Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Sen

    Kəndin sosial-iqtisadi həyatında uğurlar var, vətəndaşların şəxsi problemləri də həll olunur

    Tərtər Rayon İcra Haki-miyyətinin başçısı Müstəqim Məmmədovun rayonun Sarıcalı kəndində səyyar qəbulgörüşü keçirilib.
    Qəbulda Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər. Öncə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, xatirələrini ehtiramla anıblar.
    Kənd sakinlərini salamlayan icra başçısı yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələ-rinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
    Qeyd olunub ki, I Qarabağ və Vətən müharibəsində ən çox atəşə Tərtər şəhəri və onun yaşayış məntəqələri məruz qalıb. Ancaq sakinlər bir gün də öz yurd-yuvalarını tərk etməyiblər, düşmənə həmişə “göz dağı” olublar.
    Sonra icra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.
    Bildirilib ki, Sarıcalı kəndi-nin 400 hektar ərazisi, 206 təsərrüfatı, 965 nəfər əhalisi, 365 hektar pay torpağı var. Ərazidə 1 məktəb, 1 körpələr evi-uşaq bağçası, 1 tibb məntəqəsi, 1 poçt, 1 ATS, 1 kitabxana, 1 klub, 3 ticarət və 1 iaşə obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər daimi işıq, qaz və su ilə təmin olunublar.
    Sakinlər 350 baş iribuynuz-lu, 900 baş xırdabuynuzlu heyvan, 2500 baş quş, 102 arı ailəsi saxlayır, kümçülüklə də məşğul olurlar.
    Sarıcalı kəndində son üç il-də 2 ədəd subartezian quyusu qazılıb, 1000 metr su arxı lildən təmizlənib, kəndin mərkəzi yoluna asfalt örtüyü salınıb, kəndarası yollar təmir olunaraq kənar hissələri abadlaşdırılıb.
    İcra başçısı sakinlərə Rəqəmsal icra hakimiyyəti porta-lına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, əkin sahələrində baş verəcək yanğın hadisələrinin qarşısının alınması tədbirlərindən danışıb, erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
    Sonra rayon rəhbəri sözü sakinlərə verib.
    Kənd sakinlərindən şəhid yoldaşı Kəklik Əliyeva körpələr evi-uşaq bağçasına qaz çəkilməsi, şəhid yoldaşı Aybəniz Ağayeva ev növbəsinin tezləşdirilməsi, oğlunun işlə təmin olunması, Ətlaz İsmayılova, Teyyub Yaqubov həyətyanı və pay torpaq sahələrinə gələn arxın təmizlənməsi, sahələrinin suvarılması, Kəmalə İsmayılova oğlunun iş yerinin dəyişdirilməsi, Sənubər Əhmədova Vətən müharibəsi qazisi olan oğlunun işlə təmin edilməsi və digər məsələlər ilə bağlı müraciət ediblər.
    Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
    Qəbulda iştirak edən sakinlər onların problemlərinin həl-linə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 10:14

İsmarıclar bağlıdır.