Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 26 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, işlə təmin olunma, maddi yardım, həyətyanı torpaq sahəsi ilə təmin olunma, sahibkarlıq məqsədi ilə icarəyə torpaq verilməsi, əkin üçün bələdiyyədən torpaq sahəsinin ayrılması, özünüməşğulluq proqramı çərçivəsində heyvandarlıq aktivləri ilə təmin olunma və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib, qəbulda vətəndaş məmnunluğu təmin olunub.
Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.


İki il öncə daha bir şəhidimiz Sabirli Əjdər Xanlar oğlu doğulduğu kənddə torpağa tapşırıldı. Şəhidin ikinci ildönümü ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri və Tərtər Cümə Məscidinin imamı ilə birgə onun ailəsinə baş çəkib, onlara başsağlığı verib. Tərtər Cümə Məscidinin imamı Sadıq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun Sərəncamı ilə təstiq edilmiş “Vətən müharibəsi iştirakçısı” medallarının ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə, vicdanla və döyüş tapşırıqlarını uğurla yerinə yetirərən Vətən müharibəsi iştirakçılarına təqdimetmə mərasimi keçirilib.
Oktyabrın 6-da Praqada Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşləri olub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri və YAP rayon təşkilatının sədri ilə birgə şəhid Bağırlı Mirsədi Mircəfər oğlunun ailəsini ziyarət edib, onlara başsağlığı verib.
Bu gün torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş daha bir şəhidimizin Şahbazov Ruslan Mahir oğlunun şəhadətə qovuşmasının ikinci ildönümüdür. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərıəri və YAP rayon təşkilatının sədri ilə birgə şəhidin ildönümü mərasimində iştirak edib, ailəsinə başsağlığı veriərək, səbr diləyib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri və YAP rayon təşkilatının sədri ilə birlikdə rayonun Səhləbad kəndindən olan Vətən müharibəsi şəhidi Aslanlı Orxan Şahmar oğlunun ikinci ildönümü ilə əlaqədar yas mərasimində iştirak edib, ailəsinə başsağlığı verib.
2020-ci il oktyabrın 3-də Suqovuşan və Talışda Azərbaycanın üçrəngli şanlı bayrağı qaldırıldı.
Əvvəlcə iştirakçılar Ümummilli lider Heydər Əliyevin abidəsini və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirələrini ehtiramla yad ediblər.
Yeni ismarıclar