İlk öncə Ümumilli lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əzizi xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək bildirdi ki, Ümumilli lider Heydər Əliyev bütün Azərbaycan xalqının əbədiyaşar öndəri, dövlətimizin qurucusu və memarıdır. Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. Qüdrətli , şəxsiyyətilə seçilən, qeyri-adi istedada malik Heydər Əliyevi xalqına bağlayan tellər olduqca möhkəm idi. Demokratik inkişaf yolunu müəyyənləşdirilmiş Azərbaycan dövlətinin dünənində və bu günündə də dünyanın ən böyük siyasətçilərindən biri olan Heydər Əliyevin möhürü vardır. O, müasir Azərbaycan tarixini yaradan dahi şəxsiyyət , müstəqil dövlət qurmaq kimi çətin bir vəzifəni cəsarətlə öz öhdəsinə götürən və bunu bacaran əvəzolunmaz liderdir. Gənclik xöşbəxtlikdir deyən Ulu Öndərimiz hər zaman gənclərə böyük diqqət və qayğı ilə yanaşırdı. Ulu öndər hər zaman qeyd edirdi ki, gənclər bizim bu günümüz və gələcəyimizdir.
Dahi Ümumilli liderimiz bütün gənclərin qarşısına bir vəzifə, öz xalqına, dövlətinə ölkəsinə sədaqətlə xidmət etmək , həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq vəzifəsinin olduğunu vurğulayırdı . Eyni zamanda Ulu Öndərimiz gənclərə uğurlu yaşamağın sirlərini də söyləyərək deyirdi ki, gənclər bilməlidirlər, həyatda uğurla yaşamaq üçün xalqımızın, millətimizin , milli mənəvi dəyərlərinə sadiq olmaq, bu keyfiyyətləri ümumbəşəri dəyərlərlə birləşdirərək müasir həyat tərzi keçirmək lazımdır.
Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətinidə önəmli yer tutur. Əsası Ümumilli lider tərəfindən qoyulan gənclər siyasətinin Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Azərbaycan gəncləri 30 ilə yaxın işğal altında olan torpaqlarımızı Müzəffər Ali Baş Komandan , Prezident , Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi və Şanlı Azərbaycan Ordusunun gücü hesabına işğaldan azad edərək, Ülu Öndərimizin müqəddəs arzusunu reallaşdırdı.
Eldar Əsədov həmçinin partiyamızın yürütdüyü siyasət, ölkəmizdə əldə onun nailiyyətlər, Möhtərəm Prezident cənab İlham Əliyevin Fərman və Sərəncamlarının, nitqlərinin əhali arasında geniş təbliğ olunmasında insanlarımızın baş verənlər haqqında maarifləndirilməsində gənclərin üzərinə düşən vəzifələrdən danışaraq gənclərə tapşırıq və tövsiyyələrini çatdırdı.
Tədbirdə çıxış edən partiya fəallarından Nuruyev İntiqam , Süleymanova Fəridə, Mustafazadə Orxan , Əlişzadə Əqdəm və Abdullazadə Məhəbbət öz çıxışlarında Yeni Azərbaycan Partiyasının qurucusu , Ümumilli lider Heydər Əliyevin gənclərə və gəncliyə etimadından, gənclərin mənəvi inkişafı , vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili. gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən dövlət gənclər siyasətindən və həyata keçirilən tədbirlərdən geniş bəhs edərək müasir Azərbaycan gəncliyinin bundan sonrada Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha işıqlı sabahlara aparılması yolunda cəmiyyətin ön sıralarında olacaqlarını tam əminliklə qeyd etdilər.
Sonda Eldar Əsədov YAP sırallarına yeni qəbul olunmuş bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim etdi.