8 noyabr–Zəfər Günündə Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şıxarx qəsəbəsi ərazisində şəhidlərin xatirəsinə yeni salınmış “Vətən bağı”nda ağacəkmə aksiyası keçirilib.
Aksiyada şəhid ailələri, qazilər, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, akademik Vaqif Abbasov, “Azərbaycan” və “Respublika” qəzetlərinin bölgə müxbirləri Lazım Quliyev, Vəli Vəliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Azərbaycanın ərazi bütövlüyü uğ-runda canlarından keçən şəhidlərin xatirəsini anıblar.
İcra başcısı Müstəqim Məmmədov ağacəkmə aksiyasında iştirak edən şəhid ailələri ilə söhbət apararaq, onların qayğıları ilə maraqlanıb. Bildirib ki, Vətən uğrunda döyüşlərdə igidlik göstərmiş şəhidlərimizin həyat yolu və qəhrəmanlığı hər bir gənc üçün örnəkdir.
Aksiya çərçivəsində 550 ədəd müxtəlif növ meyvə ağacı əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.
Aksiyada iştirak edən şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.