Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Avq

    Məhərrəm ayı ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rəhbərliyi ilə qərargah üzvlərinin növbəti tədbiri keçirilib.
    Rayon İcra hakimiyyətində keçirilən tədbirdə hüquq-mühafizə orqanlarının, icra hakimiyyətinin əməkdaşları və din xadimləri iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətdin münasibətləri bu gün dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində ölkəmizin in-kişafına böyük töhfə verib. Rayon rəhbəri ölkəmizin hər yerində olduğu kimi, Tərtərdə də Məhərrəm ayı ilə əlaqədar dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradıldığını vurğulayıb. Qeyd edib ki, sülh və əminamanlıq ayı kimi qəbul edilən Məhərrəm ayı ərzində ibadət ocaqlarında ictimai asayişə riayət olunmaqla, təziyə məclislərində Kərbəla şəhidləri ilə yanaşı Vətənimiz uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın da əziz xatirəsi ehtiramla anılmalı, moizə və xütbələrdə Vətən təəssübü, milli və dövlət mənafelərimiz uca tutulmalıdır.
    İcra başçısı çıxışında vurğulayıb ki, rayon ərazisində 5 məsçid və 1 ziyarətgahda (Ələm ocağı) dini mərasimlərin keçirilməsinə icazə verilib. Küçələrdə, evlərdə ehsan süfrələrinin açılması, dini mərasimlərin təşkili tövsiyə olunmur.
    Tərtər Rayon Polis Şöbəsinin rəis müavini Həsən Məmmədov, Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin əməkdaşı Kamal Rəsulov, rayon prokurorluğunun əməkdaşı Məhəmməd Mahmudov Məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericilik çərçivəsində keçirilməsinin zəruriliyini diqqətə çatdırıblar.
    Tərtər “Cümə” məscidinin imamı Sadiq Cəfərov, imam müavini Saleh Ədilov, din xadimləri Ramiz Əliyev, Nəriman Əliyev, Vüsal Bədəlov çıxış edərək məhərrəmlik mərasimlərində hər kəsə QMİ-nin Qazilər Şurasının müvafiq fətvasının tələblərinə ciddi riayət etməyi tövsiyə edib, zəncir vurub baş yarmağın, bədənə əziyyət verməyin dində bəyənilmədiyini, bunun əvəzinə qanvermə aksiyalarında fəal iştirak et-məyin daha humanist hərəkət olduğunu bildiriblər.
    Qeyd olunub ki, Aşura günlərində bütün bölgələrdə qanvermə aksiyası təşkil olunacaq, qanvermə aksiyasında iştirak etmək istəyənlər Mərkəzi Qan Bankının Bərdə rayon regional bölməsinə müraciət edə bilərlər.

     

    Müəllif: Redaktor, 10:41

İsmarıclar bağlıdır.