10Fev
2021-сi ildə rayonun sənaye sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri və fiziki şəxslər tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi 2020-ci ilə nisbətən 11.8 faiz artaraq 12384.2 min manat təşkil etmişdir. Sənaye məhsulunun 856.6 min manatı və ya 6.9 faizi mədənçıxarma, 5744.4 min manatı və ya 46.4 faizi emal, 4273.2 min manatı və ya 34.5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1510 min manatı və ya 12.2 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
Sənayedə qeyri-dövlət sektorunun payı 50.9 faiz olmuşdur. Ümumi istehsalın 6842 min manatı və ya 55.2 faizi sənaye mallarının (əmtəələrin), 5542.2 min manatı və ya 44.8 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılmışdır.
İstehsal olunmuş sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilmişdir. Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 2022-ci il yanvar ayının 1-i vəziyyətinə 7.1 min manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
2021-сi ildə sənaye sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi əvvəlki illə müqayisədə 22.2 faiz artaraq 6021.8 min manat təşkil etmişdir. Ödənişli xidmətlərin 5154.6 min manatı və ya 85.6 faizi sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 867.2 min ma-natı və ya 14.4 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində olmuşdur.
Tərtər Rayon Statistika İdarəsi
10Fev
Bağlara ilboyu qulluq edilir
Bir neçə ildir ki, 30 hektardan çox sahədə xurma bağları salmışıq. İldən-ilə bu zərif meyvə növünün becərilmə texnologiyasını daha dərindən öyrənirik. Buna görə də bağların məhsuldarlığı ilə yanaşı, gəlirimiz də artır.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun işğal altında olan torpaqları azad etməsi, beləliklə də Suqovuşan Su Anbarından kanallarımıza suyun gəlməsi işimizə yeni təkan verdi. 30 ildən çox bir müddətdə daim su qıtlığından əziyyət çəkir, çox vaxt məhsulu sona qədər becərə bilmirdik.
Artıq bu çətinliklər arxada qalıb. Cari mövsümdə bol xurma məhsulu götürüb Rusiya bazarlarına göndərmişik. Qalan məhsulumuz isə soyuducu ambara yığılıb. Qışın oğlan çağı olsa da, burada xurma öz keyfiyyətini itirmir. Bir azdan bu məhsul da qonşu dövlətin bazarlarına göndəriləcək.
Bağlara qulluq işində ailə üzvlərimizin hamısı yaxından iştirak edir. Bununla belə kənd camaatından da işləyib evinə çörək pulu aparanlar olur. Hazırda budama işləri aparılır, ağacların dibi bellənir, həmçinin onlara qış suyu verilir. Bir sözlə, bağlara ilboyu qulluq edilməlidir ki, bu sahədən gəlir götürülsün.
Ölkəmizdə qeyri-neft sektorunun inkişafı ildən-ilə artır. Bu il də belə oldu. Dövlətimizin başçısı İlham Əliyev cari ilin əvvəlində yerli jurnalistlərə verdiyi müsahibədə bunu razılıq hissi ilə qeyd edib. Şadam ki, bu sahənin inkişafında az da olsa bizim ailənin də payı var.
Nəsib Vəliyev,
Seydimli kəndi
10Fev
2022-ci ilin ilk ayından başlayaraq şəhərimizdə tikinti, abadlıq-quruculuq işləri geniş vüsət alıb. Küçələr memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur. Hazırda Əli İsmayılov, Teymur Rəhimov küçələri boyunca istinad divarlarının fasad hissələrinin təmir işləri davam etdirilir. Küçələrdə kommunikasiya xətləri qaydaya salınır, divarlar aqlay və bəzək daşları ilə üzlənir. Ardıcıl olaraq Molla Pənah Vaqif, Nəsimi, Mübariz Kərimov və Vasif Hüseynov küçələrində də əsaslı təmir işləri aparılacaq.
Şəhərin Mübariz İbrahimov küçəsində isə asfaltlanma işləri başa çatıb.
Şəhərimizdə quruculuq, təmir-bərpa işləri davamlı xarakter alıb. Sakinlər görülən işlərdən razı qalır, göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.
10Fev
ŞƏRƏFLİ ÖMÜR YOLU

Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun ömür yolu cəmi 61 il davam edib. Ancaq bu 61 ildə əbədilik qazanıb, adı müasir Azərbaycan tarixinə yazılıb. Bu il fevralın 28-də qəhrəmanımızın 70 yaşı tamam olacaq. Elman Hüseynovun əziz xatirəsi xalqımız tərəfindən daim minnətdarlıq hissi ilə anılır, onun şəhərimizdəki büstü önündə, doğma kəndindəki məzarı qarşısında tədbirlər keçirilir. Bu tədbirlərdə rayon icra hakimiyyətinin nümayəndələri, qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri iştirak edirlər. Elə bu yaxınlarda onun büstü önündə keçirilən tədbirdə qəhrəman həmyerlimizin şərəfli ömür yolunun səhifələri bir daha vərəqlənib.
Qeyd olunub ki, Elman Hüseynov 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olub. 1968-ci ildə Azadqaraqoyunlu kənd tam orta məktəbini bitirib, Azərbaycan Dövlət Politexnik İnstitutunun məzunudur. 1973-1975-ci illərdə Gürcüstanın Axal-kalaki şəhərində zabit kimi xidmət edib. 1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb. 1982-1990-cı illərdə Tərtər rayonunda müxtəlif məsul vəzifələrdə çalışıb.
Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu fərq-lənmə diplomu ilə bitirib. 1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib, 1991-ci ilin sentyabrında Tərtər Özünümüdafiə qərargahının rəisi, 1991-ci ilin no-yabrında Tərtər Ərazi Özünümüdafiə Batalyonunun komandiri təyin olunub. Daha ətraflı »
10Fev

Vətən torpağı uğrunda canından keçən, xalqının xoşbəxtliyini öz doğmalarının xoşbəxtliyindən uca tutan hər bir şəhidimiz bizim qürur yerimiz, fəxrimizdir. Aylar, illər kecəcək, nəsillər dəyişəcək, ancaq bu oğulların əziz xatirəsi heç zaman unudulmayacaq. Ona görə də bu gün üzərimizə düşən vacib məsələlərdən biri qəhrəmanlarımızın gənc nəsilə tanıtdırılması, onların hər birinin həyat yolunun öyrədilməsidir. Bu məqsədlə rayon icra hakimiyyəti tərəfindən müntəzəm olaraq müxtəlif tədbirlər keçirilir. Bu günlərdə belə tədbirlərdən biri “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudova həsr olunmuşdur. Şəhidin doğum günü münasibəti ilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin, rayon içtimaiyyətinin nümayəndələri, qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra qəhrəmanın doğulduğu Səhlabad kəndindəki şəhidlər abidəsinin önünə tər gül dəstələri qoyulub.
Tədbirdə Mehrac Mahmudovun şərəfli həyat yolunun səhifələri vərəqlənib. Qeyd olunub ki, Mehrac Mahmudov 1958-ci il yanvar ayının 17-də Tərtər rayonunun Səhlabad kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində alıb. 1977-1979-cu illərdə Sovet Ordusu sıralarında Xabarovsk şəhərində hərbi xidmətdə olub. Texnologiya institutunu bitirib. 1980-ci ildə sərbəst güləş üzrə «Usta» normasını yerinə yetirib. Daha ətraflı »
10Fev
Fevralda doğulan Vətən müharibəsi şəhidləri
Məmmədov Həsən Asif oğlu
Həsən Məmmədov 1981-ci ilin fevral ayının 1-də Tərtər rayonunun Qaynaq kəndində anadan olub.
Həsən Məmmədov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində 6 oktyabr tarixində Azadqaraqoyunlu kəndinin yaxınlığına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər rayonunun Qaynaq kəndində dəfn olunub.
Ailəli idi. 3 övladı yadigar qalıb.
Əmirov İsgəndər Yelmar oğlu
İsgəndər Əmirov 1967-ci ilin fevral ayının 18-də Tərtər şəhərində anadan olmuşdur.
İsgəndər Əmirov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində 15 oktyabr tarixində Tərtər şəhər qəbristanlığına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər şəhər qəbristanlığında dəfn olunub. Daha ətraflı »
10Fev
Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk olaraq Sarıçalı kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb, vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
Sonra Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov çıxış edərək, 2020-ci il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. O, Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Daha ətraflı »
10Fev
GECİKMİŞ HƏYƏCAN TƏBİLİ
Yəqin ki, televziya izləyiciləri “ATV”-də “Bizimləsən” verilişində Tərtər rayonunun Evoğlu kəndindən 16 yaşlı Ləmanın qaçırılması ilə bağlı çəkilişləri izləyiblər və təəssüf ediblər. Mən saytlarda bununla bağlı verilən “16 yaşlı məktəbli qız qaçırıldı” başlığı ilə razılaşmıram. Ləman qaçırılmayıb, özü qaçıb. Və yenə də çox utancverici haldır ki, bu məktəbli qız efirə qoşularaq, utanmadan, dediklərinin dərinliyinə varmadan, anlamadan hər kəsin, o cümlədən atasının da “cavabı”nı verdi. Hətta erkən nikahla bağlı qanunu öz bildiyi tərzdə izah etdi, sağlamlığının ailə qurmağa imkan verdiyini dedi, Seymurun 10 il bir yerdə yaşadığı qadını da cavabsız buraxmadı.
Əlbəttə, bu nə birinci, nə axırıncı Ləmandır.
Görəsən Ləmanların tərbiyəsində harada səhvə yol vermişik? Valideynin boğazından kəsib onu oxutmaq üçün repetitor yanına göndərdiyi halda, Ləmanın yolda tanış olduğu özündən yaşca böyük birinə qoşulub qaçması bizə nə deyir? Hələ ailənin nə olduğunu dərk etməyən, onun çətinliklərini, qayğılarını zərif çiyinlərində daşımağı üzərinə götürən qızlarımızın gələcəyi necə olacaq? İttiham etmək, söz demək, qınamaq asandır. Daha ətraflı »
10Fev
Qəzetimizin 31 yanvar 2022-ci il tarixli sayında Svetlana Əzizovanın “Gəlin, güvəniləsi qadın olaq” sərlövhəli məqaləsi dərc olunmuşdu. Bu yazıda qaldırılan mövzu ilə bağlı deyiləsi söz çoxdur. Çünki söhbət yalnız qadınların şəxsi həyatından, onların istəklərindən deyil, bu istəklərin qurbanı olan ailələrin aqibətindən və belə ailələrdə böyüyən uşaqların taleyindən gedir.
Hazırda rayonumuzda boşanmaların sayı sürətlə artmaqdadır. Əvvəllər bunun əsas səbəbi kimi ailədə övladın dünyaya gəlməməsi göstərilirdi. Getdikcə bu səbəbmi, yoxsa bəhanəmi ikinci plana keçir. Elmin sürətlə inkişaf etdiyi müasir dövrümüzdə sonsuzluq bir problem kimi aradan qaldırılır.
Bəs onda gənc ailələr niyə dağılır? Tariximizə nəzər salsaq görərik ki, Azərbaycan ailəsində kişinin özünə məxsus nüfuzu, hörməti və yeri olsa da, ailə qayğılarının ağırlığı əsasən qadınların üzərinə düşür. Qadın bir növ cəmiyyətin kiçik özəyi sayılan ailənin memarı və burada böyüyən uşaqların gələcəyinin istiqamət vericisidir. Daha ətraflı »
10Fev
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələri icrasını davam etdirir.
Bu çərçivədə, respublika ərazisində baş verən yanğınların Xidmət tərəfindən aparılmış statistik təhlili göstərir ki, yanğınların böyük əksəriyyəti yaşayış sektorunun payına düşür. Yaşayış sektorunda baş verən yanğınların isə təqribən 50 faizi elektrik avadanlıqlarının, 15 faizi qaz cihazlarının (qurğularının) quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verir. Bununla yanaşı, odla və qaynaq vasitəsilə işlər görülərkən ehtiyatsızlıq, nəzarətsiz qalan uşaqların odla oynaması kimi səbəblər də yanğınların baş verməsində əsas faktorlardandır.
Qeyd olunanlarla bağlı vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması məqsədilə əhaliyə müraciət edərək, aşağıda göstərilən mühüm yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladırıq:
– elektrik və qaz şəbəkəsinin quraşdırılmasını yalnız mütəxəssislərə həvalə edin və bu məqsədlə keyfiyyətli məhsullardan istifadə edin! Daha ətraflı »
Yeni ismarıclar