəhidin ildönümü mərasimində iştirak edib, ailəsinə başsağlığı veriərək, səbr diləyib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri və YAP rayon təşkilatının sədri ilə birlikdə rayonun Səhləbad kəndindən olan Vətən müharibəsi şəhidi Aslanlı Orxan Şahmar oğlunun ikinci ildönümü ilə əlaqədar yas mərasimində iştirak edib, ailəsinə başsağlığı verib.
2020-ci il oktyabrın 3-də Suqovuşan və Talışda Azərbaycanın üçrəngli şanlı bayrağı qaldırıldı.
Əvvəlcə iştirakçılar Ümummilli lider Heydər Əliyevin abidəsini və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirələrini ehtiramla yad ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov 5 oktyabr–Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllim işləyən şəhid valideynləri–Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin atası Vaqif Əliyevi və anası Səkinə Əliyevanı telefonla zəng edərək təbrik edib, şəhid Qubad Hacıyevin atası Cəmil Hacıyevi, şəhid Rəşad Mirzəlinin anası Afidə Mirzəyevanı, şəhid Pərviz Orucovun anası Dilruba Orucovanı isə evlərinə gedərək peşə bayramlarını təbrik edib, onlara gənclərin təlim-tərbiyəsində müvəffəqiyyətlər arzulayıb.
Vətən uğrunda, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmyerlilərimizin adları verilmiş I Qarabağ müharibəsi şəhidləri–Süleyman Məmmədov, Şakir Həsənov, Mübariz Kərimov, Vasif Hüseynov, Vətən müharibəsi şəhidləri–3-cü dərəcəli “Rəşadət” ordenli Qəmbər Qəmbərli, Azər Şəmilov və 3-cü dərəcəli “ Vətənə Xidmətə” görə ordenli Sənan Məmmədli, “Azərbaycan Bayrağı” ordenli Ruslan Şahbazov küçələrində əsaslı təmir işləri aparılır, küçələr müasir standartlara uyğun olaraq yenidən qurulur. Küçələrin istinad divarları hündürləşdirilir, aqlay və qaya daşları ilə üzlənir. Telekommunikasiya və işıq, qaz xətləri səliqəyə salınır, ağaclar budanir, təmizlik, abadlıq işləri aparılır. Hazırda şəhid adı daşıyan küçələrə asfalt salınmasına hazırlıq işləri görülür.
Rayon rəhbəri Müstəqim Məmmədov 3 oktyabr 2022-ci il tarixdə ehtiyatsızlıqdan avtomobil qəzası törədərək xəsarət almış, 1998-ci il təvəllüdlü, 2-ci qrup Vətən müharibəsi qazisi Kamal İsmayıllıya baş çəkib, onun səhhəti və qayğıları ilə maraqlanıb.
Bəyimsarov kəndində yaşayan şəhid Mustafayev Əlizamin Baxış oğlunun ailəsi ziyarət olunub, onlara şəhidin həlak olmasının ikinci ildönümü ilə bağlı başsağlığı verilib.
Yeni ismarıclar