ÖLKƏMİZDƏKİ TOLERANTLIQ VƏ MULTİKULTURALİZM MÜHİTİ HEYDƏR ƏLİYEV SİYASƏTİNİN BƏHRƏSİDİR
Hər bir dövlətin və xalqın uğurlarında liderlərin böyük rolu olmuşdur. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Ulu Öndər Heydər Əliyev kimi əbədiyaşar lideri var.
Dövlətimizin müstəqilliyinin qorunub saxlanılma-sında, Azərbaycanın dünya dövlətləri arasında tanınmasında, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır.
“Mənim üçün hər şeydən əziz mənim xalqımdır, vətənimdir, mənim torpağımdır” deyən Ümummilli Lider eyni zamanda Azərbaycanda yaşayan bütün xalqların, bütün dinlərin nümayəndələrinin rahat yaşaması, eyni qayğı ilə əhatə olunması üçün sərəncamlar imzalayır, tapşırıqlar verirdi. Məhz Heydər Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycanda bütün dünyanı heyran qoyan multikultural model yaranmışdı.
Təsadüfi deyil ki, Azərbaycanda qonaq olan əcnəbilər bu Şərq ölkəsində müxtəlif dünyagörüşlərin, dini inancların, siyasi əqidələrin, fərqli mədəniyyətlərin bu dərəcədə normal, sivil birgəyaşayışına heyranlıqlarını gizlədə bilmirlər. Bu cür birgəyaşayış ilk növbədə böyük öndərimizin humanist düşüncələrinin, onun həyata keçirdiyi siyasətin bəhrəsi kimi bərqərar olmuş multikultural dəyərlərin qorunub inkişaf etdirilməsi nəticəsində mümkün olmuşdur. Multikulturalizm və tolerantlıq Azərbaycan xalqının həyat tərzidir. Daha ətraflı »



Tərtər Rayon Mədəniyyət Mərkəzində Prezident İlham Əliyevin görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamına əsasən Tərtər rayon Uşaq musiqi məktəbi tərəfindən hazırlanmış yubiley tədbiri keçirilib.
Bu gün narkomaniya müharibələr, pandemiya ilə yanaşı, insanları, xüsusən gəncləri ölümə aparan ən dəhşətli bəlalardan biridir. Buna görə də ölkəmizdə narkomaniyaya qarşı dövlət səviyyəsində mübarizə həyata keçirilir. Bu məqsədlə qanunvericilik bazası təkmilləşdirilir.
Bu gün müasir cəmiyyətimizi internetsiz təsəvvür etmək qeyri mümkündür. İnternet vasitəsi ilə çoxsaylı informasiyalar alınır. Bunun üçün müəyyən texnologiyalardan istifadə bacarığı və ona olan tələbat nəzərdə tutulur. Bəzən bu texnologiyalardan istifadə çətinləşir, peşəkarlara müraciət etməli oluruq. Belə peşəkarlardan biri Tərtər Telekommunikasiya qov-şağında çalışan, həm iş yoldaşları, həm də rayon ictimaiyyəti tərəfindən hörmətlə qarşılanan Taleh Hüseynovdur.
İlk öncə Ümumilli lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əzizi xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Aprelin 29-da ADA Universitetində “Cənubi QAfqaz: İnkişaf və əməkdaşlıq mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda giriş nitqi söyləyib.
Əziz tərtərlilər!
Yeni ismarıclar