Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Sen

    Prezident İlham Əli-yevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən hər il sentyabrın 27-si Azərbaycanda Anım günü kimi qeyd olunur. Bu günün təsis edilməsi Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
    Vətən müharibəsi cəbhəsində Tərtərin 46 igid oğlu şirin canını torpaq uğrunda fəda edib, 36 mülki şəhidimiz var. Bu savaşda bütün xalq Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Ordusunun ətrafında sıx birləşərək, möhtəşəm Qələbəni təmin etdi.
    Sentyabrın 12-14-ü tarixlərində Ermənistan silahlı qüvvələrinin Laçın, Kəlbəcər, Zəngilan və Daşkəsən istiqamətlərində sərhəddə törətdikləri genişmiqyaslı təxribat nəticəsində Tərtərin daha bir igid oğlu– Evoğlu kəndinin sakini, 26 yaşlı Məftun Əhmədzadə şəhidlik zirvəsinə ucalıb.
    Şəhid ailələri, qazilərimiz, Vətən müharibəsi iştirakçıları dövlət başçısının, rayon rəhbərliyinin, ictimaiyyətin daimi qayğısı ilə əhatə olunublar.
    Torpaq, Vətən uğrunda canlarından keçən, sağlamlıqlarını itirən oğulların problemləri diqqət mərkəzində saxlanılır. Şəhidlərimiz bir ailədən, bir evdən yox, eldən gediblər. Vətəni, xalqı yaşatmaq üçün ölməzliyə qovuşublar.
    Dövlətimizin başçısı Vətən müharibəsinin başa çatması ilə bağlı xalqa müraciətində deyib: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu qələbəyə görə onlara borcluyuq”.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin!
    Qazilərimizə isə tezliklə sağlamlıqlarna qovuşmalarını arzu edirik.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:17

İsmarıclar bağlıdır.