28İyl
SATQINLIĞIN ANATOMİYASI
Tariximizi nə qədər çox araşdırıb təbliğ edə bilsək, onun bir o qədər böyük tarixə malik olduğunu göstərə bilərik
………………………….Unutsaq unudularıq
Azərbaycan oğulları, bu torpaqlar sizi gözləyir
Sən yanmasan, mən yanmasam, zülməti kim işıqlandırar?
( N. Hikmət)
Xankəndi 1923-1991 Laçın 18.05.92
Əsgəran 1923-1991 Kəlbəcər 02.04.93
Ağdərə 1923-1993 Ağdam 23.07.93
Hadrut 1923-1993 Füzuli 23.08.93
Xocavənd 1923-1993 Cəbrayıl 23.08.93
Xocalı 26.02.92 Qubadlı 31.08.93
Şuşa 08.05.92 Zəngilan 29.10.93.
Ləzgilər Şilda kəndinə basqın edərkən kəndin başçısı Dodayevin evinə soxulurlar. Bu adamın Yefrem Sukyazov adlı bir erməni katibi varmış. Döyüşün şiddətli yerində o xilas olmaq arzusu ilə özünü ölülüyə vurub yerə yıxılır. Ləzgilərdən biri təsadüfən ona ilişir və onun sol qolunu kəsir. Erməni qorxusundan cınqırını da cıxarmır. Ləzgi çölə çıxarkən səhvini başa düşür, sol əli kəsdiyi üçün xəcalət çəkir. Qayıdıb erməninin sağ əlini də kəsir.
Aleksandr Düma
“Qafqaz səfəri” əsərindən Daha ətraflı »
Teqlər: Digər
28İyl
EVDƏ
AŞIQ ŞƏMŞİR
Cavanlar oynaşır yalda-yamacda,
Mən də pəncərədən baxıram evdə.
Qıçım tutmur qocalığın əlindən,
Yandırıb qəlbimi, yaxıram evdə.
***
Tərlan könül şikar almış sar kimi,
Soluxuram şaxta vurmuş bar kimi.
Xəstə üçün gətirilmiş qar kimi,
Əriyib ocağa axıram evdə.
***
Yoxuş olub indi mənə dolayım,
Hanı başımdakı məclis, olayım?
Elə bil sürtülüb gedib qalayım,
Köhnə qazan kimi paxıram evdə. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
28İyl
MƏZAHİR DAŞQIN
Ana, sən yatdığın qara torpaqda,
Saysız cavan yatır, ixtiyar yatır.
Qapısız, aynasız zülmət otaqda,
Minlərlə sən kimi vəfadar yatır.
***
Gör nələr yazılıb hər baş daşına,
Canlar həsrət qalıb can sirdaşına.
Düşərək hicrana, eşq atəşinə
Min arzu, min dilək, min ilqar yatır.
***
Görməyib əsirlər, qərinələr də
Cahandan köçənlər qayıda bir də.
Kim bilir bəlkə də yatdığın yerdə,
Dünyanı bəzəyən min memar yatır. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
28İyl
TOFİQ BAYRAM
Bacım Elmiraya ithaf edirəm
Duvağa bürünüb yola düşürsən,
Qonşular telinə çiçək bağlayır.
Ay bacım, sən haldan-hala düşürsən,
“Vağzalı” çalınır, anam ağlayır.
***
O, nələr etmədi, toyunda nələr,
Bu həsrətin yeri nə tez bilindi?
“Vağzalı” çalınır, son dəqiqələr…
Özgə bir yuvaya köçürsən indi.
***
Köçürsən üzüağ, məğrur, həyalı,
Gedirsən könlünü verdiyin yerə.
Buydu anamın da fikri-xəyalı,
Bəs niyə kövrəlir o, birdən-birə? Daha ətraflı »
Teqlər: Ədəbiyyat
28İyl
AĞA LAÇINLI
İlahi, sən məni o kəndə yetir, –
O kəndin diləyi dildə göyərən.
O kəndin yığvalı oğuldan yetim,
O kəndin qızları qarğış əyirən.
***
Qocası bürünüb his çuxasına,
Qarısı ah çəkib qapıda bitir.
İlahi, bağışla el duasına,
İlahi, sən məni o kəndə yetir.
***
Bağışla dəhrənin paslı yasına,
Bağışla cəhrənin qəm havasına;
Bağışla köhlənin yatan tısına,
Bağışla məhlənin tor hanasına; Daha ətraflı »
Teqlər: Ədəbiyyat
28İyl
OSMAN SARIVƏLLİ
Dostum, incə barmaqların
Sədəflərin üzündədir.
Mənim meylim bir sazında,
Bir də şirin sözündədir.
Qarayazı meşəsində,
Cavan ovçu həvəsində,
Qulağın maral səsində,
Gözün ceyran izindədir.
Tarixi var hər daşın da,
Tərlanın on beş yaşında.
Bəzən qarlı dağ başında,
Bəzən Muğan düzündədir. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
28İyl
HÜSEYN KÜRDOĞLU
Kor quyudur qəlbin sənin,
İçində ilan gizlənər.
Gülüşündə qara böhtan,
Gözündə şeytan gizlənər.
***
Gülüş pərdədir üzündə,
Torpaq qan ağlar izində.
Sənin bir yaxşı sözündə
Neçə cür yalan gizlənər.
***
Özünü çox qoyma dəmə,
Ağzın öyrənməyib kəmə.
Doğruluqdan şüar demə,
Səsində yalan gizlənər. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
28İyl
ŞƏKƏR ASLAN
Düzlərdən çəkilib getdi duman ki,
Böyüdü, gün oldu kiçik bir an ki…
Qüdrətli sellərin cilovu sanki
Çıxıb dağ əlindən, düz əlindədir!
***
Qəmlidi bu günüm, şəndi dünənim,
Canıma o ala gözlərin qənim;
Nə etmək, dözürəm, taleyim mənim
İndi göz əlində, göz əlindədir!
***
Bu təzə cığırlar, izlər köhnələr…
Yer nələr deyəcək, bir vaxt göy nələr!
Eh mənim əlimdən indi nə gələr,
Hər şey öz əlində, öz əlindədir!
Teqlər: Ədəbiyyat
28İyl
MƏMMƏD İSMAYIL
Ölümə gedərsən yol yora-yora,
Gedərsən, peşinə yüz fikir düşər.
Atsan, balıq düşməz atdığın tora,
Tutduğun zərə də iki-bir düşər…
Nə səbr gərəkmiş, nə də tək səbir,
Sən gedən yolları gedər ilan da…
Əlidolu da bir, əliboş da bir,
Aldadan da birdi, aldadılan da.
Bütün sualların cavabı birdi,
Yatmaq istəsən də yuxuna girməz.
Bəlkə söz sarıdan bəxtin gətirdi,
Varsan, var sarıdan əlin gətirməz… Daha ətraflı »
Teqlər: Ədəbiyyat
20İyl
Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir. Ancaq bu da həqiqətdir ki, müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad və müstəqil mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Teqlər: Digər
Yeni ismarıclar