Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07İyl

    Cəbhədən Yasən atasına zəng vurub demişdi: “Döyüşə gedirəm, şəhid olsam, anam ağlamasın”.
    Onun son sözləri valideynlərinə möhkəm və qürurlu olmaqda kömək edir. Yasən özü isə çox güclüydü. Çətinliklərdən qorxmurdu. Uşaqlıqdan idmanla məşğul olduğundan, mənəvi və fiziki cəhətdən sağ-lamıydı. İdman müəllimləri onun gələcəyinə böyük ümidlər bəsləyirdilər.
    Mehdiyev Yasən Alim oğlu 2001-ci il iyulun 5-də Tərtər şəhərində anadan olub. Şəhər 6 saylı tam orta məktəbin məzunudur. Orta məktəbi bitirən kimi, 2019-cu ilin payızında əsgərliyə gedib. Bakı şəhərində xidmət edib. Qardaşları Yamənlə, Muradla telefonla danışanda həmişə deyirdi ki, idmanla məşğul olan uşaqlar hərbi xidmətdə çətinlik çəkmirlər.
    Yasən ailənin ikinci övladı idi. Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Bu gün şəhid ailəsinin ziyarətinə gələn onun keçmiş döyüş yoldaşları, qazilər danışırlar ki, Yasən gənc olsa da, igidliyi ilə hamıya nümunə göstərirdi. Ən çətin tapşırıqların yerinə yetirilməsi üçün göndərilməsini komandirlərindən xahiş edirdi. Xüsusən yaralıların döyüş meydanından çıxarılmasında Yasənin böyük zəhməti olub.
    Tərtərdən olan qazi Misir Axundov da Yasənlə bir hərbi hissədə döyüşüb. Yaralanıb hospitala göndərilmişdi. Vali-deynlərilə danışanda, Yasən yaralı yoldaşının vəziyyəti ilə daim maraqlanırdı.
    Anası deyir ki, həqiqi hərbi xidmətə çağırılandan, Yasən atası ilə görüşməmişdi. Elə hamımızdan ötrü çox darıxmışdı. Odur ki, onun xidmət etdiyi hərbi hissəyə getmək istəyirdik.
    Ancaq son görüş baş tutmadı. Oktyabr ayının 24-də evimizə şəhid kimi gəldi. Həmin gün hərbçilərimiz çox çətin tapşırığın öhdəsindən gələrək, bir sıra yaşayış məntəqələrini düşməndən azad etmişdilər.
    Onun oxuduğu şəhər 6 saylı tam orta məktəbdə və Seydimli kənd tam orta məktəbində siniflərin birinə şəhid Yasən Mehdiyevin adı verilib.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Yasən Mehdiyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
    Rayonumuzun Sarıcalı kəndində dəfn edilib.

    Svetlana Bağırova

     

    Müəllif: Redaktor, 14:44

İsmarıclar bağlıdır.