Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17Okt

    Tərtər Rayon İcra Hakimiyyətinin başçsı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə şəhər sakini mülki şəhid Əmirov İsgəndər Yelmar oğlunun  ikinci ildönümü ilə əlaqədar  ailəsinə baş çəkib, onlara başsağlığı verib.

    Tərtər Cümə Məscidinin imamı  şəhidlərin ruhuna dualar oxuyub.

    İkinci ildönümü qeyd olunan mülki şəhid İsgəndər Əmirov Ermənistan silahlı birləşmələrinin şəhər qəbristanlığında dəfn mərasimi zamanı dinc sakinləri artilleriya atəşinə tutması nəticəsində şəhid olub.

    Ermənistan Tərtər şəhərinin  dinc sakinlərini atəşə tutmaqla, mülki insanlara qarşı terror vasitələrindən istifadə edərək, beynəlxalq humanitar hüquq qaydalarını kobudcasına pozub, öz  vandallıqlarını nümayiş etdiriblər.

    Ön cəbhədə məğlubiyyətə uğradıqlarını görüb qəbristanlıqda öz yaxınlarını dəfn edən dinc sakinləri atəşə tutmağı ancaq erməni vəhşiləri bacarar. Azərbaycan xalqı erməni terrorunu pisləyir, onları cəzalandırmağı tələb edir.

    Terror nəticəsində  Tərtərlilər 16 mülki şəhid verib, 63 nəfər mülki vətəndaş yaralanıb.

    Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

     

    Müəllif: Redaktor, 09:00

İsmarıclar bağlıdır.