Şəhid valideynləri… Mənə elə gəlir ki, onların arasındakı münasibətlərə ilahi bağlılıq da demək olar. Çünki ən yaxın qohumlar arasında bu qədər doğmalıq mümkün deyil. Onlar eyni düşünür, eyni ağrı-acı yaşayır, eyni qürur hissi keçirirlər.
Bu yaxınlarda şəhid valideynləri arasında belə bir görüşün şahidi oldum. Dəmirçilər kəndindən şəhidimiz Şamil İsmayıllının valideynləri məcburi köçkün, kəlbəcərli şəhidimiz Elşən Məmmədovun valideynlərinin qonağıydılar.
Hər iki gənc bir yerdə döyüşüb, eyni vaxtda şəhidlik zirvəsinə ucalıblar. Onların üçüncü dostu da olub. Evoğlu kəndinin şəhidi Fuad Məhərrəmli.
Görüş Elşənin atası Dağıstan kişinin rayonumuzda məcburi köçkünlər üçün tikilmiş yeni qəsəbədəki evindəydi.
Əlbəttə, söhbət yalnız şəhidlərdən gedirdi. Ana və ataların xatirələri bir-birini əvəz edir, hər bir kəlmələrində sonsuz kədərlə yanaşı qürur hissi duyulurdu. Bu gənclər Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlər zamanı tank əleyhinə mina partlaması nəticəsində həlak olublar. Hər biri haqqında ayrı-ayrılıqda qəzetimiz üçün material hazırlayacağıq. Bu yazıda isə toxunmaq istədiyim məqam unuda bilmədiyim o ilahi bağlılıqdır.
Svetlana Bilalqızı


Birinci Qarabağ müharibəsi şəhidi İnqilab Ağayevin 65 illik yubileyi mü-nasibəti ilə təhsil aldığı şəhər 2 nömrəli məktəb-liseydə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, veteranlar, məktəbin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tərtər rayonunda abadlıq işləri mütəmadi olaraq davam etdirilir. Bunun üçün iməciliklər keçirilir, abadlıq və təmizlik işləri görülür.
Səfərov Surxay Umud oğlu 1922-c- ildə Tərtər rayonunun Evoğlu kəndində anadan olmuşdur. 1941-ci ildə Evoğlu kənd orta məktəbinin X sinfini bitirmiş, ehtiyac olduğuna görə rayonun müxtəlif kəndlərində müəllimlik etmişdir. Atası Səfərov Umud 1937-ci il repressiya qurbanlarından biri olmuşdur (1956-cı ildə bəraət almışdır). Odur ki, Surxay hərbi xidmətə çağırılmamış, müharibəyə göndərilməmişdir. Gənc yaşlarından yaradıcılığa başlamış, şeirləri müəllimlərinin və kənd əhalisinin diqqətini cəlb etmişdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun 44 günlük Vətən Müharibəsində düşmən işğalından azad etdiyi qədim qalamızda – Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçirilib.
Hər bir xalqın taleyində liderlərin rolu əvəzsizdir. Azərbaycan xalqı xoşbəxtdir ki, Ulu Öndər Heydər Əliyev kimi əbədiyaşar lideri var. Həyatımızın hansı sahəsinə diqqət yetirsək, Ümummilli Liderin müəyyən etdiyi strategiyanın, başladığı işlərin təntənəsini görürük
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində on sənəd imzalanıb. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir.


Yeni ismarıclar