XALQIN XİLASKARI
Zöhrab Məmmədov 1941-ci ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki Gəncə Dövlət Aqrar Universitetini) bitirmişdir. İlk əmək fəaliyyətinə rayonumuzun “Oktyabr” kolxozunda baş iqtisadçı kimi başlamış, ictimai əsaslarla kolxoz sədrinin müavini işləmiş, sonra rayon komsomol komitəsi-nin I katibi, Azərbaycan KP MK-da təlimatçı, müxtəlif vaxtlarda Qubadlı, Abşeron rayonlarının I katibi vəzifəsində çalışmışdır. Onun əmək fəaliyyətinin ən qaynar dövrü Ulu Öndərin hakimiyyəti dövründə olmuşdur.
Qeyd: Bu gün Zöhrab Məmmədov həyatda olmasa da, onun Ulu Öndərlə bağlı xatirələri zənginliyi ilə əbədiyaşar liderimizin insanlara səmimi münasibətini, eyni zamanda tələbkarlığını və ciddiliyini dolğun əks etdirir.
– 1969-cu il iyul ayının 14-ü idi. Özbəklər respublikamıza qarşılıqlı təcrübə mübadiləsinə gəlmişdilər. Onlara “Oktyabr” kolxozunda süfrə açmışdıq. O vaxt Tərtər Ra-yon Partiya Komitəsinin I katibi Salman Məlikov idi. Elə süfrə arxasında olarkən xəbər gəldi ki, Vəli Axundovu Azərbaycan KP MK-nın birinci katibi vəzifəsindən azad ediblər, Heydər Əliyev MK-ya katib seçilib. Hamı başladı ma-raqlanmağa ki, Heydər Əliyev kimdir? Heç kim tanımadı. Çünki o DTK işçisi idi.
– Birinci dəfə Heydər Əliyevi 1970-ci ildə görmüşəm. O vaxt bartoplama aylığı ilə əlaqədar rayonumuza gəlmişdi. Mən də rayon komsomol komitəsinin I katibi işləyirdim. Əvvəlcə təsərrüfatları gəzdi, adamlarla tanış oldu. Sonra rayonumuzda kənd təsərrüfatı işçilərinin müşavirəsini keçirdi, vəziyyət təhlil olundu.
Tale elə gətirdi ki, 1975-ci ildə, yəni Heydər Əliyevin hakimiyyəti dövründə məni respublika ali partiya məktəbinə oxumağa göndərdilər. 1977-ci ilin avqust ayında təhsilimi başa vurduqdan sonra Azərbaycan KP MK-da təlimatçı kimi əmək fəaliyyətinə başladım. O dövrdə Ulu Öndəri daha yaxından tanıdım. O, partiya iclaslarında çox səmimi, açıq danışırdı. Heydər Əliyevin iş üsulunda vəzifəcə böyük-kiçik söhbəti yox idi. Vəzifəli işçilərdən yerlərdəki vəziyyəti olduğu kimi çatdırmağı tələb edirdi.
1969-cu ilin iyul ayında rəhbərliyə gələn Heydər Əliyev həmin ilin avqust ayında Bakı şəhər partiya təşkilatının konfransını keçirdi. Bu konfransda çıxış edən Ümummilli Lider respublikada rüşvətxorluğa qarşı mübarizə aparmağı əsas vəzifə kimi qarşıya qoydu. O dövrdə partiya heyətində əyləşib, birbaşa hər bir məsələni, ziddiyyətləri açıq danışmaq böyük cəsarət tələb edirdi. Bu cəsarəti mən Heydər Əliyevdə gördüm. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işlədiyim dövrdə Ulu Öndərdən öyrəndim ki, rəhbərlikdə işçilərin rolunu artırmaq lazımdır, onlara etibar eləmək, səmimi olmaq lazımdır.
İşlədiyim dövrdə sonralar elə oldu ki, Heydər Əliyev birbaşa mənimlə ünsiyyətdə oldu. O vaxt keçirilən zona müşavirələrini hazırlamağı mənə tapşırdı.
Bir dəfə Sabirabadda zona müşavirəsi keçirirdik. Ulu Öndər gəldi. Sahənin kənarında səyyar qəbul düzəltmişdik. O, qəfil ayağa qalxıb birbaşa sahəni gəzməyə başladı. O vaxt Sabirabadda Fatma Hüseynova var idi, sonra Sosialist Əməyi Qəhrəmanı oldu. Onun 100 hektara qədər pambıq sahəsi vardı. Ulu Öndər sahənin ortasına çatanda baxdı ki, burada pambıq yoxdur, sahə keçəldir. Tarlanın kənarı gübrəni də, suvarmanı da yaxşı götürmüşdü, ortada isə səpin vaxtı “seyalka”nın gözü tutulub, çiyid düşməmişdi.
Bu hərəkəti ilə Ulu Öndər bizə dərs verdi ki, sahənin kənarından qayıtmaq lazım deyil, tarlanı başdan-başa gəzmək gərəkdir ki, vəziyyətə olduğu kimi qiymət verməyi bacarasan.
Heydər Əliyev verdiyi sözə həmişə əməl edirdi. Elə həmin vaxtı Sabirabadda olarkən Fatma Hüseynovadan nə istədiyini soruşdu. Fatma Hüseynova da tarlasının ya-nındakı 5 hektar boş sahəni göstərərək xahiş etdi ki, o sa-hədə meliorasiya işləri aparıldıqdan sonra ona verilsin. Meliorasiya baş idarəsinin rəhbəri də orada idi. Heydər Əliyev elə oradaca onlara həmin sahəni əkinə yararlı hala salıb Fatma Hüseynovaya verməyi tapşırdı. Az müddətdə bu tapşırığa əməl olundu.
Bir dəfə də İmişli rayonunda müşavirə keçirilirdi. Müşavirədən əvvəl mən hazırlıq işləri aparmaq üçün həmin rayonda idim. Ulu Öndər gəldi. Müşavirə 400 nəfərlik iclas zalında keçirilirdi. Təsəvvür edin, avqust ayı, 400 nəfər insan. Heydər Əliyevin alnından tər axırdı, amma bir dəfə də olsun dəsmalı çıxarıb üzünü silmədi, ciddiyyətini saxladı. O, özünə qarşı ciddi və tələbkar idi. Belə möhkəm iradəyə heç kəs malik ola bilməzdi.
Bir dəfə də Tovuz rayonuna ezamiyyətə getmişdim. Orada Lenin adına kolxoz var idi, üzümçülüklə məşğul olurdu. Qəfil eşitdik ki, Heydər Əliyev stansiyadadır. Şər vaxtı qaranlıqda camaat yığıldı. Mühafizəçilər isə Heydər Əliyevlə camaatın arasında durub adamları ona yaxınlaşmağa qoymurdular. Heydər Əliyev bircə dəfə əlini qaldırdı, mühafizəçilər çəkildi. Özü getdi camaatın arasına. O, xalqını ürəkdən sevirdi, inanırdı ki, sevdiyi xalqından ona heç bir xətər toxuna bilməz.
Qubadlı rayonuna birinci katib göndərilməmişdən əvvəl, Heydər Əliyev məni çağırb bir saatdan çox söhbət etdi. Qubadlı rayonu haqqında, oranın adamları, çətinlikləri barədə mənə hərtərəfli məlumat verdi. Rayon haqqında elə danışırdı ki, sanki uzun müddət burada işləmişdir. Onun sözləri mənim üçün çox dəyərli idi, çünki bütün rayonu mənə tanıtdı, 5 il həmin rayonda işlədim. Bu illər ərzində Heydər Əliyev həmişə mənim işimlə, rayonla maraqlandı. Qubadlı rayonu sosial-iqtisadi cəhətdən inkişaf edərək qonşu rayonları ötüb keçdi.
Xalq sözün həqiqi mənasında Heydər Əliyevi sevirdi. Adi bir misal deyim: Qubadlıda “Məhsul bayramı” keçirilən bir meydan var idi. O meydan üçün Ulu Öndərin portretini hazırlamaq lazım idi. Gecə saat ikiydi. Möhkəm yağış yağırdı. Portretin üzərində işləyən rəssamlar elə bil yağışı hiss etmirdilər. Onların Heydər Əliyevə olan böyük sevgisi yağışın altında belə işləmələrinə ma-ne olmurdu.
1992-ci il idi. Cəbhə hakimiyyətə gəlmişdi. Bir Əbdül var idi. O, mitinq təşkil edib öz tərəfdarlarını dəstəkləyirdi. Biz də mitinq keçirirdik. Heydər Əliyevin hakimiy-yətə gəlməsinə çalışırdıq. Bu mitinqlərə mən rəhbərlik edirdim.
Məni Heydər Əliyevçi kimi o vaxt da Abşeronda I katib işləyəndə də çox sıxışdırırdılar. Ancaq mən inanırdım ki, Heydər Əliyev vəzifəyə gəlsə, nəinki Azərbaycanı, bütün dünyanı idarə edə bilər. Bu inamı o, öz şəxsiyyəti, idarəçiliyi və xalqa məhəbbətilə qazanmışdı.
Biz minnətdar olmalıyiq ki, Tanrı bizə Heydər Əliyev kimi bir şəxsiyyət bəxş edib, o da bütün çətin vəziyyətlərdə xalqının xilaskarına çevrilib.