EL ŞAİRİ SURXAY DƏQİQ
Səfərov Surxay Umud oğlu 1922-c- ildə Tərtər rayonunun Evoğlu kəndində anadan olmuşdur. 1941-ci ildə Evoğlu kənd orta məktəbinin X sinfini bitirmiş, ehtiyac olduğuna görə rayonun müxtəlif kəndlərində müəllimlik etmişdir. Atası Səfərov Umud 1937-ci il repressiya qurbanlarından biri olmuşdur (1956-cı ildə bəraət almışdır). Odur ki, Surxay hərbi xidmətə çağırılmamış, müharibəyə göndərilməmişdir. Gənc yaşlarından yaradıcılığa başlamış, şeirləri müəllimlərinin və kənd əhalisinin diqqətini cəlb etmişdir.
Səməd Vurğunun yaradıcılığı onun üçün əsl ilham mənbəyi olmuşdur. Dəfələrlə Səməd Vurğunla görüşmək ona qismət olmuşdur. Surxayın yaradıcılığına diqqət və qayğı ilə yanaşan şair ona “Dəqiq” təxəllüsünü vermişdir.Yazılarının birində Surxay müəllim Vurğunu ustadı hesab edərək belə
Qəlbim döyündükcə coşacağam mən,
Kükrəyib dəniz tək daşacağam mən,
Hələ min-min nəğmə qoşacağam mən,
Çünki Vurğun kimi söz ustadım var.
Şairin ölümündən kədərlənən Dəqiq “Deyə bilmirəm” şeirini yazmışdır. Eyni zamanda Səməd Vurğunun həyat və yaradıcılığını əks etdirən “Vurğun” mənzum dramını yaratmışdır. Əsərin yalnız bir hissəsi durur. Şair özü ”Yeni il şərəfinə sağlıq” şeirində həmin drama işarə edərək yazmışdır: Daha ətraflı »


Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun 44 günlük Vətən Müharibəsində düşmən işğalından azad etdiyi qədim qalamızda – Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçirilib.
Hər bir xalqın taleyində liderlərin rolu əvəzsizdir. Azərbaycan xalqı xoşbəxtdir ki, Ulu Öndər Heydər Əliyev kimi əbədiyaşar lideri var. Həyatımızın hansı sahəsinə diqqət yetirsək, Ümummilli Liderin müəyyən etdiyi strategiyanın, başladığı işlərin təntənəsini görürük
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində on sənəd imzalanıb. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir.






Rayon Gənclər Mərkəzində Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən “Şəhid ailələri, Qarabağ müharibəsi iştirakçılarının sosial problemlərinin həlli istiqamətində sosial-iqtisadi islahatların həyata keçirilməsinə dəstək” mövzusunda təlim keçirilib.
Bu il rayonda 3446,9 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Səpin aparılacaq təsərrüfatlarda sahələr vaxtında şumla-nıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.
Yeni ismarıclar