Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17Okt

     Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun İsmayılbəyli kəndində olan Vətən müharibəsi şəhidi Əlizadə Elşən Faiq oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsində olub, onlara başsağlığı verərək, qayğıları ilə maraqlanıb. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov torpaqlarımızın ərazi bütövlüyü uğurunda canlarından keçmiş şəhidlərin ruhuna dualar oxuyub.

    Əlizadə Elşən Faiq oğlu 1995-ci ilin avqust ayının 10-da Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. Vətən müharibəsində oktyabrın 14-də Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub, oktyabrın 16-da isə doğulduğu kəndin qəbiristanlığında dəfn olunub, subay idi.

    Elşən Əlizadə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Vətən uğurunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Kənd sakinlərinin təşəbbüsü ilə kənddə I Qarabağ müharibəsi şəhidi Şəmil Quliyev və Vətən müharibəsi şəhidi Elşən Əlizadənin adına bulaq inşa olunub.

    Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

    Elşənin qısa, lakin mənalı ömür yolu gənclərə bir örnəkdir.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

     

    Müəllif: Redaktor, 08:53

İsmarıclar bağlıdır.