Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,662
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Sen
    Xəbərlər ŞƏHİDLƏRİN AD GÜNLƏRİ üçün şərhlər bağlıdır

                                                               Məmmədli Sənan Səlim oğlu

    Tərtər rayonunun Qaradağlı kəndindən olan, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Məmmədli Sənan Səlim oğlunun ad günündə xatirəsinə inşa edilən bulağın açılışı olub.
    Tədbirdə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Karantin qaydalarına uyğun təşkil olunan açılış mərasimində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Sənan Məmmədlinin qısa, lakin şərəfli və örnək olan həyat yolundan danışıb. Sonra o, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və 44 gün ərzində başa çatan qələbənin tarixi əhəmiyyətini qeyd edib. Daha ətraflı »

  • 20Sen

    Xəbərlər üçün şərhlər bağlıdır

                                                         Qənbərli Qənbər Bəhruz oğlu

    Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin, YAP Tərtər rayon təşkilatının, SHXÇDX-nin Tərtər rayon şöbəsinin nümayəndələri, və qazilər şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər. Sonra nümayəndələr şəhidin yaşadığı evə gedərək ailəsinin qayğıları ilə maraqlanıblar.
    Qənbərli Qənbər Bəhruz oğlu 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Ailəliydi. Bir qız övladı yadigar qalıb.
    Azərbaycan Ordusunun baş leytenantı olan Qənbər Qənbərli ermənilərin işğalı altındakı ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərdə sentyabrın 27-də şəhid olub. Murovdağ istiqamətində gedən gərgin döyüşlərdə şəhid olan Qənbər Qənbərlinin nəşi uzun müddət tapılmayıb. 22 may 2021-ci ildə nəşi tapılaraq Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.
    Döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu Daha ətraflı »

  • 20Sen

    Xəbərlər üçün şərhlər bağlıdır

                                                                     Əzizov Ayşad Qaryağdı oğlu

    Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri və qazilər şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər. Sonra şəhidin yaşadığı evə gedərək ailəsinin qayğıları ilə maraqlanıblar.
    Əzizov Ayşad Qaryağdı oğlu 5 sentyabr 1990-cı ildə Tərtər rayonunun Əskipara kəndində anadan olub. Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Ayşad 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Sentyabrın 27-də Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

     

  • 20Sen
    Tərtər RİH-də MEDAL SAHİBİNƏ ÇATDIRILDI üçün şərhlər bağlıdır

    Tərtər rayonunun Qaraağacı kənd sakini, Vətən müharibəsi iştirakçısı Abdullayev İsmət Həmid oğlu Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunub.
    Bu münasibət ilə İsmət Abdullayev rayon icra hakimiyyətinə dəvət olunub. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin Tərtər rayon şöbəsinin rəis müavini Ramil Qarayev və İctimai Nəzarət Koalisiyasının Tərtər rayon şöbəsinin sədri Nəcmiyyə Zeynalzadə ilə birlikdə Vətən müharibəsi iştirakçısını qəbul edib.
    Rayon rəhbəri İsmət Abdullayevi Vətən müharibəsində göstərdiyi şücaətə görə Ali Baş Komandan tərəfindən “Cəsur döyüşçü” medallı ilə təltif edilməsi münasibəti ilə təbrik edərək medalı sahibinə təqdim edib.

     

  • 20Sen
    Tərtər RİH-də ORDEN VƏ MEDALLARIN TƏQDİMETMƏ MƏRASİMİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş tərtərli igidlərin ailələrinə və Vətən müharibəsi iştirakçılarına orden və medalların təqdimetmə mərasimi keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hü-quq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, qazilər, Qarabağ Müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Əvvəlcə tədbir iştirakçıları ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, Daha ətraflı »

  • 20Sen
    Tərtər RİH-də YÜKSƏK BAL TOPLAYAN GƏNCLƏRLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Tərtər rayonundan qəbul imtahanlarında yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan gənclərlə Heydər Əliyev adına parkda görüş keçirilib.
    Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov, Milli Məclisin deputatı Sahib Alıyev, Milli Məclisin deputatı Ağalar Vəliyevin köməkçisi İlham Musayev, rayonun təhsil işçiləri və qəbul imtahanında yüksək nəticə göstərən məzunlar iştirak ediblər.
    Əvvəlcə ərazilərimizin bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Görüşü giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatda uğurlar arzulayıb. Daha ətraflı »

  • 20Sen
    Təhsil Rayonumuzun ziyalıları üçün şərhlər bağlıdır

                                                                         ŞAM ÖMRÜ YAŞAYAN MÜƏLLİM

    ”Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.
    Heydər Əliyev
    “Müəllim şam kimidir, özü yanıb tükənərkən ətrafını işıqlandırır”.
    Mustafa Kamal Atatürk
    “Mənə bir hərf öyrədənin köləsi olaram”.
                                                                    Həzrəti Əli

    Lap çoxdan, digər uşaqlar kimi, mən də elə bilirdim ki, müəllim çörək yemir, çay içmir. Onlar yalnız tərbiyə vermək və elm öyrətmək üçün budünyaya gəlmişlər. Bu fikir ona görə formalaşmışdır ki, Daha ətraflı »

  • 20Sen
    Hərbi vətənpərvərlik BİR AİLƏNİN İKİ AĞIR İTKİSİ üçün şərhlər bağlıdır

    Sənanın atası Birinci Qarabag müharibəsindən danışanda onun ürəyindən keçirmiş ki, böyüyəndə mən hərbiçi olub, torpaqlarımızı geri qaytaracağam. Evdə ata-ana isə düşünürdülər ki, oğullarını hərbiçi olmağa qoymayacaqlar. Çünki yaxşı bilirdilər ki, müharibəsiz torpaqların azad olunması mümkün deyil.
    Bu ailədə 3 övlad böyüyürdü – 2 oğlan, 1qız.
    İllər ötürdü hərə bir sahəni seçdi. Sənan da hərbiçi olmaq arzusunun dalınca getmişdi. Anası nə qədər narazılıq etsə də, onu yolundan döndərə bilməmişdi. 9-cu sinfi bitirdikdən sonra Naxçıvanski adına hərbi liseyə daxil olmuş, 2016-cı ildə isə oranı bitirdikdən sonra Bakı Ali Komandirlər məktəbində təhsilini davam etdirmişdi. Daha ətraflı »

  • 20Sen
    Milli-mənəvi dəyərlər İslam dünyası üçün şərhlər bağlıdır

                                                           PİR VƏ OCAQLARA İNAMIN ƏSAS SƏBƏBLƏRİ

    Əsrlər keçməsinə baxmayaraq insanların pir və ocaqlara inamı azalmır.
    Bu inama əsas səbəb kimi pirlərin möcüzəvi qüvvəyə malik olması göstərilir. Elə buna görə də belə yerlərə üz tutanlar, daha çox özünü çarəsiz, ümidsiz hiss edənlər olur.
    Pir və ocaqlara illər keçməsinə baxmayaraq, gedənlərin sayı niyə azalmır?
    Psixoloqlar bildiriblər ki, pir və ocaqlara inamın əsas səbəbi, rahatlıq verməsidir və burada qəbahətli bir iş yoxdur: “Hər insanın mütləq bir inam yeri olmalıdır. Bəzi insanların inam yeri dinə sığınmaqdır. Ümid və inam yeri olmayan insanlarda müəyyən psixoloji problemlər üzə çıxır. Dinə inamı olan insan qarşısına çıxan hər çətinliyə dözə bilir. Bu baxımdan pir və ocaqlara ziyarət edən insanlar duasının Tanrıya bir pillə daha tez çatacağına inanır. Bu inanc bir az da qədim dövrə məxsus miflərə əsasən formalaşıb. İnanc məsələsində insanın təhsil səviyyəsi, dünyagörüşü və böyüdüyü mühitinin təsirləri yüksəkdir. Daha ətraflı »

  • 20Sen
    Digər 21 SENTYABR BEYNƏLXALQ SÜLH GÜNÜDÜR üçün şərhlər bağlıdır

    Sülh dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf deməkdir. Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci ildə 21 sentyabrın Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. İnsanları sülhə, sabitliyə, təhlükəsizliyə çağıran bu gün BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında quraşdırılan “Sülh zəngi”nin çalınması ilə başlayır. Yaponiya parlamentinin bütün dünya xalqlarına hədiyyəsi olan bu zəngin üzərində yazılmış “Yaşasın Mütləq Dünya Sülhü” sözləri sanki bəşəriyyətin qorunması, silahların susdurulması, sa-kini olduğumuz dünyamızda əmin-amanlığın təminatı üçün həyəcan siqnalıdır. Məhz bu gündə həmin zəng çalınaraq qan-qada gətirən döyüşləri 24 saat ərzində dayandırmağa, münaqişə və müharibələr zamanı həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasına çağırış edir. Daha ətraflı »