Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Mar

    Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında YAP ölkəmizin, xalqımızın həyatında olduqca təsirli rol oynaya biləcəyini qısa zaman kəsiyində inamla nümayiş etdirdi. Partiyanın yarandığı dövrdə hər şeydən dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində təxirəsalınmaz addımlar atmaq tələb olunurdu. Ulu Öndər Heydər Əliyev siyasi irsini yaşadaraq həm dövlətə, həm Yeni Azərbaycan Partiyasına rəhbərliyi dövründə milli inkişaf və maraqlarımızın qorunması istiqamətində yorulmadan fəaliyyət göstərən Prezidenti cənab İlham Əliyev ölkəmizi yeni bir keyfiyyət mərhələsinə yüksəltdi.  Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin gücü və tarixi zərurətdən yaranmış Yeni Azərbaycan Partiyası qısa zamanda ümumxalq partiyasına çevrilmişdir. Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin daxili və xarici siyasətinin təmin edilməsində , eləcə də   ölkənin inkişaf strategiyasının qurulmasında əvəzsiz rol oynamışdır.

    2021-ci il 5 mart tarixində YAP-ın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarlar və qarşıya qoyulmuş məqsədləri partiyanın yeni inkişaf modelinin  başlanğıcı hesab etmək olar.

    2018-ci il ölkəmizdə prezident və 2020-ci il parlament seçkilərindən, eləcə də 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmışdır. Yaranmış yeni reallıqlar hər bir sahədə olduğu kimi Yeni Azərbaycan Partiyasında da  islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etmişdir.

    VII qurultayda demokratik dəyərlərə və milli maraqlara söykənən , habelə müasir yanaşma  metodlarını özündə ehtiva edən YAP-ın yeni Proqramında “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” adlı fəsillər və Heydər Əliyev yolu, Müstəqillik, Azərbaycançılıq, Dövlətçilik, Qanunun aliliyi, Varislik və təkamül, Konstruktiv əməkdaşlıq və dialoq, Sosial ədalət və insan amili, Multikultural cəmiyyət, Demokratik ənənələrin inkişafı, Peşəkarlıq, İşgüzar münasibətlər, Şəxsi inkişaf, Sağlam rəqabət, Etik davranış və milli dəyərlər, İnnovativ inkişaf və kreativlik, Elmilik, Müasirlik, Heydər Əliyev irsinin təbliği və təşviqi, Güclü iqtisadiyyat və davamlı inkişaf, İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, Şəffaflığın artırılması, Vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, Vətəndaş həmrəyliyinin təminatı, Milli maraqlar və xarici siyasət, Ordu quruculuğu, İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış kimi hissələr öz əksini tapmışdır.

    Günümüzdə peşəkarlıq, dövlətçilik və vətənpərvərlik YAP-da aparılan yeni kadr siyasətinin əsas meyarlarıdır. Siyasi, iqtisadi, mədəni və ictimai münasibətlərin bütün digər sahələrini əhatə edən YAP-ın fəaliyyətinin hədəfləri milli maraqların qorunması, Azərbaycan dövlətinin dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılmasına xidmət edir. Cənubi Qafqazad  ən böyük siyasi təşkilat olan Yeni Azərbaycan Partiyasının VII qurultayından keçən bir il ərzində YAP-ın sədri, Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının qarşımıza qoyduğu hədəf və vəzifələr qısa zaman ərzində ölkəmizin ictimai- siyasi həyatında müsbət dəyişikliklərə səbəb oldu.

    Yeni Azərbaycan Partiyasının sədri  cənab İlham Əliyevin dediyi kimi Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

    Eldar Əsədov,

    YAP Tərtər Rayon Təşkilatının sədri

    Müəllif: Redaktor, 11:09

İsmarıclar bağlıdır.