Mən Qarabağ müharibəsində şəhid olmuş iki qardaşın–Ədalət və Evarist Paşayevlərin bacısı-yam. El ağsaqqalı, tanınmış və hörmətli ziyalı olan atam Sabir Paşayevin ürəyi bu qanlı müharibənin gətirdiyi fəlakətlərə dözməyib dayandı. Mən özüm isə müharibənin içindən keçmiş, onun ağrısını-acısını yaşamış, gözləri ilə Torpaq, Ana Vətən uğrunda qurban getmiş oğulları görən, çox vaxt ön cəbhədə döyüşçülərin arasında olan, yaralanmış igidlərimizin qanını təmizləyən və bəzən onları ölümün pəncəsindən alan bir səhiyyə işçisiyəm.
Ölkə rəhbərinin şəhidlərimizin ruhuna və şəhid ailələrinə göstərdiyi diqqət və qayğını hamı kimi mən də çox yüksək qiymətləndirirəm.
Şəhid qardaşım Ədalət Paşayev müharibə illərində topçu olub. Onun göstərdiyi şücaət indi də dillər əzbəridir. Müharibə vaxtı bir vətənpərvər oğul kimi döyüşdüyünə görə dövlətimiz onu “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib. Tərtər şəhərində böyük küçələrdən birinə Ədalət Paşayevin adı verilib. Bu günlərdə isə adını daşıdığı küçədə onun barelyefinin açılışı oldu.
Bütün bunlara görə möhtərəm Prezidentimiz İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm.
Şəhidlərin adlarının əbə-diləşdirilməsinə, onların ailələrinə yüksək diqqət və qayğı göstərdiyinə görə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova ayrıca təşəkkür edirəm.
Məhəbbət PAŞAYEVA