Şəhid polkovnik-leytenant Soltan Məmmədovun adına sinif otağı verilib
Ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən igid Vətən oğullarının xatirəsi dövlətimiz tərəfindən hər zaman əziz tutulur.
Tərtər rayonunda da torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olanların xatirəsi ehtiramla yad olunur, onların adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu günlərdə Tərtər şəhər 1 nömrəli tam orta məktəbdə Vətən Müharibəsi şəhidi polkovnik-leytenant Soltan Məmmədovun adına sinif otağı verilib. Artıq bu gündən 8 C sinifi şəhidin adını daşıyacaqdır. Sinif otağının qapısı üzərində şəhidin adı yazılmış lövhə yerləşdirilib, həyat və döyüş fəaliyyətini əks etdirən guşə yaradılıb.
Bununla əlaqədar məktəbdə şəhidin xatirəsinə həsr edilən tədbir keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, Şəhid ailələri, qazilər, veteranlar, məktəbin kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Abidə Kompleksini ziyarət edib, şəhidlərin ruhuna dualar oxuyublar. Sonra şəhidin adını daşıyan sinif otağında davam etdirilən tədbirdə qəhrəmanın həyat və döyüş yoluna nəzər salınıb. Məktəblilərin ifasında şəhidlərə, vətənə həsr olunmuş şeirlər səsləndirilib. Daha ətraflı »


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov İsmayılbəyli kəndində şəhid Əlizadə Elşən Faiq oğlunun ailəsi ilə görüşüb, onların problemləri və qayğılari ilə maraqlanıb.
Aysənan Abbasovun Seydimli kəndindəki evinə daxil olanda, sanki Vətən Müharibəsi muzeyinə düşürsən. Bütün divarlar başdan-başa Aysənanın və onun döyüş yoldaşlarının, ailə-nin tanıdığı və tanımadığı şəhidlərin şəkilləri, onlar haq-qında məlumatlarla bəzədilib.
Umudlu kənd tam orta məktəbində “Şuşa Azərbaycanın döyünən ürəyidir” adlı tədbir keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə rayonun ümumtəhsil məktəblərinin komandaları (Vl-Vll sinif oğlanlar) arasında mini futbol idman növü üzrə rayon çempionatı keçirilib.
Hər bir gəncin uşaqlıq illərindən gələcək üçün qurduğu planlar, həyata keçirmək istədiyi arzuları olur. Kimi ailəsinin seçdiyi sənət üzrə mütəxəssis, kimisi də özünün ürəyincə olan ixtisasa sahib olmaq üçün çalışır. Düşünürəm ki, bu iki düşüncənin ikisinə də sahib biriyəm. Həm uşaqlıq arzusu olan, həm də valideynlərimin istədiyi mükəmməl bir ixtisası, jurnalistikanı seçmişəm. Jurnalistika ixtisasını mənə sevdirən–“Yeni Tərtər” qəzetinin müxbiri olan, jurnalist babam Əvəz Nəsirov olub. Uşaq yaşlarında, hələ orta məktəbin aşağı siniflərində oxuyanda dərsdən çıxandan sonra babamın yanına–redaksiyaya gedirdim. Çox maraqlı gəlirdi bu iş mənə. Maraqlı, bir o qədər də məsuliyyətli olan bir ixtisas.
Bu gün Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür.
Yeni ismarıclar