İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib.
Dövlətimizn başçısı müşavirədə giriş nitqi söyləyib.
Dövlətimizin başçısı bildirib ki, cari ilin ilk altı ayı onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir.
Ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Nəticələr arasında Qoşulmama Hərəkatındakı uğurlar xüsusi olaraq qeyd olunmalıdır. Azərbaycanın sədrliyi 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır.
Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı idi və Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır.
Qeyd olunub ki, Beynəlxalq arenadakı oynadığımız rol, göstərdiyimiz həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün göstərdiyimiz dəstək – humanitar dəstək, maliyyə dəstəyi, xüsusilə COVID-lə bağlı 80-dən çox ölkəyə göstərdiyimiz dəstək bizim beynəlxalq nüfuzumuzu böyük dərəcədə artırmışdır.
Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır.
Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan hər zaman fəallıq göstərmişdir. Türk dövlətləri ilə əlaqələrin inkişafı prioritet məsələlərdən biridir və həm siyasi dəstək qarşılıqlı surətdə ifadə olunur, önəmli layihələr üzərində müzakirələr aparılır – həm ikitərəfli, həm çox tərəfli formatda. Nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq aparılır.
Qonşu ölkələrlə əlaqələrin inkişafı hər zaman əsas prioritetlərdən biri olub. Rusiya, İran, Gürcüstan prezidentləri ilə təşkil olunan görüşlər əlaqələrin inkişafı üçün zəmin yaradır. Daha ətraflı »


Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və qazilər yüksək diqqət və qayğı ilə əhatə olunaraq, onların sosial və mənəvi dəstəklə təminatı üçün genişmiqyaslı və məqsədyönlü işlər aparılır. Şəhid ailələrinə ölkə rəhbəri və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən göstərilən qayğı yüksək mənəvi borcun bir təzahürüdür. Göstərilən nümunədən Tərtər rayonunun yerli dövlət qurumları da bəhrələnərək şəhid ailələrinə daim diqqət və qayğı ilə yanaşırlar. Yerli dövlət qurumlarının nümayəndələri tez-tez şəhid və qazi ailələrində olur, onların qayğıları ilə maraqlanır, problemlərini yerində həll edir, ailələrə maddi və mənəvi dəstək göstərir, şəhidlərin məzarlarını ziyarət edir, önünə gül-çiçək dəstələri düzürlər.
Tərtər rayonunda bu il 8102.9 hektar sahədə taxıl becərilib. Onun 3976.7 hektarı buğda, 4126.2 hektarı dən üçün arpadır. Bu günədək 7097.7 hektarda taxıl sahələrinin 87.6 faizində biçin aparılıb. Biçilmiş sahələrdən 28692.4 ton məhsul əldə edilib. Hər hektardan orta məhsuldarlıq 40.4 sentnerdir. Arpa biçini başa çatıb. 4126.2 hektar arpa sahəsindən 15891.9 ton məhsul götürülüb. Hər hektar arpa sahəsindən orta məhsuldarlıq əvvəlki ilə nisbətən 0.6 sentner artaraq 38.5 sentner olmuşdur. Bu günədək 3976.7 hektar buğda sahəsindən 2971.5 hektarı biçilib. Biçilmiş buğda sahəsindən 12800.5 ton məhsul əldə edilib. Hər hektar buğda sahəsindən orta məhsuldarlıq əvvəlki ilə nisbətən 0.2 sentner artaraq 43.1 sentner olmuşdur. Buğda biçini davam edir.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, onun xatirəsini ehtiramla anıblar.
Tərtər rayon İcra Hakimiyyətinin akt zalında icra başçısı Müstəqim Məmmədovun sədrliyi ilə Aparat müşavirəsi keçirilib. Müşavirədə aqrar sahədə aparılan mövsümi işlər, ot, taxıl biçini dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, o cümlədən pambığın becərilməsi, barama tədarükünün yekunlaşdırılması, əkin sahələrinin suvarma suyu ilə təminatı məsələləri müzakirə olunub. Həmçinin vətəndaş müraciətlərinə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılması, xüsusən də Şəhid ailələri və qazilərin problem və sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, icra nümayəndəliklərində nomenklatura üzrə sənədlərin işlənilməsi vəziyyəti, şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və memarlıq–arxitektura tələblərinə uyğun təmin edilməsi, yaşayış məntəqələrinin ərazisində mütəmadi olaraq təmizlik işlərinin aparılması və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərtər Rayon İcra Hakimiyyətində həftə ərzində vətəndaşlarla keçirilən görüşlər öz bəhrəsini verməkdədir. Belə görüşlər zamanı sakinlərin problemlərinin həlli istiqamətində əməli addımlar atılır.
Qurban bayramı islam aləmində ən möhtəşəm bayramlardan biridir. İslamda cəmi iki bayram — eydül-əzha (Qurban bayramı kimi tanınan bayram) və eydül-fitrə (Orucluq bayramı— kiçik bayram) qanuniləşdirilmişdir. Qurban bayramı islam dininin ən vacib sayılan fərzlərindən biri kimi Quranın tələb etdiyi dini tələbdir.
Ermənilər Ruslan Şahbazovun atıcılıq qabiliyyətinə hələ Aprel hadisələrində bələd olmuşdular. Qarşıdakı qələbədən soraq verən o unudulmaz günlərdə Ruslan düşmənin bir neçə tankını məhv edərək, erməniləri lərzəyə salmışdı. Hətta, deyilənə görə, düşmən onun başına pul mükafatı da qoymuşdur.
Abbaslı Elnur Yaşar oğlu 1992-ci il iyulun 17-də Köçərli kəndində dünyaya göz açmışdı. 2009-cu ildə bu kənddə orta məktəbi bitirmiş, 2010-2012-ci illərdə Sərhəd Qoşunlarında həqiqi hərbi xidmətdə olmuşdu.
Yeni ismarıclar