QƏZET HƏYATIMIZIN AYNASIDIR
(Retro yazılar əsasında)
Yaxşı yadımdadır, altı il öncə “80 yaşlı müdrikin ziyasında” yazmışdım. Bu gün də həmin müdriklə üzüzə, göz-gözə dayanmışam. Altı il də gəlib onun yaşının üstünə. Altı il də böyüyüb, müdrikləşib. Sanballı yazılarına, ibrətamiz kəlamlarına görə daha da hörmətli izzətli olub. Onun müdrikliyi ulularımıza bənzəyir. Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir qələmli olub.
Bənzətməsi çoxdan da çoxdur bu qəzetin. Amma, oxucunu yormaq, intizarda saxlamaq qəbahət olar. Bir başa bu 86 yaşlı ixtiyarın keçdiyi keşməkeşli ömür yoluna nəzər salıb, onun haqqında söz söyləmək imkanından istifadə edib, mətləbə keçək. Hər kəsə qucaq açan, dərdi-sərinə şərik olan, yaxşıları nümunə göstərən,
yolundan çıxanlara yol göstərən, qapısı hamının üzünə açıq olan “Yeni Tərtər” qəzeti yarandığı ilk gündən rayonun güzgüsünə çevrilmiş bir mətbu orqanıdır. Keçdiyi yol əziyyətli, əzablı, həm də yaddaqalan olubdur.
1934-cü ildə–Tərtərin bir rayon kimi formalaşdığı vaxt onun qəzeti də yarandı. Kolxoz quruculuğu illərində yaranmış bu qəzet 1934-cü il aprel ayından üzərinə ağır bir missiya götürdü: yerli əhaliyə, kənd camaatına yaxın olmağa, onların maariflənməsində öz gücündən maksimum is-tifadə etməyə çalışdı. Hələ mətbəənin olmadığı illərdə Bərdədə “Stalin yolu” qə-zetinin mətbəəsində “Kolxozçuların varlanması uğ-runda” adı ilə çap olundu. MTS siyasi şöbəsinin rəisi Nazim Məmmədovun im-zası ilə qəzetin iki əməkdaşı–Ziyad Səfərov və Nəriman Mustafayevin əməyi sayəsində ərsəyə gəlirdi. Artıq 1934-cü ilin sonlarında rayonda mətbəə yaradıldı və 1935-ci ildən 1937-ci ilin sentyabrınadək Xəlil Şəfizadənin redaktorluğu, məsul katiblər əvvəlcə Şəmil İbrahimov, sonra Mədət Allahverdiyev, mətbəə işçiləri Məhər İbrahimov, Allahyar Aslanov və Ağa Ağayevin zəhmətilə həftədə 1 dəfə iki səhifəlik qəzet çap olunurdu. Bəzi vaxtlarda isə 1 ayda 9 nömrə hazırlanıb.
1937-ci ildən 1991-ci ilə-dək qəzet “Qızıl bayraq” adı ilə çap olundu. Bu müddət ərzində qəzetin tirajı 1000 nüsxədən artaraq 5500 nüsxəyə çatdı. Həmin ildən qəzet “Tərtər” adı ilə çap olundu. 1950-1960-cı illərdən üzübəri Zülfiqar Fərəcov, Aydın Məmməd-xanov, Zahid İsmayılov, Zöhrab Məmmədov, Hilal Bayramov, Təvəkkül Nə-cəfov, redaktor əvəzi Əmir-aslan Qurbanzadə qəzetə redaktorluq etdilər. Həmin illər qəzetdə partiya həyatı, kənd təsərrüfatı və zəhmət-keş məktublar şöbələri fəaliyyət göstərirdi ki, hər şö-bədə 2 nəfər–şöbə müdiri və müxbiri çalışırdı. Bun-lardan başqa məsul katib və korrektor olurdu ki, bu şəxslər mətbəə işçiləri ilə mürəttib və linotibçilərlə birlikdə materialların yığılması, səhifələnməsi və nəşrə hazırlanmasına sırf ca-vabdehlik daşıyırdılar. Nəhayətdə isə hazır səhifələr çapa verilirdi. Qəzetin ərsəyə gəlməsi prosesi həm çətin, həm də o qədər maraqlı gedirdi ki, vaxtın necə başlayıb, necə bitməsi gözə görünmürdü.
Həftədə 3 nömrə ilə çıxan qəzet rayonun bütün sahə-lərini əhatə edərək öz oxunaqlığını qoruyub saxlayırdı. Ta adi xəbərdən başlamış, tənqidi yazılaradək dərc olunmuş məqalələr oxucularda maraq doğurar, müzakirəyə səbəb olardı. Hər bir qəzetçinin xətir-hörməti də öz yerində olardı, hamı tərəfindən rəğbətlə qarşılanırdı.
1991-1998-ci illərdə ölkədəki müharibə şəraiti ha-mı kimi qəzet işçilərini də cəbhəyə, döyüş nöqtələrinə sarı istiqamətləndirdi. Ona görə də bütün fikirlər mü-haribə mövzusuna köklənib, döyüşən qəhrəmanlarımızın şücaətlərini göstərir, murdar xislətli ermənilərin fitnə fəsadlarını qeyd edərək rayon əhalisini maarifləndirirdi. Bütün ya-zılar Vətən, Vətənpərvərlik mövzularına həsr olunurdu.
1998-ci ildən 2005-ci ilə-dək rayon qəzetinin çətin günləri başladı. Maddi durumun ağırlaşması, laqeyd-liyin artması qəzetin fəaliyyətinin tamamilə dayandırılmasına, qəzetçilərin peşələrindən uzaq düşməsinə səbəb oldu. Lakin, hər qaranlıq gecənin günəşli bir sabahı olduğu kimi, rayon qəzetinin də üzünə “günəş doğdu”. Rayonun rəhbəri Vidadi İsayevin, Azərbay-can Mətbuat Şurasının və Beynəlxalq Avrasiya Mətbuat Fondunun köməkliyi, diqqət və qayğısı ilə rayon qəzeti “Yeni Tərtər” adı al-tında fəaliyyətə başladı. Sözsüz ki, dost dəstəyi hər bir işdə mütləqdir və əvəzolunmazdır. “Yeni Tərtər”in də ən yaxın dostu olan Yev-laxın “Kür” qəzeti kollektivinin köməkliyi ilə bu mət-bu orqanı öz nəşrinə başla-dı. Tofiq Yusifin redaktorluğu ilə 500 nüsxə tirajla nəşr olunan “Yeni Tərtər” qəzeti oxucularının sayını gündən-günə artırdı. Bu gü-nə qədər rayon rəhbərliyi-nin köməkliyi ilə maliyyələşən rayon qəzeti 1300-1500 nüsxə çap olunur. Maddi cəhətdən sıfırdan başlayan bir redaksiya bu gün formalaşmış və şəraiti normal olan bir müəssisəyə çevrilib. Həyatındakı bir çox çətinliklərə baxmayaraq “Yeni Tərtər” qəzeti redaktor Tofiq Yusifin rəhbərliyi ilə öz fəaliyyətini davam etdirir. Kollektiv öz üzərinə düşən missiyanı qoruyub saxlayaraq, qəzetin daha oxunaqlı olması, ra-yonun həyatını–quruculuq-abadlıq, kənd təsərrüfatı sahələrinin, şəhid ailələrinin, Qarabağ müharibəsi vete-ranlarının, qaçqın və köçkünlərin həyat şəraitinin işıqlandırılmasında, aparı-lan yenidənqurma işlərinin təbliğində yaxından iştirak etməyə çalışır. Avqustun 20-də rayonun adını daşıyan “Yeni Tərtər”in 15 yaşı tamam olur.
86 yaşlı bu müdrik ətrafına sevənlərini toplayıb dünənindən, bu günündən söz açmaq, gələcək arzularını dostları ilə bölmək niyyətindədir. İrəlilədiyi bu uğurlu yolda ona uzun ömür və müvəffəqiyyət arzulayıram.
Elfuzə VƏLİYEVA
“Yeni Tərtərin” müxbiri