Ölkəmizin milli maraqlarına əsaslanaraq praqmatik daxili və xarici siyasət yürüdən Möhtərəm Prezidentimizin sayəsində beynəlxalq mövqeyimiz günü-gündən möhkəmlənir.
Azərbaycanın strateji tərəfdaşlıq və dostluq münasibətləri müvəffəqiyyətlə inkişaf edir, ənənəvi tərəfdaşlarla münasibətləri möhkəmlənir, ölkəmiz mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. İyunun 1- də keçirilmiş Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dediyi kimi həyata keçirdiyimiz layihələr içərisində ölçüsünə görə özünəməxsus yer tutan nəhəng “Şahdəniz” qaz-kondensat yatağında hasilat artmaqda davam edir ki, bu da qısa zaman kəsiyində Azərbaycan müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir.
Dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan, Cənubi Qafqaz regionunun lider ölkəsi olan beynəlxalq təşkilatlar içərisində faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Respublikamızın xarici siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri bu strateji kursun müstəqillik və suverenlik prinsiplərinə əsaslanmasıdır. Yəni Azərbaycan tam müstəqil siyasət həyata keçirir, buna görə də ölkəmizə rəğbət daim artır, yüksək hörmət və etimad göstərilir. Daha ətraflı »


1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Tərtər rayon İcra Hakimiyyətinin və Tərtər Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin birgə təşkilatçılığı ilə Şəhid və qazi övladları, aztəminatlı ailələrin uşaqları üçün sünnət xeyriyyə aksiyası keçirilib.
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Tərtər rayon İcra Hakimiyyətinin, rayon Mədəniyyət Mərkəzinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində tədbir keçirilib.
Prezident İlham Əliyevin cari ilin 28 may tarixində Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında çıxış edib. Festivaldakı çıxışında cənab Prezident deyib ki, yüz dörd il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır.
Bu gün Svetlana Əzizovanı rayonumuzda tanımayan yoxdur. Vaxtilə tədbirlərdə “Ana” şeirinin ifası ilə tamaşaçıları duyğulandıran, hətta ağladan bu balaca qızcığaz indi özü də anadır – 4 övlad anası və gözəl nənədir – 4 nəvənin nənəsi.
Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Rövşən-Oğuz Mühəndislik” MMC şirkəti tərəfindən Kəbirli kəndində şəhid Elnur Hüseynovun ailəsi üçün tikilən evdə tikinti işləri ilə tanış olub, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.
Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, sakinlər, din xadimləri iştirak ediblər.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əslən Tərtərdən olan həmyerlimiz şəhid Verdiyev İsax Ədalət oğlunun Sumqayıt şəhərində yaşayan valideynlərini qəbul edib, onlarla səmimi söhbət edib. İcra başçısı bildirib ki, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsi xalqımız tərəfindən ehtiramla yad edilir. “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı ilə döyüşə gedən oğullar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bizə Zəfər gününü yaşatdılar.
Yeni ismarıclar