Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,938
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Avq
    Xəbərlər Tərtər Rayon İcra Hakimiyyəti başçısının 2022-ci ilin sentyabr ayında kəndlərdə keçiriləcək səyyar qəbullarının qrafiki üçün şərhlər bağlıdır

    Bildiririk ki, rayon icra hakimiyyəti başçısının 2022-ci ilin sentyabr ayında aşağıda adları göstərilən yaşayış məntəqələrində səyyar qəbulları keçiriləcəkdir.

    S/№ Yaşayış məntəqəsinin adı Ayın tarixi Saat Görüşün keçiriləcəyi yer
     

    1

     

    Sarcalı kəndi

     

    04.08.2022

     

    11:00

     

     

    Sarıcalı kənd tam orta məktəbinin ərazisi

    2 İrəvanlı kəndi 01.09.2022 11:00  

    İrəvanlı kənd tam orta məktəbinin ərazisi

     

    3

     

    Əlsəgrli kəndi

     

    08.09.2022

     

    11:00

     

    Ələsgərli  kənd tam orta məktəbinin ərazisi

     

    4

     

    Soyulan kəndi

     

    22.09.22

     

    11:00

     

    Soyulan kənd ümumi orta məktəbinin ərazisi

     

    5

     

    Umudlu kəndi

     

    29.09.22

     

    11:00

     

    Umudlu kənd ümumi orta məktəbinin ərazisi

     

     

  • 31Avq
    Qazilərimiz Vətən müharibəsi qazisi Tural Hüseynova medalı təqdim olundu üçün şərhlər bağlıdır
    Bu gün Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən Vətən müharibəsi qazisi, rayonun Evoğlu kənd sakini Hüseynov Tural İzmir oğluna  Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun Sərəncamı ilə təsdiq edilmiş “Vətən müharibəsi iştirakçısı” medalı təqdim edilib.

    Sonra rayon rəhbəri qazi ilə səmimi söhbət edərək, onun qayğıları ilə maraqlanıb. Görüşdə tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilib.

    Vətən müharibəsi qazisi onlara göstərilən xüsusi dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

  • 31Avq
    Xəbərlər Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 36 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

    Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyana görə şirkətlər tərəfindən görülən təmir-bərpa işlərinin düzgün aparılmaması, işlə təmin olunma, sahibkarlıq və əkin məqsədi ilə bələdiyyədən icarəyə torpaq sahəsinin ayrılması, mənzil növbəsi, kəndarası yolun təmir olunması, Sarov kəndinə gedən su arxının lildən təmizlənməsi, maddi yardım, pay torpaq sahələrində olan mübahisə, subartezian quyularının təmiri və digər problemlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətləri qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib, qəbulda vətəndaş məmnunluğu təmin olunub.

    Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 31Avq
    Xəbərlər Tərtərdə 2022-ci ilin altı ayı ərzində görülən işlər müzakirə edildi üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətində keçirilən iclasda Tərtər Rayon İcra İcra Hakimiyyəti başçısı yanında şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP rayon təşkilatının və rayon Ağsaqqallar şurasının sədrləri iştirak ediblər.
    Yığıncaq iştirakçıları öncə mənalı, şərəfli ömrünü Azərbaycan xalqına və müstəqil dövlətimizin hərtərəfli inkişafına həsr edən Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
    Yığıncağı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq, Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Ko-mandan cənab İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə çıxışının mühüm məqamlarından danışıb.
    Rayon rəhbəri çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi Tərtər rayonunda da ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlərin görüldüyünü, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin açılması, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlərin uğurla davam etdirildiyini bildirdi. Qeyd etdi ki, 2022-ci ilin yanvar-iyun aylarında rayonumuzda tikinti-quraşdırma və abadlıq işləri uğurla davam etdirilmişdir. Tərtər şəhərinin Əli İsmayılov, Teymur Rəhimov və Vaqif küçələrində divarlar aqlay və digər bəzək daşları ilə üzlənmiş, küçədə olan kommunikasiya xətləri səliqəyə salınmışdır. Daha ətraflı »

  • 31Avq
    Xəbərlər Səhlabad kəndində səyyar qəbul-görüş üçün şərhlər bağlıdır

    Vətəndaşların müraciətləri dinlənildi,
    şəhid bulağının açılışı oldu

     

     

     

     

     

     

    -Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Səhlabad kəndində səyyar qəbul-görüşü keçirilib.
    Qəbul-görüşdə çıxış edən rayon rəhbəri bildirib ki, yerlərdə keçirilən bu cür tədbirlər hər bir kəndin həyatı ilə daha yaxından tanış olmağa, insanların problemlərini bilavasitə özlərindən eşidib operativ həll etməyə kömək edir.
    Elə bu görüş zamanı da sakinlərdən Gülnarə Salahovanın, İman Almuradovun, Paklet İsmayılovanın və başqalarının müraciətləri dinlənilib, müvafiq tədbirlər görülüb.
    Görüşdən sonra Səhlabad kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Orxan Aslanlının xatirəsinə inşa edilən bulağın açılışı olub.
    Bu mərasimdə rayon rəhbəri ilə birlikdə ictimaiyyət nümayəndələri, Orxan Aslanlının ailə üzvləri, şəhid ailələri, qazilər, müharibə veteranları və kənd sakinləri iştirak ediblər. Məktəblilər tərəfindən şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib. Daha ətraflı »

  • 31Avq
    Təhsil YOLUNUZ UĞURLU OLSUN, ƏZİZ TƏLƏBƏLƏR! üçün şərhlər bağlıdır

    2021-2022- ci tədris ilində Tərtər rayonu üzrə 647 nəfər şagird tam orta məktəblərin XI sinfini bitirib. Onlardan 440 nəfəri universitetlərə sənəd verib. Abituriyentlərdən 6 nəfəri 600-dən yuxarı, 22 nəfəri 500-dən yuxarı bal toplayıb. Tələbə adını qazanan bütün gəncləri təbrik edirik!

    600-dən YUXARI BAL TOPLAYANLAR

    Qədim Qədimli– 631 bal

    Qaradağlı kənd tam orta məktəbinin əlaçı şagirdlərindəndir. Əsrimiz kompüter-internet əsri olduğu üçün, onun bu sahəyə marağı daha çoxdur. Bunun nəticəsidir ki, zəhməti öz bəhrəsini verib, o, I qrupda imtahan verərək ali məktəbə qəbul zamanı yüksək bal toplayıb və rayonumuzun birincisi olub. Qədim həm də rayonumuzun ümumtəhsil məktəblərinin məzunları arasında məktəbi fərqlənmə ilə bitirənlərdəndir.

    Günel Cəfərova – 626 bal

    Evoğlu kənd tam orta məktəbinin məzu-nu Günel Cəfərovanın, onun valideynlərinin və müəllimlərinin sevinci hədsizdir. Günel onların etimadını doğruldaraq, I ixtisas qrupuna imtahan verib və 626 bal toplayıb.
    O deyir ki, riyaziyyat fənnini ona sevdirən hal-hazırda təqaüddə olan Efdibidə müəllimdir. XI sinifdə isə riyaziyyatı onlara Nüşabə müəllim tədris edib.

    Murad Qarayev–610,7 bal

    Mamırlı kənd tam orta məktəbində təhsil alıb. O, rayonumuzun təhsildə uğur qazanan şagirdlərindəndir. Coğrafiya fənni üzrə keçirilən olimpiadada iştirak edərək, 2-3-cü yerlərin qalibi olub. O, təkcə orta məktəbdə oxuduğu dərslərlə kifayətlənməyib, həm də onlayn dərslərə qatılıb. İndi həm təhsil aldığı Mamırlı kənd tam orta məktəbini xüsusi nümunəli attestatla bitirib, həm də ikinci qrupda ali ixtisas məktəblərinə qəbul imtahanında 600-dən yuxarı bal toplayaraq Azərbaycan İqtisad Universitetinin iqtisadiyyat fakültəsinə qəbul olub. Daha ətraflı »

  • 31Avq
    Təhsil, Xəbərlər 500-dən YUXARI BAL TOPLAYANLAR üçün şərhlər bağlıdır

    Xavər Xuduzadə–501 bal

    Qaradağlı kənd tam orta məktəbində təhsil alıb. Hər bir şagird kimi onun da arzusu ali məktəbə qəbul olmaq olub. Odur ki, orta məktəb müəllimlərindən elmlərin açarı olan fənləri – Azərbaycan dilini, riyaziyyatı, tarixi və sair fənləri mükəmməl öyrənməyə çalışıb. Üstəlik müəllim yanında fərdi hazırlaşıb. Artıq həyəcanlı günlər arxada qalıb. I qrupda imtahan verərək, Bakı Dövlət Universitetinə qəbul olub. Gələcəkdə savadlı riyaziyyat müəllimi kimi tanınması üçün tələbəlik illərində daha mükəmməl çalışmağa, elmin sirlərini dəqiq öyrənməyə, oxuduğu məktəbin və valideynlərinin etimadını doğrultmağa söz verib.

    Fidan Allahverdiyeva–506,1 bal

    Şəhər 1 saylı tam orta mək-təbin qa-baqcıl ənənələrini davam etdirərək, IV ixtisas qrupu üzrə imtahandan 506.1 bal toplayıb. Arzusu həkim olmaqdır. Orta məktəb müəllimlərinin hamısından razıdır, xüsusilə də riyaziyyatı sinif rəhbəri Günay müəllimdən, dil-ədəbiyyatı isə anası Nuranə müəllimdən öyrəndiyini söyləyir.
    Fidan deyir ki, həkimlik çətin olduğu qədər, həm də şərəfli peşədir. O, həmişə bu peşənin şərəfini qoruyacaq. Daha ətraflı »

  • 31Avq
    Xəbərlər “Əsgərə məktub” layihəsi keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və Müdafiə Nazirliyi Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Tərtərdə “Əsgərə məktub” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
    Tədbir Tərtər şəhərində Heydər Əliyev adına parkda təşkil olunub.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində igidlərimizin göstərdikləri qəh-rəmanlıqlardan bəhs ediblər, gecə-gündüz Vətənimizin keşiyində şərəflə duran Müzəffər Ordumuzun mərd əsgərləri ilə fəxr etdiklərini bildiriblər.
    Daha sonra iştirakçılar əsgərlərimizə məktublar yazaraq on-lara ürək sözlərini, xoş arzularını çatdırıblar.

     

  • 31Avq
    Səhiyyə Vacib məsələ üçün şərhlər bağlıdır

    Qadınları və onların gələcək övladlarını risklərdən qoruyaq!

    Hamiləlik qadının həyatında baş verən sevincli hadisədir. Ancaq dünyaya sağlam övlad gətirmək üçün onun üzərinə ilk günlərdən böyük məsuliyyət düşür. Bu məsuliyyət nədən ibarətdir? Doğuş zamanı problemlər yaşamamaq üçün nələri etmək lazımdır? Bu suallarla əməkdaşımız Tərtər Rayon Mərkəzi Xəstəxanası doğum və ginekologiya şöbəsinin müdiri, baş mama-ginekoloq Tamella Tağıyevaya müraciət edib. O deyib:

    – Tərtər rayonunda 100 mindən çox əhali yaşayır. Bunların 50 faizdən çoxu qadınlardır. Onların 35 faizi reproduktiv yaşda, yəni dünyaya övlad gətirə biləcək yaşda olanlardır.
    Onlara 8 mama-ginekoloq xidmət edir. Bu həkimlərdən 6-sı stasionarda, Daha ətraflı »

  • 31Avq
    Hərbi vətənpərvərlik Ölümdən dönənlər üçün şərhlər bağlıdır

    Müharibə bitdi, amma erməni xisləti bitmək bilmir

    Hikmət Abdullayev tay-tuşları, dost-tanışları arasında sayılıb-seçilən oğlanlardandır. Doğma Tərtərimizin mərd, vətənpərvər gənclərindəndir. Taleyin yazısında onun da qismətində qazi olmaq varmış. 44 günlük Vətən müharibəsində ölümdən dönənlərdəndir. Müharibədə lazımınca döyüşüb, Qələbəni sağ-salamat qarşılamışdı. Lakin…
    Hikmət 2 saylı məktəb-liseyin 9-cu sinfini bitirdikdən sonra Mingəçevir şəhərindəki Turizm kollecinin “mehmanxana, turizm, kurort komplekslərində iaşə və servis” fakültəsinə qəbul olmuşdu. Əsgərlik müddəti çatdığı üçün təhsilini yarımçıq qoyub həqiqi hərbi xidmətə yollanmalı olub. 2019-cu ildən 2020-ci ilin iyun ayınadək Astara rayonunda hərbi xidmətini çəkib. Sərhəd qoşunlarında xidməti borcunu yerinə yetirib. Müddətli xidməti borcunu yerinə yetirdikdən sonra müddətdən artıq xidmətə yazılıb. Hərbi sirrin incəliklərini öyrənmək üçün həm respublikamızda, həm də qardaş Türkiyədə kəşfiyyatçı kursları keçib. Bu kurslar onun hərbiyə olan marağını xeyli artırmışdı. Ağdam, Mingəçevir və Goranboy rayonlarında xidmətini davam etdirirdi. Daha ətraflı »