Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Yan

    Ötən ilin son günlərində rayonumuzdan olan şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan daha 5 nəfərə dövlətimiz tərəfindən tikilmiş fərdi evlər təqdim olundu. Şəhid ailələri– Seydimli kəndindən olan Şirin İsmayılova, Əskiparadan Niyaz Qasımova, Hacıqərvənddən Rəcəb Muradov və Birinci Qarabağ müharibəsinin ikinci qrup əlilləri –Tərtər şəhər sakini Cəmil Səfərov, Qaradağlı kənd sakini Abil Quliyev 2023-cü ili yeni evlərində qarşıladılar.
    Rəcəb Muradov qəzetimizə verdiyi müsahibəsində bu barədə belə deyib: “Ümummilli Liderimiz Heydər Əliyev daim xalqını düşünən, bayramları, xoş günlərini sadə insanların əhatəsində keçirməyi sevən bir insan idi. Həssas təbəqədən olanlara – şəhid ailələrinə, əlillərə, yaşlılara xüsusi qayğı ilə yanaşır və bunu ətrafındakılardan, məmurlardan da tələb edirdi. Onun vəsiyyətlərini, müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev bu təbəqədən olan insanların həyat şəraitinin yaxşılaşdırılmasını özünün ən ümdə vəzifələrindən biri hesab edir. Prezidentimizə öz təşəkkürümüzü bildirir, ona və ailəsinə cansağlığı arzulayırıq”.
    Fərdi evlərin təqdim olunması ilə əlaqədar Cəmil Səfərov üçün tikilmiş fərdi yaşayış evində keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib ki, postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4500, ümumilikdə isə ötən dövrdə 13300 mənzil və fərdi ev verilib.
    Dövlətimizin, ölkə başçısının bu qayğısına cavab olaraq Cəmil Səfərov deyib: “Bu gün əlil kimi yaşayan insanlar Vətən, torpaq yolunda sağlamlıqlarını itiriblər. Buna baxmayaraq, göstərilən qayğı, unudulmamağımız çəkdiyimiz ağrı-acıları azaldır. Yeni il qarşısında evlə təmin olunmağımız ailəmizi çox sevindirdi. Əminəm ki, torpaqları işğaldan azad edilmiş bir xalqın nümayəndəsi kimi bu evdə xoşbəxt yaşayacağam”.
    Yeni ilin gəlişi tərtərlilərin yaddaşına uğurlu hadisələrlə yazıldı. 2023-cü ildə belə şad günlər daha çox olacaq. Axı, erməni tapdağından azad olunmuş Suqovuşana, Talışa köç başlayacaq. İnsanlarımız dövlətimizin qayğısı ilə daha firavan yaşayacaqlar.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:24

İsmarıclar bağlıdır.