Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən siyasi kurs nəticəsində Azərbaycan Xəzər regionunda da söz sahibi kimi çıxış edir. Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistanda səfərdə olan Möhtərəm Prezidentimiz orada apardığı danışıqları, səsləndirdiyi fikirləri buna əyani sübutdur. VI Zirvə Toplantısındakı çıxışında İlham Əliyev cənabları bildirib ki, nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır.
Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Biz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Daha ətraflı »


Prezident İlham Əliyev cari ilin 30 iyun tarixində keçirilmiş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxış edib. Ölkə başçısı çıxışında bildirib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi irəli sürülmüş yeganə təşəbbüs deyil. Digər vacib bir təşəbbüs Gənclər Şəbəkəsidir. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır.
Prezident İlham Əliyev Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxış edib. Qeyd olunub ki, Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.
Rayon ərazisində yerləşən N saylı hərbi hissədə Silahlı Qüvvələr Günü münasibətilə təşkil olunan tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və “N” saylı hərbi hissənin əsgər və zabit heyəti iştirak ediblər.
Tərtər rayon İcra haki-miyyətinin başçısı Müstəqim Məmmodovun rayonun Qaynaq kəndində səyyar qəbul-görüşü keçirilib. Gö-rüşdə hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Rayonumuzda Dövlət Qulluqçularının peşə bayramı Günü münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Mərkəzi Meydanda ucalan abidəsinin önünə gül dəstələri qoyaraq, onun xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə, vicdanla və döyüş tapşırıqlarını uğurla yerinə yetirən Şəhidin və Vətən müharibəsi iştirakçılarının “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Cəsur döyüşçü” və Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilən Vətən müharibəsi iştirakçılarının medallarının təqdimetmə mərasimi keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfovla birlikdə Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsinin Torpaqların İdarəedilməsi və istifadəsinə nəzarət Sektorunun müdiri Natiq Əliyevin, Kəngərli kənd İƏD üzrə nümayəndə Xamiz Əsgərovun iştirakı ilə rayonun Kəngərli kəndindən olan şəhid Qənbərli Qənbərin, Səbuhi Məmmədovun, Rövşən Məmmədovun, Elmin Quluzadənin atalarını və qazi İsgəndər İsgəndərlini qəbul edib.
Bir zamanlar qonşu deyib çörəyimizi, suyumuzu bölüşdüyümüz ermənilər neçə-neçə gəncin parlaq həyatına son qoydular. Analar övladsız, körpələr atasız, gəlinlər qara yaylıqlı qaldı.
Xalqa, Vətənə xidmət etmək üçün mütləq əlinə silah götürmək lazım deyil. Hər kəs öz sahəsində xalqına xidmət edir. Müharibə zamanı bu, daha aydın şəkildə özünü göstərirdi.
Yeni ismarıclar