Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Avq

    Qadınları və onların gələcək övladlarını risklərdən qoruyaq!

    Hamiləlik qadının həyatında baş verən sevincli hadisədir. Ancaq dünyaya sağlam övlad gətirmək üçün onun üzərinə ilk günlərdən böyük məsuliyyət düşür. Bu məsuliyyət nədən ibarətdir? Doğuş zamanı problemlər yaşamamaq üçün nələri etmək lazımdır? Bu suallarla əməkdaşımız Tərtər Rayon Mərkəzi Xəstəxanası doğum və ginekologiya şöbəsinin müdiri, baş mama-ginekoloq Tamella Tağıyevaya müraciət edib. O deyib:

    – Tərtər rayonunda 100 mindən çox əhali yaşayır. Bunların 50 faizdən çoxu qadınlardır. Onların 35 faizi reproduktiv yaşda, yəni dünyaya övlad gətirə biləcək yaşda olanlardır.
    Onlara 8 mama-ginekoloq xidmət edir. Bu həkimlərdən 6-sı stasionarda, 1-i qadın məsləhətxanasında, 1-i isə Azadqaraqoyunlu kəndində çalışır. Mama-ginekoloqlarımızın zəngin təcrübəsi var. Eyni zamanda ixtisaslarını təkmilləşdirmək, tibbi yenilikləri öyrənmək məqsədilə növbəti imtahanlardan keçib və sertifikat alıblar.
    Rayonumuzda qadın məsləhətxanası Ailə Sağlamlıq Mərkəzinin tərki-bində fəaliyyət göstərir. Bundan başqa, əhaliyə 16 həkim və 22 feldşer-mama məntəqəsi xidmət edir ki, bunların da hamısında mamalar fəaliyyət göstərir və hamiləliyin ilk vaxtlarından qadınlarla əlaqə saxlayırlar.
    Rayon ərazisində yaşayan hər bir hamilə qadın məsləhətxanasına, həkim və feldşer-mama məntəqələrinə vaxtında müraciət edib, qeydiyyata dayanmalıdır. İlk müraciətdən başlayaraq, qadınlar lazım olam bütün müayinələrdən keçirlər. Bu, gələcəkdə risklərin baş verməsinin qarşısını alır və həmçinin sağlam uşağın dünyaya gəlməsinə kömək edir.
    Həmçinin ananın ekstra genetik xəstəlikləri nəzərə alınır və diqqətdə saxlanılır. Belə ki, hipertenziya, ürək-damar sistemi xəstəlikləri, epilepsiya, endokrinopatiya, qaraciyər, onkoloji xəstəlikləri olanlar, kəskin və xroniki, eləcə də HİV infeksiyalı hamilələr və psixi xəstələr müəyyən edilir və stasionara göndərilir.
    Ayda bir dəfə tibbi şurada mamaların fəaliyyəti müzakirə olunur və onlar gördükləri iş haqqında məlumat verirlər. Risk faktorlu hamilələrin siyahısı çıxarılır, evlərində müayinədən keçirilir və onlara yardım göstərilir.
    Mama-ginekoloqlar həftədə 2 dəfə – çərşənbə axşamı və cümə günləri tibbi briqadalarla bərabər kənd məntəqələrində hamilələrlə görüşür və ehtiyac olduqda, yardım göstərirlər.
    Stasionarda 6 mama-ginekoloq doğuşda iştirak edir. Doğuş şöbəsi yeni aparatlarla təmin edilib, uşaqlar üçün fizioterapiya və “SPAD” aparatı alınıb. Şöbədə 3 neonatoloq fəaliyyət göstərir. Onlar ağır vəziyyətdə və yarımçıq doğulmuş uşaqlara vaxtında yardım edir və onların geniş profilli perinatal mərkəzlərə çatdırılmasını təmin edərək, uşaq ölümlərinin qarşısını alırlar.
    Yeni direktorun təyin edilməsi ilə xəstəxanada bütün şöbələrdə olduğu kimi, bu sahədə də canlanma yaranıb. Xüsusilə cərrahi sistemin işə salınması öz rayonumuzda keysəriyyə əməliyyatla-rının aparılmasına imkan yaradıb. Cərrah Asəf həkimin, revmataloq-anestezioloq Elxan həkimin, həmçinin Sərxan həkimin özünün fəaliyyəti nəticəsində bir neçə ana və uşağın həyatı xilas edilib.
    Əziz xanımlar! Övlad Allahın hər bir ailəyə bəxş etdiyi ən gözəl nemətdir. Sağlam övlada sahib olmaq isə ikiqat xoşbəxtlikdir. Tibb işçilərimiz, xüsusilə də do-ğum şöbəsinin personalı, kəndlərimizdəki tibb məntəqələrinin işçiləri daim yanınızda olaraq, bu işdə sizə kömək etməyə hazırdırlar. Sadəcə olaraq, bizə vaxtında müraciət etməyi unutmayın!

    Müəllif: Redaktor, 08:42

İsmarıclar bağlıdır.