Tərtər şəhərində Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun doğum günü münasibəti ilə abidəsinin önündə tədbir keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, qəhrəmanın döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları qəhrəmanın abidəsi önünə tər gül-çiçək dəstələri düzərək, xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Vəzir Orucov 1993-cü il martın 22-də Ağdərə bölgəsinin “Qlobus” yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olmuşdur. Ölümündən 2 gün sonra 24 mart tarixdə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Şəhidin məzarı Bakıda Şəhidlər Xiyabanındadır. Vəzir Orucov döyüşçülərin mənəvi silahı idi.
Tədbirdə iştirak edənlər şəhid ailələrinə, qazilərə, müharibə ve-teranlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
-
29Dek
Müəllif: Redaktor, 11:07