Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,487
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Okt

    Bu əlamətdar gün UNESKO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən təsis olunub. Dövlətimiz öz istedadlarını və zəkalarını gələcək nəsillərin təlim-tərbiyəsinə həsr edən bu insanların zəhmətini yüksək qiymətləndirir.

    Həyatda elə bir insan yoxdur ki, öz müəllimlərini minnətdarlıq hissi ilə xatırlamasın.
    Bu barədə Ümummilli Lider Heydər Əliyev deyib: “ Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrədir”.
    Uzun illər mənfur düşmənlə üz-üzə yaşayan Tərtər rayonunun müəllimlərinin bu vəzifənin öhdəsindən şərəflə gəldiyini 44 günlük Vətən müharibəsi də bir daha sübut etdi. Məhz parta arxasında müəllimlərindən dərs almış 46 şəhidimiz canı-qanı bahasına torpaqlarımızın işğaldan azad edilməsində qəhrəmanlıq nümunəsi göstərdi. Rayon müəllimlərindən 15 nəfəri müharibənin ilk günündən sonadək döyüş meydanında düşmənlə döyüşlərdə iştirak etdi.
    30 illik atəşkəs dövründə atəş səsləri bir gün də kəsilməyən şəraitdə qəhrəman Tərtərin övladları, müəllimlərin sayəsində elmin sirlərinə həvəslə yiyələnərək, ölkəmizdəki və xaricdəki nüfuzlu universitetlərə qəbul olublar. Onlar gərəkli, müasir peşələrə yiyələnərək, müxtəlif sahələrdə xalqımıza layiqincə xidmət edirlər.
    İki ildir ki, rayonumuzun təhsil işçiləri öz peşə bayramlarını çox yüksək əhval-ruhiyyədə qeyd edirlər. Axı, qalib xalqın müəllimi olmaq böyük şərəfdir.
    Rayonumuzun qabaqcıl müəllimlərindən Gülsaba Tağıyevanın, Esmira Qəhrəmanovanın, Mülayim Məmmədovanın, Elmira İsmayılovanın timsalında təhsil işçilərini 5 oktyabr–Müəllimlər Günü münasibətilə təbrik edirik.
    Müəllimlərimizin hamısına böyük təşəkkürümüzü bildirir, çətin və şərəfli işlərində uğurlar, cansağlığı arzulayırıq.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:22

İsmarıclar bağlıdır.