Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında rayon rəhbəri Müstəqim Məmmədovun sədrliyi ilə növbəti Aparat müşavirəsi keçirilib.
Aparat müşavirəsində Tərtər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak edib.
Müşavirədə əsasən vətəndaş müraciətlərinə mövcud qanunvericiliyin tələblərinə uyğun baxılmasının, xüsusən də Şəhid ailələri, qazilərin problem və sosial qayğılarının öyrənilməsi, operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, şöbələr üzrə verilmiş tapşırıqların, Azırbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının icra vəziyyəti, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, nomenklatura üzrə sənədlərin işlənilməsi vəziyyəti, yaşayış məntəqələri ərazisində qanunsuz tikililərin qarşısının alınması, heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı işlərinin mövcud qanunvericiliyin və memarlıq–arxitektura tələblərinə uyğun təmin edilməsi, aqrar sahədə aparılan mövsümi işlər, pambığın yığımı, daşınması və saxlanması dövründə yanğın təhlükəsizliyi qaydalarına riayət olunması, əkin sahələrinin suvarma suyu ilə təminatı, yaşayış məntəqələrinin ərazisində, həmçinin yol kənarlarında mütəmadi olaraq təmizlik işlərinin aparılması və bir sıra məsələlər müzakirə olunub.
Müzakirə olunan məsələlər ilə bağlı rayon rəhbəri tərəfindən müvafiq tapşırıq və tövsiyyələr verilib.