Bu münasibətlə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, Ağsaqqallar Şurasının sədiri Faiq Məmmədov, şəhidlərin ailə üzvləri, qazilər, müharibə veteranları, ictimaiyyət və KİV nümayəndələri, kənd sakinləri iştirak ediblər.Tədbir iştirakçıları əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini ehtiramla anıblar. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək şəhidin qısa, lakin şərəfli və örnək olan həyat yolundan, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gündə başa çatan, tarixə Zəfər gününü yazan qələbənin tarixi əhəmiyyətindən danışıb. Vurğulanıb ki, şərəfli döyüş yolu keçən Nurlan 1996-cı ilin oktyabr ayının 16-da Tərtər rayonunun Sarov kəndində anadan olub.
Müharibə zamanı mexanik sürücü kimi hərbi xidmətini yerinə yetirib. Talış-Suqovuşan istiqamətində döyüş yolu keçib. İgid hərbçi oktyabrın 7-də Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Nurlan və onun kimi oğullarımızın xatirəsi heç vaxt unudulmayacaq. Daha ətraflı »


Erməni terrorçularının Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutması nəticəsində 16 nəfər mülki şəxs şəhid olmuş, 63 nəfər yaralanmışdır. Cəbhədə məğlubiyyətləri ilə barışmaq istəməyən erməni vandalları dəfn zamanı şəhər qəbristanlığını artilleriya atəşinə tutmuş, nəticədə 4 nəfər tərtərli şəhid olmuş, 6 nəfər isə yaralanmışdır. Həmin şəhidlərdən biri də Zamanov Şakir Xasay oğludur.
Erməni vandallarının qətlinə səbəb olduqları mülki şəhidlərdən biri də Rüstəmov Vasif Bahadur oğludur. Vasif də şəhər qəbristanlığının düşmən tərəfindən artilleriya atəşinə tutulması nəticəsində şəhid olub.
Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətiylə Yeni Azərbaycan Partiyası və YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində 18-30 yaşlılardan ibarət Tərtər, Ağdam, Şuşa, Xocalı, Bərdə və Füzuli rayonlarından olan komandaların iştirakı ilə regionlararası mini futbol turnirinə start verilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçsı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə şəhər sakini mülki şəhid Əmirov İsgəndər Yelmar oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsinə baş çəkib, onlara başsağlığı verib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun İsmayılbəyli kəndində olan Vətən müharibəsi şəhidi Əlizadə Elşən Faiq oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsində olub, onlara başsağlığı verərək, qayğıları ilə maraqlanıb. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov torpaqlarımızın ərazi bütövlüyü uğurunda canlarından keçmiş şəhidlərin ruhuna dualar oxuyub.
Erməni terrorçularının daha bir qurbanı rayonun Mamırlı kəndidən olan Orucov Pərviz Novruz oğludur. Pərvizin cəmi 31 yaşı var idi. O da Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərini artilleriya atəşinə tutması nəticəsində şəhər qəbristanlığında qohumunun dəfn mərasimi zamanı şəhid olub. Özündən sonra əkiz övladları yadigar qalıb. Pərviz Mamırlı kənd qəbristanlığında dəfn olunub, ailənin yeganə oğlu idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Qırğız Respublikasına dövlət səfərinə gedib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov gəncəli Vətən müharibəsi şəhidi, Bürcəliyev İlqar Vüqar oğlunun əmisi teatrşünas, tənqidçi Anar Burcəliyevi qəbul edib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Bəyimsarov kəndində anadan olmuş, əslən Kəlbəcər rayonundan olan 19 yaşlı şəhid Həsənli Zəlimxan Rafiq oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib, onlara başsağlığı verib. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.
Yeni ismarıclar