HÜSEYN ZƏFƏR TARİXİMİZLƏ FƏXR EDİR
Mən sizə Aslan Kərimov adına şəhər 3 saylı ümumi orta məktəbin V sinif şagirdi olan Hüseyn İsayevdən danışmaq istəyirəm. Ağıllı və çalışqan şagirdimiz bu yaxınlarda məktəbimizdə V-VI siniflər arasında keçirilən “Qarabağ Azərbaycandır” adlı yarışda qalib gəlmiş və məktəb rəhbərliyi tərəfindən Fəxri fərmanla təltif olunmuşdur.
Ötən ilin dekabr ayında Heydər Əliyev Mərkəzində “Zəfər tariximiz” adlı yarışın keçiriləcəyini eşidən Hüseyn çox həyəcanlandı və yarışmaya böyük həvəslə hazırlaşmağa başladı. Çalışqan olmaqla yanaşı, Hüseyn həm də iradəlidir. Qarşısına qoyduğu məqsədə nail olmaq üçün o, əlindən gələni etdi və qələbə qazandı. Bəli, Hüseyn İsayev rayonumuzun məktəbliləri arasında keçirilən “Zəfər tariximiz” adlı müsabiqədə birinci yerə layiq görüldü və Fəxri fərmanla təltif olundu.
Bu ilin yanvarında isə o, rayon tarix diyarşünaslıq muzeyinin təşkil etdiyi “İstedadlarımızı tanıyaq” adlı müsabiqədə birinci yeri qazandı və bununla da yeni ildə özünün ilk uğuruna imza atdı. Bu müsabiqədən də əliboş dönməyən şagirdimiz yenə də Fəxri fərmanla təltif edilmişdir.
Hüseyn deyir ki, mən “Dəmir yumruq” ətrafında cəmlənən ordumuz və xalqımızın qazandığı Zəfərlə fəxr edirəm. Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda şəhid olanlara Allahdan rəhmət, qazilərə cansağlığı arzu edirəm.
Biz də balaca qəhrəmanımızın bu gözəl diləyinə qoşuluruq və ümid edirik ki, onun uğurları gələcəkdə də davam edəcək. Hüseyn böyüyəndə atası kimi hərbçi olmaq arzusundadır. Bu yolda ona uğurlar diləyirik.
Kifayət Kərimova,
şəhər 3 saylı ümumi orta
məktəbin tarix müəllimi


Ölkə ərazisində 19 yanvar tarixindən 26 yanvar 2022-ci il tarixədək təmizlik-abadlıq həftəsi keçirilib. Bu tədbirə rayonun idarə, müəssisə və təşkilatları ilə birgə rayon sakinləri də cəlb edilmişlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib.
1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
İlk suala cavab olaraq Prezident İlham Əliyev 2021-ci ildə Azərbaycanın iqtisadi sahədə qazandığı uğurlardan danışıb. Qeyd edib ki, ötən il ölkəmizdə iqtisadi artım 5 faizdən çox olub və bu, müharibədən çıxmış ölkə üçün çox yaxşı göstəricidir. Ən sevindirici hal odur ki, qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb.
1990-cı ilin 20 Yanvar hadisələri… Yaşından asılı olmayaraq, hər bir azərbaycanlı bu faciəni kədər və qürur hissi ilə qarşılayır.
Şuşa Azərbaycan xalqının milli mədəniyyətinin əsas mərkəzlərindən biridir. Şuşa Qarabağımızın döyünən ürəyidir. Şuşasız keçən hər gün bizdən ötrü əsrə bərabər oldu. Çox şükür ki, o ağrılı-acılı günlər artıq arxada qaldı. “Şuşasız bizim işimiz yarımçıq olar” deyən Prezident İlham Əliyev xalqına verdiyi vədə layiqincə əməl edərək, vüqarımızı özümüzə qaytardı.
Yeni ismarıclar