İlkin Paşayev Laçının Zabux kəndindən gənc yaşlarından çıxıb. Deyir ki, atasının məzarı Laçındadır, anasını isə Bakıda dəfn ediblər. Dövlətimiz tərəfindən qayğı görsələr də, 30 ildə yurd nisgili onlara rahatlıq vermirdi.
– Sevincimizin həddi-hüdudu yoxdur, – deyir İlkin Paşayev. – Sağ olsun cənab İlham Əliyevi, bizə bu günləri görmək nəsib oldu. Kəndimizdən 30 il əvvəl çıxsam da, gözü bağlı gedib öz evimizin yerini taparam.
O, Tərtərdə ailə qurub. Həyat yoldaşı Laləzar rayonumuzun Evoğlu kəndindəndir. 4 övladları var, 3 oğlan, 1 qız.
İlkin Paşayev deyir ki, Zabuxa böyük ailəsi ilə, baba kimi qayıdacaq. Övladlarına, nəvələrinə doğma yurdun gözəlliklərini göstərməyə çox tələsir.
Sağlıq olsun, artıq həmin gün uzaqda deyil.
-
09Sen
Müəllif: Redaktor, 09:38