YÜKSƏLİŞ MƏRHƏLƏSİ
Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində ta-rixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdı.
Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi belə bir şəraitdə Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşdi. Daha ətraflı »


1991-ci ildə Sovet İttifaqı bir dövlət kimi dünya xəritəsindən silindi. Həmin ilin oktyabrın 18-də Azərbaycan Ali Soveti dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul etdi və Azərbaycan Respublikası suveren dövlət kimi dünya birliyinə üzv oldu. Lakin Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi.
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Düyərli kəndində olub.
Tərtərdə Müəllim Günü yüksək əhval-ruhiyyə ilə qeyd olundu. Bu münasibətlə keçirilən bayram tədbirinin istirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək, onun şə-hərin Mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək dəstələri düzdülər. Sonra tədbir Mədəniy-yət Mərkəzində davam etdirildi.

Bu günlərdə Fövqəladə Hallar Nazirliyi Baş Əməliyyat İdarəsinin və Qarabağ Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Tərtərdə “Fövqəladə Hallar Nazirliyinin qurumları ilə Tərtər rayon yerli icra və özünü idarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin təşkili, qarşıda duran vəzifələr və problemlər” mövzusunda seminar-müşavirə keçirilib. Müşavirədə FHN Qarabağ Regional Mərkəzi ilə regionda fəaliyyət göstərən idarə və müəssisələr arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının geniş təhlili aparılıb. Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin, Qarabağ Regional Mərkəzinin, Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən yerli qurumlarının rəhbərliyi və əməkdaşları, eləcə də Tərtər rayon İcra Hakimiyyətinin məsul şəxsləri, yerli icra və özünü-idarəetmə orqanları, eləcə də rayonda fəaliyyət göstərən xidmət sahələri, müvafiq idarə və müəssisələrinin nümayəndələri iştirak ediblər.
Tərtər rayon Məşğulluq Mərkəzi şəhər 1 saylı orta məktəbin akt zalında “Əmək yarmarkası” keçirib. Əmək yarmarkasında idarə, müəssisə, təşkilat rəhbərləri, rayon icra hakimiyyətinin nümayəndələri ilə birlikdə 250 nəfər iştirak edib.
1981-cı il oktyabrın 20-si ulu öndər Heydər Əliyevin tapşırığı ilə “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji bulokunun istifadəyə verildiyi gündür. Həmin gün Azərbaycan energetikasının inkişafında yeni mərhələnin əsası qoyulub. 2004-cü ildən isə Prezident İlham Əliyevin sərəncamı ilə həmin tarix ölkəmizdə Energetiklər Günü kimi təsis edilib. Ulu Öndərin müəyyənləşdirdiyi və hazırda Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi islahatlar – o cümlədən elektrik energetikası Azərbaycanın qüdrətlənməsindən xəbər verir. Energetiklərimiz çətin və şərəfli peşələrinin öhdəsindən ləyaqətlə gəlməyə çalışırlar. Bayram günü münasibəti ilə əlaqədar onlardan biri– Vüqar Aslanovdan yazmaq məsləhət görüldü.
Yeni ismarıclar