Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,662
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Fev
    Təhsil, Xəbərlər UNUTSAQ, UNUDULARIQ üçün şərhlər bağlıdır

    Tərtər şəhərinin Aslan Kərimov adına 3 saylı ümumi orta məktəbində “Unutsaq, unudularıq” mövzusunda tədbir keçirildi.
    Məktəbin tarix müəllimi Kifayət Kərimova tədbiri açıq elan etdi.
    Tədbirdə məktəbin bütün müəllimləri, şagirdləri, təhsil şöbəsinin nümayəndəsi, valideynlər iştirak edirdi.
    Məktəbin direktoru Dilşad Məmmədova, dərs hissə müdiri İlahə Şirinova, ədəbiyyat mü-əllimləri Sevil İsmayılova, Lüdmila Hümbətova çıxış etdilər. Daha ətraflı »

  • 10Fev
    Təhsil QARABAĞ MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİN ANIM GÜNLƏRİ KEÇİRİLDİ üçün şərhlər bağlıdır

    “Torpaq əgər uğrunda ölən varsa vətəndir”. Vətən bizim anamız, and yerimiz, güvəncimiz,
    taleyimizdir. Dünyaya gələndə beşiyimiz, dünyadan köçəndə məzarımız Vətəndir. Vətən yolunda şəhidlik ən ali bir zirvədir. Əsl qeyrət, hünər və mərdlik, şərəf və ləyaqət zirvəsidir. Daha ətraflı »

  • 10Fev
    Kənd Təsərufatı 2019-cu İLDƏ TƏRTƏR RAYONUNDA KƏND TƏSƏRRÜFATI BİTKİLƏRİ MƏHSULLARININ TOPLANIŞI HAQQINDA üçün şərhlər bağlıdır

    Tərtər rayonu üzrə 2019-cu ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 26853,3 hektar olmuşdur. Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 2018-ci ilə nisbətən 744 hektar və ya 2,8 faiz artmışdır. Əkin sahəsinin 11171,4 hektarını və yaxud 41,6 faizini dənli və dənli paxlalı bitkilər, 6579,3 hektarını və yaxud 24,5 faizini texniki bitkilər, 1561,8 hektarını və yaxud 5,8 faizini kartof, bostan və tərəvəz bitkiləri, 7540,8 hektarını və yaxud 28,1 faizini yem bitkiləri təşkil etmişdir.
    2019-cu ildə dənli və dənli paxlalı bitkilərin əkini əvvəlki ilə nisbətən 554,5 hektar və yaxud 4,7 faiz, o cümlədən buğda əkini 451,7 hektar və yaxud 6 faiz, arpa əkini 196,2 hektar və yaxud 4,9 faiz azalmış, digər dənli və dənli paxlalılar əkini 93,4 hektar və yaxud 55,1 faiz artmışdır. Nəticədə 2019-cu ildə qarğıdalı nəzərə alınmaqla ilkin çəkidə 43757,3 ton dənli və dənli paxlalı bitkilərin məhsulu toplanmışdır. Daha ətraflı »

  • 10Fev
    Digər AZƏRBAYCANDA “NƏNƏLƏR VƏ BABALAR” GÜNÜ üçün şərhlər bağlıdır

    Azərbaycan xalqının mentalitetinə uyğun olaraq yaşlı insanlara qayğı göstərməyi cavan nəsil hər zaman özünə borc bilir. Bütün dünyada olduğu kimi Azərbaycanda da oktyabrın 1-i Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. Lakin nənə və baba olan insanlar üçün ayrıca bir gün müəyyən edilib. Bir çox Avropa ölkələrində “Nənələr və babalar” günü qeyd olunur. 2008-ci ildən 8 fevral günü Beynəlxalq nənələr və babalar günü kimi qəbul olunub və bu təşəbbüsü həm YUNESKO, həm də Avropa Birliyinin mədəniyyət üzrə komissiyaları dəstəkləyib. Həmin gün yaşından aslı olmayaraq nənə və babası olan hər kəs onların ziyarətinə gedir.

    Ailəni evin kişisi ilə tanıyarlar.
    Ailələrimizin ağıllı, dünyagörüşlü böyüklərə–nənə və babaya həmişə ehtiyacı var. Həm böyük, ağsaqqal-ağbirçək kimi, həm də nəvələrin böyüdülməsində və tərbiyə olunmasında ata-analarla bərabər bu iki şəxsin də zəhməti olur. Nənə və babalar təkcə bi-zum nağıl dünyamız deyil, həm də ağıl dünyamızdır.
    Bu günlərdə fotomüxbirimiz Kənan Hüseynzadənin bələdçiliyi ilə bir nənə-babanın görüşünə getdim. Onlarla görüşüm məni heyrətləndirdi. Xüsusilə babanın sinədəftər və iti yaddaşlı olması məndə təəccüb yaratdı. Onun sinəsi ibrətamiz sözlərlə dolu idi. Olanları sanki dünən olubmuş kimi danışması, söz xəzinədarlarımız Aşıq Ələsgərdən, Molla Vəli Vidadidən, Füzulidən, Əliağa Vahiddən və başqalarından gətirdiyi nümunələr elə bil məni sehirləmişdir. Daha ətraflı »

  • 10Fev
    Milli-mənəvi dəyərlər Dini maariflıəndirmənin əhəmiyyəti üçün şərhlər bağlıdır

    GƏNCLƏRİMİZƏ BİR NEÇƏ SÖZ

      Bismilləhir-rahmanir-rahim.
    Mehriban və bağışlayan Allahın adı ilə.
    “Yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O (Rəbbin) ki, qələmlə yazmağı öyrətdi. İnsana bilmədiyi şeyləri öyrətdi”. (Ələq surəsi 1-5-ci ayələr). İslam dini sonuncu səmavi dindir ki, öz nuru ilə bu gün dünyaya işıq saçmaqdadır. Və bu dinin müqəddəs kitabı “Qurani-Kərim”in ilk əmri yuxarıda qeyd olunan ayələr oldu. Deməli, Rəbbimizin biz müsəlmanlara ilk əmri oxumaq, öyrənmək, yazmaq və sözün həqiqi mənasında hərtərəfli gözəl bir insan olmaqdır. Daha ətraflı »

  • 10Fev
    Digər AX-AX MÜHARİBƏLƏR-MÜHARİBƏLƏR üçün şərhlər bağlıdır

    Bizim qəhrəman Elman Hüseynov 1952-ci il fevralın 29-da anadan olub. Qeyri adi bir gündə dünyaya gəlib. Ona görə də qeyri-adi insanıdı. Ancaq kənd sovetində onun doğum gününü 28 fevral yazıblar, çünki, nadir halda olan gündü. Böyük Vətən Müharibəsindən sonra doğulan uşaqlardan idi. Hər yerdə müharibənin vurduğu yaraları sağaltmağa çalışırdılar. 19 yaşda gedənlərin hamısı qayıtmasa da qayıdanlar evləndi və uşaqları oldu. Sonralar nur təbiətli Qızxanım müəllimə Elmanın sinif müəllimi oldu. Müəllimə elə hey Elmandan danışırdı. Onun səliqə-səhmanı, sakitliyi, dərsləri qavraması və sairə çox xoşuna gəlirdi. Sonralar 5-ci sinifdən riyaziyyat, rəsmxət müəllimi və sinif rəhbəri mən oldum Daha ətraflı »

  • 10Fev
    Təhsil İNTELLEKTUAL SƏVİYYƏLİ GƏNC üçün şərhlər bağlıdır

    Şəhərimizin mərkəzində yerləşən, ölkə Prezidenti İlham Əliyevin yaxından qayğısı sayəsində tikilib istifadəyə verilmiş yaraşıqlı bir bina var. O bina görkəmi ilə diqqəti cəlb edir, yeniyetmə və gənclərimizi öz əhatəsinə toplayır. Bu yaraşıqlı bina son illərdə istifadəyə verilib. Qapılarını sakinlərin – xüsusilə yeniyetmə və gənclərimizin üzünə açdığı gündən onlara doğma, isti qucağa çevrilib. Bu isti qucaqlı ünvan Uşaq Gənclər İdman Şahmat Məktəbidir. Quliyev Emin Arzu oğlu bu isti qucaqlı ünvanın rəhbəridir–direktorudur. Onunla görüşüb söhbət etdik. Daha ətraflı »

  • 10Fev
    Milli-mənəvi dəyərlər MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİ QORUYAQ üçün şərhlər bağlıdır

    Qürur mənbəyimiz olan milli-mənəvi dəyərlərimizə mətbəximiz, milli geyimlərimiz, musiqi nümunələrimiz, qədim abidələrimiz, dövlət rəmzlərimiz və s. daxildir. Qonaqpərvərlik, böyüyə hörmət, ailəyə qayğı və s. digər yüksək keyfiyyətlər millətimizə xas olan xüsusiyyətlərdir.
    Bu nümunələr gələcəyimizin inkişafına örnək olan varlığımızdır. Buna görə də müstəqil ölkəmizdə mətbuatın, televiziyanın və pedaqoji heyətin hər bir üzvi milli dəyərlərimizi geniş surətdə təbliğ etməlidirlər. Daha ətraflı »

  • 30Yan
    Digər 20 YANVAR AZƏRBAYCAN XALQININ HÜZN GÜNÜDÜR üçün şərhlər bağlıdır


    20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Bu qanlı faciə…ən amansız qanlı cinayətdir. 

    İlham ƏLİYEV

    Azərbaycan Respublikasının Prezidenti

    Bütün Azərbaycan xalqı şəhidlərimizlə fəxr edir. Şəhidlərimiz daim bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaqdır.

     İlham ƏLİYEV,
     Azərbaycan Respublikasının Prezidenti

  • 30Yan
    Digər 20 YANVARI TƏRTƏRLİLƏR DƏ HÜZNLƏ QEYD ETDİLƏR üçün şərhlər bağlıdır

    Tərtər rayonunda 20 yanvar şəhidlərinin 30-cu ildönümünə həsr olunmuş tədbir Şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündən başlandı. Şəhidlərin ruhuna dua oxundu. Abidənin önünə gül-çiçək dəstələri qoyuldu.
    Tədbir iştirakçıları 20 yanvar faciəsinə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgiyə baxdılar. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirildi.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış etdi. O bildirdi ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 30 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
    Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi amansız qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. Daha ətraflı »